Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-324/2023 04.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Cavabdeh, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6102 manat 79 qəpik əsas borc, 875 manat 95 qəpik faiz borcu cəmi 6978 manat 75 qəpik borc və iş üzrə ödənilmiş 89 manat 79 qəpik dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4750560A141 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 6102 manat 79 qəpik əsas borc, 875 manat 95 qəpik faiz borcu cəmi 6978 manat 75 qəpik borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi İddiaçı ASC-nin hüquqi ünvanına göndərilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Elsevər Əkbərov tərəfindən məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul edir. İddiaçı ASC-nə 6978 manat 75 qəpik məbləğində borcu olmasını etiraf etdi. İzahata əlavə olaraq bildirdi ki, ailə məsələsi ilə əlaqədar maddi imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. İddianın təmin edilməsinə dair ərizə təqdim etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, cavabdehin ərizəsinə və işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2022-ci il tarixli, RGTK4750560A141 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 6422 manat 77 qəpik məbləğində kredit verilmişdir. İş materiallarında olan 16/78698 saylı, xx.xx.2022-ci il tarixli pretenzya məktubuna əsasən cavabdehlərə borcun ödənilməsi təklif edilsədə, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi 6102 manat 79 qəpik əsas borc, 875 manat 95 qəpik faiz borcu cəmi 6978 manat 75 qəpik faiz borcu təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2022-ci il tarixli, RGTK4750560A141 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 6422 manat 77 qəpik məbləğində kredit verilmişdir. Borcun ödənilməsi barədə Cavabdeh dəfələrlə şifahi müraciət olunmasına, habelə 16/78698 saylı, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən kreditor aşağıdakı hallarda bu müqavilə üzrə borcların (əsas borc, faiz borcu, dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını Borcalandan tələb edə bilər: -3.1.4.1-cü bəndinə əsasən borcalan tərəfindən əsas borc yaxud onun bir hissəsinin Ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda; -3.1.4.2-ci maddəsinə əsasən borcalan tərəfindən fazilərin yaxud onların bir hissəsinin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı ASC-nə 6978 manat 75 qəpik məbləğində borcu olmasını etiraf etməsini, İddiaçı ASC-i ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh kredit müqaviləsi ilə aldıqlarını İddiaçı ASC-nə qaytarmalıdır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 02 fevral 2022-ci il tarixli, RGTK4750560A141 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 6102 manat 79 qəpik əsas borc, 875 manat 95 qəpik faiz borcu cəmi 6978 manat 75 qəpik borc və iş üzrə ödənilmiş 89 manat 79 qəpik dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02 fevral 2022-ci il tarixli, RGTK4750560A141 nömrəli kredit müqaviləsi üzrə 6102 manat 79 qəpik əsas borc, 875 manat 95 qəpik faiz borcu cəmi 6978 manat 75 qəpik məbləğində pul alınıb İddiaçı ASC-nə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 89 manat 79 qəpik məbləğində pul alınaraq İddiaçı ASC-nə verilsin. Qətnamədən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-324/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-324/2023
04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver