Məhkəmə qərarları › İş №2(032)-308/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-308/2023

19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-308/2023 19.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh Subhət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Subhət oğluna və maraqlı şəxs Şirvan şəhər 1 saylı notariat ofisinə qarşı miras əmlakının qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Subhət oğluna və maraqlı şəxs Şirvan şəhər 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 miras qalmış Şirvan şəhəri Tofiq İsmayılov küçəsi ev 2, mənzil 19-da yerləşən 38.7 kv.m olan üç otaqlı fərdi evin miras kimi qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 onun atası, X7 onun anası olub. X8 onun bacısıdır. X9 onun qardaşıdır. O, 1981-ci il tarixdə anadan olub. X1 ünvan 1 ünvanında 3 otaqlı 38.7 kv/m olan 5-ci mərtəbədə ev vermişdirlər. Həmin evdə atası, anası, bacısı, qardaşı və o qeydiyyatda olmaqla yaşayır. Atası X11 24 dekabr 2016-cı il tarixində, anası X7 11 aprel 2018-ci il tarixində vəfat ediblər. Atası anası vəfat edəndən sonra qardaşı X9 atasının evinə buraxmır. Atası evinə gedəndə onu söyür, təhqir edir, şəxsiyyətini alçaldır. Bu barədə Şirvan şəhər Polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində qardaşı Nişat ona demişdir ki, “Sənə atamızın evindən ev verməyəcəyəm”. Bu barədə Şirvan şəhər 1 saylı notariat ofisinə müraciət etmiş, notarius ofisindən yazılı məlumat veriblər ki, bu barədə Şirvan şəhər məhkəməsinə müraciət olunmalıdır. Daha sonra Şirvan şəhər məhkəməsinə müraciət etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh Subhət oğlu izahatında iddianın əsassız olmasını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, maraqlı şəxs Şirvan şəhər 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gələməmişdir. Məhkəmə Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki maraqlı şəxs Şirvan şəhər 1 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və X5 1 saylı Notariat kontoruna vermiş olduğu 7E-8299 nömrəli xx.xx.2018-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi ev 2, 19 saylı mənzilin Cavabdeh Subhət oğluna adına özəlləşdirilməsinə razıdırlar. İş materiallarında olan X3 1 saylı Notariat kontoruna vermiş olduğu 7E-8557 nömrəli xx.xx.2018-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi ev 2, 19 saylı mənzilin Cavabdeh Subhət oğluna adına özəlləşdirilməsinə razıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 (yeni qaydalarla Şirvan şəhəri Xəqani Şirvani küçəsi 362 M5 m 1) Cavabdeh Subhat oğlunun mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhəri 1 saylı Notariat Ofisinin İddiaçı ünvanmış xx.xx.2023-cü il tarixli, 87 nömrəli məktubunda göstərilmişdir ki, vərəsəlik işinin rəsmiləşdirilməsi üçün hüquqmüəyyənedici sənədlərin olması vacibdir, digər halda isə vərəsələr arasında mübahisə və ixtilafın olması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Miras qalmış əmlakın hüquqmüəyyənedici sənədlərin əldə edilməsi və vərəsəlik işi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini iddia etdiyi əmlak daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Cavabdeh Subhat oğlunun mülkiyyətindədir. İddiaçı isə qeyd edilən əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, hazırki iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçının miras əmlak olaraq qəbul edilərək vərəsəlik şəhadətnaməsinin verilməsini iddia etdiyi əmlak Cavabdeh Subhat oğlunun mülkiyyətindədir. Mülkiyyət hüququnun tanınması və qorunması isə mülkiyyətçilərin konstitusion hüququdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin faktiki hallarından görünür ki, iddiaçı, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməli olduğunu iddia etsə də, inzibati orqanın imtinasında səbəb olaraq, məhz vərəsəlik işinin rəsmiləşdirilməsi üçün hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, mübahisəli mənzil Cavabdeh Subhat oğlunun mülkiyyətində olması, həmin mənzilin miras əmlak kütləsinə aid edilməsini istisna edir, həmçinin mübahisəli mənzilin digər şəxsin mülkiyyətində olması özlüyündə iddiaçının “qanuni gözlənti” hüququna malik olmaması kimi qiymətləndirməyə rəvac verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Subhət oğluna və maraqlı şəxs Şirvan şəhər 1 saylı notariat ofisinə qarşı miras əmlakının qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Subhət oğluna və maraqlı şəxs Şirvan şəhər 1 saylı notariat ofisinə qarşı miras əmlakının qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar