Məhkəmə qərarları › İş №2(032)-339/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-339/2023

09.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-339/2023 09.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X3, Cavabdeh6 nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Rahil qızı, X8, Cavabdeh4, X5 və Cavabdeh6 qarşı mənzildən çıxarılma tələbinə dair, Cavabdeh5, Cavabdeh6 cavabdehlər ünvan 2 Notariat Kontoruna və maraqlı şəxs İddiaçı qarşı Şirvan şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında yerləşən ümumi sahəsi 85.6 kv.m, yaşayış sahəsi 48.4 kv.m, yardımçı sahəsi 37.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə dair Şirvan şəhəri 1 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə bir icraatda birləşdirilmiş iddialar üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 Rahil qızı, X8, Cavabdeh4, X5 və Cavabdeh6 ona məxsus Şirvan şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında yerləşən mənzildən çıxarılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nə əsasən Cavabdeh2 özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ona satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışdan görünür ki, qeyd edilən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Lakin buna baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 Rahil qızı, X8, Cavabdeh4, X5 və Cavabdeh6 hələ də, onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxmamışdırlar. Dəfələrlə şifahi olaraq cavabdehlərə fərdi yaşayış evindən çıxarılmalarını xahiş etsə də, onlar onun sözlərinə məhəl qoymadılar. Bu səbəbdən də hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh5, Cavabdeh6 cavabdehlər ünvan 2 Notariat Kontoruna və maraqlı şəxs İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında yerləşən ümumi sahəsi 85.6 kv.m, yaşayış sahəsi 48.4 kv.m, yardımçı sahəsi 37.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi Şirvan şəhəri 1 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduqları və yaşadıqları Şirvan şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında yerləşən ümumi sahəsi 85.6 kv.m, yaşayış sahəsi 48.4 kv.m, yardımçı sahəsi 37.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi Şirvan şəhəri 1 saylı Notariat Ofisində xx.xx.2022-ci ildə bağlanılmış AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi” imzalanmış, həmin fərdi yaşayış evi 30.000 manat müqabilində İddiaçı satılmışdır. Şirvan şəhəri 1 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində bu cür bir əqdin imzalanmasından bir neçə gün öncə evə məhkəmə bildirişi gələn zaman xəbər tutmuşdur ki, İddiaçı məhkəmədə iddia qaldıraraq evin boşaldılması tələbini qoymuşdur. Bundan sonra, müqavilənin etibarsız hesab edilməsi barədə notariusa müraciət edilmiş, onlara bildirmişlər ki, məhkəmədə əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq hüququnuz vardır. Halbuki, qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın alqı-satqısı zamanı həmin mənzildə qeydiyyatda olan şəxslərin (ailə üzvləri və ya s. şəslər) razılığı alınmalıdır. Bu cür razılıq ərizələri tərəflərindən verilməmiş, notariusa dəvət olunmamışdırlar. Bu baxımdan hesab edirlər ki, müqavilə imzalanan zaman “Notariat haqqında Qanununun” və “Notarial hərəkətlərin aparılmasına dair” təlimatın tələbləri pozulmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh5, Cavabdeh6 cavabdeh ünvan 2 Notariat Kontoruna və maraqlı şəxs İddiaçı qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(032)-911/2023 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Rahil qızı, X8, Cavabdeh4, X5 və Cavabdeh6 qarşı mənzildən çıxarılma tələbinə dair 2(032)- 339/2023 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etməklə yanaşı izahatında bildirdi ki, həmin fərdi yaşayış ona məxsusdur, bu səbəbdən də X3, Cavabdeh6 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında X3, Cavabdeh6 nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək İddiaçı iddia tələbini etiraf etməyərək onun rədd edilməsini, Şirvan şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında yerləşən ümumi sahəsi 85.6 kv.m, yaşayış sahəsi 48.4 kv.m, yardımçı sahəsi 37.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi Şirvan şəhəri 1 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş ünvan 2 Notariat ofisinin nümayəndəsi X12 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 Notariat ofisində mülkiyyətçi Cavabdeh2 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Alqı-satqı zamanı mülkiyyətçinin arvadı Cavabdeh3 Rahil qızının ərinə məxsus əmlakın satılması ilə bağlı ərizə təsdiq edilmişdir. (digər ailə üzvü olan yetkinlik yaşına çatmayan övladlarının ərizəsi tələb olunmur). Satıcı Cavabdeh2 alqı-satqı zamanı satılan əmlakda qeydiyyatda olan ailə üzvü olmayan digər şəxslərin orda olması barədə heç bir məlumat verməmiş və onların əmlakın satılması barədə razılıq ərizələrinin alınmasını tələb etməmişdir. Bu o anlama gəlir ki, satıcı və alıcı arasında sözügedən mövzü ilə bağlı şifahi razılaşma vardır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Rahil qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, Cavabdeh5, Cavabdeh6 iddiaları təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh2 mülkiyyətində olan Şirvan şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında yerləşən ümumi sahəsi 85.6 kv.m, yaşayış sahəsi 48.4 kv.m, yardımçı sahəsi 37.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evini alıcı İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şirvan şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında yerləşən ümumi sahəsi 85.6 kv.m, yaşayış sahəsi 48.4 kv.m, yardımçı sahəsi 37.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-8-1/2-148 nömrəli məktubundan görünür ki, Cavabdeh2, Cavabdeh3 Rahil qızı, X9, Cavabdeh4, X10, X5, Cavabdeh6 və X2 şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinin xx.xx.2023-ü il tarixli, 3-13-111/2-13335/2023 tarixli məktubundan görünür ki, sorğuda adları qeyd olunan Cavabdeh2, Cavabdeh3 Rahil qızı, X5, Cavabdeh6 və X6 həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxslər Şirvan şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında 2015-ci il tarixdən qeydiyyatdadırlar. İş materiallarında olan ünvan 2 notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 4Ə-280 reyestrlə alqı-satqı müqaviləsinə əlavə edilmiş “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Cavabdeh2, Cavabdeh3 Rahil qızı, X11 və X2 şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Cavabdeh3 Rahil oğlu 1 saylı Notariat kontoruna vermiş olduğu **********753 nömrəli ərizənin təsdiq edilmiş surətindən görünür ki, o, Şirvan şəhəri S.Ə.Şirvani küçəsi ev 27A saylı ünvanında 0.0236 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 85.6 kv.m fərdi yaşayış evini satılmasına və həmin əmlakdan istifadə hüququna xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Şirvan şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında yerləşən ümumi sahəsi 85.6 kv.m, yaşayış sahəsi 48.4 kv.m, yardımçı sahəsi 37.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evini İddiaçı satmışdır. Hazırda həmin əmlak İddiaçı mülkiyyətindədir. Məhkəmə həmçinin müəyyən etdi ki, alqı-satqı zamanı mülkiyyətçinin arvadı Cavabdeh3 Rahil qızı əri Cavabdeh2 məxsus əmlakın satılmasına razılıqla bağlı notariat orqanı ərizə təqdim etmişdir. Digər ailə üzvü olan uşaqları isə yetkinlik yaşına çatmayan olduqlarından razılıqları alınmamışdır. ünvan 2 notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 4Ə-280 reyestrlə alqı-satqı müqaviləsinə əlavə edilmiş “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan da görünür ki, Cavabdeh2, Cavabdeh3 Rahil qızı, X11 və X2 şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında qeydiyyatdadırlar. Hazırda İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Rahil qızı, X8, Cavabdeh4, X5 və Cavabdeh6 ona məxsus ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılaraq, mənzilin ona təhvil verilməsini xahiş edir. Həmçinin Cavabdeh5, Cavabdeh6 cavabdehlər ünvan 2 Notariat Kontoruna və maraqlı şəxs İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 85.6 kv.m, yaşayış sahəsi 48.4 kv.m, yardımçı sahəsi 37.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi Şirvan şəhəri 1 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, qeyd edilən hər iki tələb bir-biri ilə bağlı olduğundan ümumi olaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesb edilir. Məhkəmə qeyd edir ki, Cavabdeh2lə İddiaçı arasında sözügedən fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi mövcuddur. Həmçinin sözügedən fərdi yaşayış evi İddiaçı adına dövlət reyestrində qeydə alınmışdır. Hazırda İddiaçı mülkiyyət hüququnu əmələ gətirən elementlərdən əmlaka sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüquqlarına malikdir, lakin iddiası üzrə cavabdehlər tərəfindən bu hüquqlarının həyata keçirilməsi məhdudlaşdırılır. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Odur ki, o, cavabdehlərin zəbt edilmiş fərdi yaşayış evindən çıxarılmalarını tələb etməkdə haqlıdır. Digər iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə İddiaçı və Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal da müəyyən edilməmişdir. Bundan başqa, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. İşin araşdırılmış hallarından aydın olur ki, İddiaçı və Cavabdeh2 arasında Şirvan şəhəri 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində bağlanmış AN-İ ******* saylı alqısatqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qanun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. İddiaçılar Cavabdeh5, Cavabdeh6 iddia tələblərinin əsas kimi mübahisəli evə dair alqı-satqı müqaviləsi bağlanarkən onların həmin fərdi yaşayış evində pasport qeydiyyatında olmalarına baxmayaraq onların razılıqlarının alınmaması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən “... alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun.” Həmçinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən “... mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür.” Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin şərhlərindən göründüyü kimi alqısatqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal həmin mənzilə dair bağlanmış olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin bu cür hal əsasında müqavilənin etibarsız hesab edilməsi mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu qəbul olunamsı ilə nəticələnə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh5, Cavabdeh6 cavabdeh ünvan 2 Notariat Kontoruna və maraqlı şəxs İddiaçı qarşı Şirvan şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında yerləşən ümumi sahəsi 85.6 kv.m, yaşayış sahəsi 48.4 kv.m, yardımçı sahəsi 37.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə dair Şirvan şəhəri 1 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh2, Cavabdeh3 Rahil qızı, X8, Cavabdeh4, X5 və Cavabdeh6 Şirvan şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında yerləşən mənzildən çıxarılsınlar. ünvan 4i yaşayış evi İddiaçı təhvil verilsin. Cavabdeh5, Cavabdeh6 cavabdeh ünvan 2 Notariat Kontoruna və maraqlı şəxs İddiaçı qarşı Şirvan şəhəri S.Ə.Şirvani küçəsi ev 27A ünvanında yerləşən ümumi sahəsi 85.6 kv.m, yaşayış sahəsi 48.4 kv.m, yardımçı sahəsi 37.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə dair Şirvan şəhəri 1 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar