Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-307/2023 14.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 Maarif oğlunun və Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Maarif oğluna və Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və qızıl zinyət əşyalarının özünün, özü yoxdursa dəyərinin ödənilməsi, kredit öhdəliklərinin pul ifadəsi formasında alınması tələbinə qarşı tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Maarif oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və qızıl zinyət əşyalarının özünün, özü yoxdursa dəyərinin ödənilməsi, kredit öhdəliklərinin pul ifadəsi formasında alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Maarif oğlu ilə 2019-cu ildə ailə qurmuşlar. Ailə qurduqdan sonra cavabdehlərin evinə gəlin köçmüşdür. Nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Həmin nikahdan xx.xx.2020-ci il tarixdə Günay adlı uşaqları anadan olmuşdur. Hazırda bir neçə aydır ki, cavabdehlər onu öz yaşadığı evdən məcburi qaydada çıxarmışdır. Hal-hazırda da cehiz əşyaları, qızıl-zinyət əşyaları cavabdehlərə məxsus evdədir. Özü Şirvan şəhərində azyaşlı uşağı ilə birlikdə kirayədə yaşayır. 585 əyyarlı ümumi çəkisi 44 qram olan boyunbağı, qolbağı, klon, sırğa və üzük dəsti qiyməti 4250 manat olan qızıl-zinyət əşyaları cavabdehlərdə qalmışdır. Cavabdehlər qızıllarını qaytarmağdan imtina edirlər. Dəfələrlə qızıl-zinyət əşyalarının alınması üçün onlara məxsus evə getsə də onlar həmişə özlərini gizlədərək müxtəlif bəhanələr gətirirlər. Bundan başqa birgə nikah dövründə cavabdehlə avtomaşın almışlar, həmin avtomaşınında dəyərinin yarı hissəsinin bölünməsini xahiş etmişdir. digər iddia ərizəsi ilə İddiaçı məhkəməyə müraciət edərək həmçinin bildirmişdir ki, Cavabdeh1 Maarif oğlu birgə nikah dövründə ailənin ehtiyacı üçün "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixdə GTKKR4024323A299 saylı kredit müqaviləsi ilə 4000 manat və xx.xx.2022-ci il tarixdə "xxxx" ASCdən ******* nömrəli kredit müqaviləsi ilə 3700 manat olmaqla 7700 manat kredit götürülmüşdür. Kredit götürmələrinin məqsədi cavabdehin avtomobil alması və onun digər borcları üçün olmuşdur. Hazırda məhkəmə qaydasında nikahları pozulmuşdur və cavabdeh özünə sərf etdiyi kreditləri onun üzərində qoymuşdur. Hazırda ümumi kredit məbləği olan 7700 manat pulun ½ hissədə Cavabdeh1 Maarif oğlu öhdəlik daşıdığı üçün ondan 3850 manat məhkəmə qaydasında tutulması zərurəti yaranmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-307/2023 saylı qərardadı ilə mülki işlər bir nömrə altında bir icraatda birləşdirilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir, İddianın avtomaşının dəyərinin yarı hissəsinin alınması hissəsindən imtina edir. Çünki cavabdeh götürmüş olduqları kredit pullarına avtomaşın aldığını bildirmiş olsa da və indiyədək istifadəsində beşə qədər avtomaşın olmuş olsa da ona məlum olmuşdur ki, cavabdeh onu aldadaraq adına heç bir avtomaşın almamışdır. Yalnız BDPİ-nin məhkəmənin sorğusuna vermiş olduğu cavabdan məlum olur ki, cavabdeh onu aldadaraq götürmüş olduqları kredit pullarından yalnız ”Mercedes Benz C180” minik markalı B ili 1997, tünd göy rəngli avtomaşını da xx.xx.2011-ci il tarixdə anası Cavabdeh2 adına almış və etibarnamə əsasında özü idarə etmişdir. Cavabdeh1 Maarif oğlundan və anası Almazdan 4250 manat dəyərində olan 585 əyarlı, ümumi çəkisi 44 qram ola boyunbağı, qolbağı, klon, sırğa və üzükdən ibarət dəstin özünün, özü yoxdursa dəyərinin və yenə də cavabdehdən birgə nikah dövründə “X20” ASC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə 16% ilə götürmüş olduqları 3700 manat əsas və 125 manat 17 qəpik faiz borcu, 55 manat da dövlət rüsumu olmaqla, 3800 manat 17 qəpik kredit pulunun ½ hissəsinin və "xxxx" ASC-nin Şirvan filialından xx.xx.2021-ci il tarixli, GTKR4024323A299 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə, 24,71% ilə götürmüş olduqları 4000 manat əsas və 2335 manat faiz borcu olmaqla, 6335 manat 15 qəpik kredit pulunun ½ hissəsinin cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Maarif oğlunun, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı etiraf etmədi, mülahizə təqdim etdi və iddianın rədd edilməsini xahiş etdi, izahatında bildirdi ki, iddiaçı cavabdehlə münasibətləri pisləşdikdən sonra evdən çıxmış, evdən çıxanda da özü ilə izahatında bildirdiyi kimi özünəməxsus əşyalarını aparmış, qızıl zinət əşyaları da hazırda özündədir. Məhkəmə iclasında ifadə verən şahidlər hamısı onun qohumlarıdır. İddiaçı bildirirki, guya qızılları qaynanasına verib, amma bu halı heç nə ilə sübuta yetirə bilmədi. O ki, qaldı kredit borcuna iddiaçı öz adına krediti götürmüş və öz ehtiyaclarına xərcləmişdir. Götürülən kreditlərin iş üzrə cavabdehlərə heç bir aidiyyatı yoxdur. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, vəkillərin çıxışını dinləyərək, şahidlərin ifadələrini, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: “Tural” adına qiymətli daş-qaşların və qızıl-zinət əşyalarının alqı-satqısı mağazasının direktoru X5 tərəfindən verilmiş rəydə göstərilmişdir ki, 585 əyarlı çəkisi 44 qram olan boyunbağı, qolbağı, klon, sırğa və üzük dəstinin hazırki bazar qiyməti 4250 manat təşkil edir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh2 məxsus “Mercedes Benz C180” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh1 Maarif oğlunun istifadəsinə verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. xx.xx.2022-ci il tarixli,1071165 nömrəli “Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi”ndən görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh İddiaçı şəxsi (istehlak) məqsədləri üçün illik 16% olmaqla 48 (qırx səkkiz ) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3700 (üç min yeddi yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinə əlavə ilə müqavilənin ödəniş cədvəli müəyyən edilmiş, ümumi məbləği 3700 manat təşkil etməklə, müddəti 48 ay olmaqla, aylıq ödəniş 104 manat 86 qəpik müəyyən edilir. "xxxx"ASC ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4024312A299 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 24,71 % olmaqla 48 ay müddətinə 4000 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin ödəmə cədvəlindən görünür ki borclu hər ay 131 manat 98 qəpik ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2023-cü il tarixə kimi ödəməli idi. "xxxx"ASC-nin xx.xx.2023-cü il tarixli, 246 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı ümumi qalıq borcu 2752 manat 82 qəpik təşkil edir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 246 nömrəli məlumata əsasən GTKR4024323A299 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdə 48 ay müddətinə, 24,71% faiz dərəcəsi ilə aylıq ödəniş 131,98 AZN olmaqla, cəmi 4000 Azn kredit götürülmüşdür, hazırda ümumi qalıq borcu 2752 manat 82 qəpik təşkil edir. "xxxx" ASC-nin 09 avqust 2023-cü il tarixli, 335 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı adına xx.xx.2021-ci il tarixli, GTKR4024323A299 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən bu günədək (arayışın verildiyi 09 avqust) 946,07 manat ödənilmişdir. Sözügedən müqavilə üzrə xx.xx.2023-cü il tarixinə 2559.96 manat əsas, 50.64 manat faiz borcu, ümumi borcu isə 2610.60 manat təşkil edir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli hesabdan çıxarışının surətindən görünür ki, İddiaçı 3414,85 manat məbləğində əsas borcu, 213,75 manat faiz borcu, cəmi 3628,60 manat məbləğində borcu vardır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli hesabdan çıxarışının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ü il tarixədək cəmi 726 manat məbləğində ödəniş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-25/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 Maarif oğlunun cavabdeh İddiaçı Bəzirxan qızına qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş 07 aprel 2020-ci il təvəllüdlü X14 cavabdeh İddiaçı Bəzirğan qızının himayəsində saxlanılması qət edilmişdir. Tərəflər faktiki nikah münasibətlərinə 2022-ci ilin aprel ayından son qoyduqlarını və ayrı yaşadıqlarını bildirmişlər. Şirvan şəhər Məhkəməsinin 2(032)-678/2023 nömrəli, 22 may tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı 3414 (üç min dörd yüz on dörd) manat 85 (səksən beş) qəpik əsas, 125 (yüz iyirmi beş ) manat 17 (on yeddi) qəpik məbləğində faiz borcu, cəmi 3540 (üç min beş yüz qırx) manat 02 (iki) qəpik məbləğində, həmçinin dövlət rüsumu üçün ödənilmiş 55 (əlli) manat 81 (səksən bir) qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı bacısı qızıdır, onların Ariflə evləndikləri dövrdən həmişə maddi problemləri olmuş və o gənc ailəyə həmişə dəstək olmuşdur. Nigar əvvəl də kredit götürüb ərinə vermiş, kredit ödəyə bilmədiyindən ona kömək etmişdir. Təxminən 2023-cü ilin mart ayında Nigar təkrarən kredit götürdüyü bildirmiş və Arifin yeni avtomobil almaq istəməsini bildirmişdir. X6rkən 4000 manat məbləğində krediti götürərək onun yanında əri arifə vermişdir. X4 bildirdi ki, iddiaçının dayısıdır. Arif Nigarı 2022-ci iliin təxminən aprel ayında gecə saat 03:30 radələrində Ağstafaya gətirmiş, səbəbini soruşanda onun qaynanası ilə yola getmədiyini demiş, zamanla hər şeyin düzələcəyini bildirmişdir. Həmçinin Arifdən qızılların harada olmasını soruşanda sonunu satdğını və təzəsini alacağını demişdir. X1 iddiaçının iş yoldaşı olmasını, yaxın münasibətlərdə olduğunu bildirmiş, iddiaçının heç vaxt qızıl-zinət taxmadığını görüb ondan səbəbini soruşanda sonuncu qızıllarını qaynanasına saxlamağa verdiyini bildirmişdir. X3 iddiaçının əri ilə münasibətlərinin pisləşdiyindən sonra bir müddət onun evində kirayə qalmasını, ondan qiymətli əşyalarının, qızıllarının olub-olmamasını soruşarkən hamısını saxlamaq üçün qaynanasına verdiyini bildirdiyini göstərdi. Həmçinin Nigara hansısa şəxsi əşyaları lazım olduqda gedib qaynanasından götürərək ona verdiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar, sonradan ailədaxili münaqişələr nəticəsində xx.xx.2023cü ildə boşanmışlar. Nikahın ləğvinə dair ərizə ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, iddia ərzəsində faktiki olaraq İddiaçı 3 ay əvvəl onu tərk edərək evdən getdiyini bildirir, iddiaçı həmçinin izahatlarında 2022-ci ilin aprel ayında keçmiş ərinin onu ata evi olan Ağstafaya apardığını və elə həmin dövrdən də faktiki olaraq nikah və ailə münasibətlərinə son qoyulduğunu qeyd etdilər. Hazırda iddiaçı 585 əyyarlı ümumi çəkisi 44 qram olan boyunbağı, qolbağı, klon, sırğa və üzük dəsti olan qızıl zinət əşyalarını, olmadığı halda dəyərini, birgə nikah dövründə "xxxx" ASC-dən və "xxxx" ASC-dən götürülmüş kreditə görə ödədiyi pulun yarısını, həmçinin banklara ödəniləcək pulun ½ hissəsinin cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Cavabdeh tərəf iddianı qəbul etmir, tələblərin sübuta yetirilməməsi səbəbindən rədd edilməsini xahiş edir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci madəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İddiaçının irəli sürdüyü ümumi tələbinə qiymət verərək ilk öncə qeyd edilməlidir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir; bu maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə, maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə görə məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X8 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119-cu və 220.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, məhkəmə xərcləri tərəflər arasında müvafiq qaydada, yəni tərəflərin irəli sürmüş olduğu tələblərin təmin olduğu həcmdə bölüşdürülməsini qanunamüvafiq hesab edir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə ilk öncə irəli sürülmüş tələblərə ayrı-ayrılıqda münasibət bildirməyi vacib hesab edir. İddiaçının qızıl zinyət tələbi üzrə İddiaçı tələbinin predmeti olan qızıl zinyət əşyalarını cavabdehlərin ona toy hədiyyəsi olaraq verdiklərini, lakin sonra qaynanası Cavabdeh2 tələbi ilə sonuncuya saxlamaq üçün qaytardığını, növbəti ailə münaqişəsi zamanı evi gecə saat təxminən 03:30 (sonradan izahatında saat 23-də) radələrində keçmiş əri Cavabdeh1 Maarif oğlunun təkidi ilə tərk etməsini və ata evinə, Ağstafaya getməsini bildirir. Evi tərk edən zaman özünə və azyaşlı uşağına məxsus müəyyən şəxsi əşyaları da apardığını göstərir. Şahid qismində dindirilən şəxslər iddiaçının ata evinə gələrkən özü ilə bir neçə sellofan çantada şəxsi əşyalarını gətirdiyini göstərdilər. İddiaçı qızıl əşyalarının cavabdehə verməsini və onların həmin qızılları satmasını bildirsə də bu halı öz izahatından başqa təsdiq edən heç bir əsaslı və mötəbər sübutu təqdim edə bilmədi. Həmçinin özü tanışının vasitəsilə keçmiş ərinin evindən bir neçə dəfə şəxsi əşyalarını rahatlıqla götürdüyünü bildirdi. Məhkəmə iclasında ifadə verən şahidlərin isə iddiaçının yaxın qohumları və iş yoldaşları olmaları onların bildirdiklərinin nə dərəcədə həqiqəti əks etdirməsini bir qədər şübhə altına alır. Məhkəmənin isə hər hansı nəticəyə gələrkən son qənaəti - təbii ki, şübhə və ziddiyyətdən kənar olmalıdır. Belə ki, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasındakı faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələbinin birgə nikah dövründə götürülmüş kredit borcu ilə əlaqədar hissəsinə münasibətdə Artıq yuxarıda sadalanan ailə qanunvericiliyinin normalarından da məlum olduğu kimi, ərarvadın rəsmi birgəlikləri dövründə əldə etmiş olduqları bütün mənfəət və öhdəliklərin bərabər (bəzi hallarda isə bərabər olmayan) nisbətdə bölünməsi müəyyən edilmişdir. İş materiallarında olan sorğulanaraq əldə edilmiş müqavilə və arayışlardan, həmçinin izahatlardan da məlum olur ki, hazırki iddianın digər predmeti sayılan kredit borcları ilə əlaqədar öhdəliklərin yaranma tarixi də (xx.xx.2021-ci il və xx.xx.2023-cü il) məhz birgə nikah dövrünə təsadüf edir. Belə olan halda iddiaçı öhdəliklərinin bərabər paylar üzrə bölünməsi hissəsində Cavabdeh1 Maarif oğluna qarşı yönəltmiş olduğu tələbində qismən haqlıdır. Lakin məhkəmə bu tələbə ədalətli və qanuni münasibət bildirmədən öncə ilk öncə tərəflərin birgə nikah dövrünü – 15 aprel 2019-cu il nikaha daxil olaraq xx.xx.2023-cü il tarixdə rəsmi boşanmışlar, həmçinin mühüm əhəmiyyət kəsb edən və hər iki tərəfin təsdiq etməsi səbəbindən iş üzrə mübahisələndirilməyən hal kimi tərəflərin faktiki olaraq 2022-ci ilin aprel ayından ayrı yaşamaları, ailə münasibətlərinə son qoymaqla artıq birgə təsərrüfat aparmadıqlarını diqqətə alır. Qeyd olunanları ümumiləşdirərək isə məhkəmə belə qənaətə gəlir ki, deməsinə görə iddiaçı tərəfindən ödənilən lakin tərəflərin birgə yaşayıb ümumi təsərrüfat apardıqları nikah dövrünə təsadüf edən ödənişlərin cavabdehdən tutulması qanunun tələbinə əsasən məqsədəmüvafiq olmadığından həmin hissədə iddia təmin edilə bilməz. O ki, qaldı tərəflərin artıq faktiki rəsmi ailə münasibətlərinə son qoyduqları 2022-ci ilin aprel ayından sonrakı dövrdə (tərəflər dəqiq tarix göstərmədiklərindən məhkəmə bunu ayın sonuncu günü ilə hesaba alır) iddiaçının hər iki banka ödədiyi məbləğin yarısının cavadeh Cavabdeh1 Maarif oğlundan alınması hissəsinə - məhkəmənin mövqeyi belədir ki, tələb əsaslı olduğundan ödənilən məbləğin yarı hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin hər iki banka olan mövcud borcun gələcəkdə ödənilməsi məsələsinə münasibətdə isə məhkəmə belə hesab edir ki, mövcud borclar cəmlənərək tərəflərin bərabər hissədə paylarına mütənasib bölünməklə ümumi borcun ½ hissəsi Cavabdeh1 Maarif oğlundan alınaraq banklar qarşısında birbaşa cavabdehlik daşıyan iddiaçıya verilməlidir. Beləliklə tərəflərin mövqeyini dinləyərək, təqdim edilən sübut və məlumatları hərtərəfli tədqiq edərək məhkəmənin gəldiyi nəticə bundan ibarətdir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, GTKR4024312A299 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş ümumi 1996,54 AZN məbləğin ½ hissəsi, yəni 998,27 AZN və xx.xx.2022-ci il tarixli,1071165 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilən ümumi 621,14 AZN məbləğin ½ hissəsi yəni, 310,57 AZN məbləğdə pul, həmçinin "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli, GTKR4024323A299 nömrəli kredit müqavilə üzrə və "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə birgə nikah dövründə hər iki müqavilə üzrə ümumi 6293,02 AZN məbləğində yaranmış borcun ½ hissəsi Cavabdeh1 Maarif oğluna aid edilməklə Cavabdeh1 Maarif oğlundan 3146,51 AZN alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə isə iddiaçı əsaslandığı halları sübuta yetirə bilməməsi səbəbindən rədd edilməlidir. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab edir ki, iş materiallarına əsasən məhkəmə xərcləri iddiaçı tərəfindən dövlət rüsumu kimi ümumi ödənilmiş 123,2 manat və 50 manat mediasiya xərcindən ibarətdir. Hazırki tələb isə qismən (ümumi tələbin 60 faizi) təmin olunduğundan məhkəmə xərclərinin təmin olunmuş hissəyə mütənasib olaraq 100 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qanunamüvafiq hesab olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, GTKR4024312A299 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş ümumi 1996,54 AZN məbləğin ½ hissəsi, yəni 998,27 AZN və xx.xx.2022-ci il tarixli,1071165 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilən ümumi 621,14 AZN məbləğin ½ hissəsi yəni, 310,57 AZN məbləğdə pul Cavabdeh1 Maarif oğlundan tutularaq iddiaçıya verilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli, GTKR4024323A299 nömrəli kredit müqavilə üzrə və "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli,1071165 nömrəli kredit müqaviləsi üzrə birgə nikah dövründə hər iki müqavilə üzrə ümumi 6293,02 AZN məbləğində yaranmış borcun ½ hissəsi Cavabdeh1 Maarif oğluna aid edilsin və Cavabdeh1 Maarif oğlundan 3146,51 AZN alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. 100 (bir yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh1 Maarif oğlundan alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-307/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-307/2023
14.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver