Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-326/2023 07.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı suborqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı suborqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin idiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəmə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, mülki işin aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, o, Pakistan İslam Respublikasının vətəndaşıdır və ona Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vərəqəsi verilmişdir. Həmin daimi yaşamaq üçün icazə vərəqəsində onun yaşayış yeri xx.xx.2022-ci il tarixdən ünvan 2-dür. Hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Qeyd edilənlərə əsasən mülki işin aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur (məhkəməyə təqdim edilən poçt zərfi xx.xx.2022-ci il). İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Ərazisində Daimi Yaşamaq üçün İcazə vərəqəsində cavabdehin yaşayış yeri Şirvan şəhəri, M.Mirzəyev küçəsi, ev 17Q göstərilmişdir. Lakin məhkəmə iclasında cavabdehin təqdim etmiş olduğu Azərbaycan Respublikasının Ərazisində Daimi Yaşamaq üçün İcazə vərəqəsində cavabdehin daimi yaşayış yerinin ünvan 2 olduğu qeyd edilmişdir. Həmin icazə vərəqəsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərkən, artıq cavabdeh yuxarıda qeyd edilən ünvan üzrə qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Abşeron Rayon Məhkəməsinə inzibati ərazisinə aid olduğundan, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı suborqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-326/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-326/2023
07.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver