Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-323/2023 25.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6016,25 manat əsas borcun və 80,16 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh1 48 ay müddətinə illik 20 faiz hesablanması şərti ilə 7759,83 manat məbləğində kredit verilmiş, kreditin təminatı kimi İddiaçı ASC isə Cavabdeh2 ilə həmin tarixdə Zaminlik müqaviləsi bağlamiş və ayrılmış kredit xəttinə zamin durmuşdur. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdehlər öz üzərlərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdeh1 xx.xx.2022-ci il tarixə xx.xx.2021-ci il tarixli, RGTK3353927A141 saylı kredit müqaviləsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6016,25 AZN əsas borcu vardır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli RGTK3353927A141 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 48 ay müddətinə, illik 20% ödəmək şərti ilə 7759,83 manat məbləğində kreditin verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Z-RGTK3353927A141 saylı Zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli RGTK3353927A141 saylı Kredit müqaviləsi üzrə Cavabdeh2 ayrılmış kredit xəttinə zamin durmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə Kredit müqaviləsi üzrə 6016.25 AZN əsas borcu vardır. İş materiallarında olan pretenziyanın surətindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Eyni zamanda cavabdehlər məhkəmə iclasından xəbərdar olmaqla iddiaya qarşı hər hansı etiraz irəli sürməməklə məhkəmə iclasında da iştirak etməmişdir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 80,16 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı ASC tərəfindən ödənilmiş olan 80,16 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6016,25 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 80,16 (səksən manat 16 qəpik) manat, ümumilikdə 6096,41 (altı min doxsan altı manat 41 qəpik) manat pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-323/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-323/2023
25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver