Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-322/2023 31.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı «Azər-Türk Bank” ASC-nin Cavabdeh vərəsəsi X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı «Azər-Türk Bank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu X1 xx.xx.2018-ci il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən 2867,84 manat borc və iddia verilərkən ödənilmiş 49,08 manat dövlət rüsumunun tutularaq «Azər-Türk Bank” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3000 manat məbləğində kredit verilmiş və bununla bağlı «X9» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borcu 2789.19 manat, faiz borcu 78.65 manat təşkil edir. AZ-İ 979359 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdikləri məlumata əsasən Cavabdeh vəfatından sonra Şirvan şəhər 1 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2022-ci il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq 04 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixində vərəsəlik işi açılmışdır və Cavabdeh vərəsəsi arvadı ünvan 1 ünvanında qeydiyyatda olan X4r. Borcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh vərəsəsi X5 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Qeyd edirlər ki, xx.xx.2018-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da Bankın cavabdehin vərəsəsindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda «X9» Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 2867.84 (iki min səkkiz yüz altmış yeddi manat səksən dörd qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehin vərəsəsi tərəfindən ödənilməsinin təmin edilməsi bildirilmişdir. İddiaçı «Azər-Türk Bank” ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi məqsədilə bildiriş göndərilsə də, zərf “ünvanda yaşamır” qeydi ilə geri qayıtmış, nə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin və cavabdeh X2 iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə dinləyib, işə əlavə edilmiş sənədləri obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2018-ci il tarixli, ******* saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə illik 22 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli ******* saylı Kredit Müqaviləsinin Ödəniş cədvəlindən görünür ki borclu hər ay 114,57 manat ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2021ci ilə kimi ödəməli idi. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə xx.xx.2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən 210,81 manat əsas və 214,19 manat faiz borcu ödənilmiş, 2789,19 manat məbləğində əsas, 78,65 manat faiz, cəmi 2867,84 manat borc ödənilməmişdir. AZ-İ 979359 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə edilən məlumata əsasən Cavabdeh vəfatından sonra Şirvan şəhər 1 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2022-ci il tarixdə qeyd olunan 1 saylı notariat ofisinə ünvanmış sorğuya verilən cavaba əsasən 04 noyabr 2022-ci il tarixli məktuba görə xx.xx.2019-cu ildə vərəsəlik işi açılmış, xx.xx.2019-cu il tarixində qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilmiş Cavabdeh vərəsəsi arvadı - ünvan 1 ünvanında qeydiyyatda olan X4r. xx.xx.2019-cu il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 1 saylı notariat ofisinin xüsusi notariusu X7 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən X2 Cavabdeh vərəsəsi olduğunu təsdiq etmişdir. 6-3/xx/xx-5993 nömrəli, xx.xx.2022-ci il tarixli cavabdehə ünvanlanmış pretenziyadan və alınmasına dair əlavə olunmuş xəbərnamənin surətindən görünür ki, iddiaçı bank borclunu öhdəliyinin icrası barədə məlumatlandırmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi X5 mərhum borclu Cavabdeh qanuni üzrə vərəsəsi sayıldığından qanunvericiliyin tələbinə görə miras qoyanın başqa şəxslər qarşısında öhdəliyinə görə də cavabdehlik daşıması qanunauyğundur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh kredit müqavilələrinə əsasən borc alan qismində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, yəni kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi və faiz borcu da daxil olmaqla göstərilən ödənilməli olan aylıq məbləği kreditor «Azər-Türk Bank” ASC-yə ödəmədiyi üçün müqavilələrin şərtlərini pozmuş, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən Cavabdeh vərəsəsi X1 xx.xx.2022-ci il tarixdə xx.xx.2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən 2789,19 manat məbləğində əsas, 78,65 manat faiz, cəmi 2867,84 manat alınaraq iddiaçı «Azər-Türk Bank” ASC-yə ödənilməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 49,08 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki,iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh vərəsəsi X1 2789 (iki min yeddi yüz səksən doqquz) manat 19 (on doqquz) qəpik məbləğində əsas, 78 (yetmiş səkkiz) manat 65 (altmış beş) qəpik faiz, cəmi 2867 (iki min səkkiz yüz altmış yeddi) manat 84 (səksən dörd) qəpik və 49 (qırx doqquz) manat 08 (səkkiz) qəpik dövlət rüsumu alınaraq iddiaçı «Azər-Türk Bank” ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-322/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-322/2023
31.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver