Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-372/2023 07.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Heydərov Fərrux Fəttah oğlunun katibliyi İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20.000 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2001-ci ildə rəsmi nikah münasibətlərinə girməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 3 övladları olmuşdur. Şirvan şəhər Məhkəməsinin qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. 2018-ci ilin yanvar ayında özünə məxsus olan ünvan 1 ünvanında yerləşən evi satdı. Qeyd edilən ev nikahdan qabaq əldə edilmişdir. Evi satdıqdan sonra Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən mənzil aldı. 2020-ci ilin noyabr ayında Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən mənzili satdıqdan sonra satışdan əldə etdiyi 20.000 manat pulu ailə üzvləri ilə birlikdə yaşadığı Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən fərdi yaşayış evində saxlayırdı. 2020-ci ilin noyabr ayının sonlarında ağır xəstələndi. Həyat yoldaşı xəstəliyindən sui-istifadə edərək evdə olan 20.000 manat pulu və ona məxsus ** DP *** dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobilə məxsus sənədləri oğurladı. Cavabdehin oğurluq etməsi ilə bağlı Şirvan şəhər Polis Şöbəsinə müraciət etdi. Cavabdeh Şirvan şəhər Polis Şöbəsinə verdiyi izahatında evin satışından əldə edilmiş 20.000 manat pulu götürdüyünü etiraf etmişdir. İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddiaçı ilə uzun müddət evli olduqlarını, 3 övladlarının olmasını, sonradan ərinin onu və uşaqlarını evdən qovalamasını bildirmişdir. Evdən gedərkən birgə nikah dövründə birgə tikdirdikləri evin satışından əldə olunmuş 20 min manat pulu da özü ilə aparmışdır. Bütün bu müddət ərzində o tək Bakı şəhərində kirayələrdə qalaraq uşaqlarına baxmış, özü ağır formada karona xəstəliyi keçirmiş, böyük övladını evləndirmişdir. Bütün pulu da məhz sadaladığı məsələlərlə əlaqədar xərcləmişdir. Bundan əlavə iddiaçı ilə birgə yaşadıqları zaman kredit götürülsə də iddiaçı həmin pulu verməkdən imtina etmiş, kredit onun üstünə qalmışdır. İddiaçının ona 3980 manat aliment borcu da var. Hazırda iddianı qəbul etmir, iddiaçıya verə biləcəyi heç bir məbləğdə pulu yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Cavabdeh Şirvan şəhər Polis Şöbəsində vermiş olduğu izahatında bildirmişdir ki, İddiaçı onun keçmiş həyat yoldaşıdır. Aralarında düşmənçilik və ya ədavət yoxdur. Tərlan ilə münasibətləri əvvəllər normal olmuş, sonradan pisləmişdir, birgə nikahlarında uşaqları anadan olmuşdur. Birgə nikah dövründə Şirvan şəhər, G.Şıxbalaoğlu küçəsində yerləşən mənzili almışlar. 2020-ci ilin noyabr ayının sonlarında həmin mənzili 20.000 manat qarşılığında satmışlar. Bundan sonra onlar Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. Mənzilin satışından əldə edilmiş 20.000 manat pulu yaşadıqları evdə saxlayırmışlar. Həmin pul alqı-satqı edildikdən sonra onda olmuşdur. xx.xx.2022-ci il tarixdə Tərlan ona yaşadıqları evdən çıxıb getməyini bildirmişdir. Bundan sonra övladları Xavər, Könül və Rəşidi götürüb evdən getmişdir. Evdən çıxan zaman həmçinin evdə olan 20.000 manat pulu da götürmüşdür. Daha sonra o, Tərlandan boşanmaq üçün müraciət etmişdir. Lakin o, həmin vaxt evdən “VAZ 2106” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin sənədlərini götürməmişdir. Həmin avtomobilin sənədlərini 2021-ci ilin iyun ayında Tərlan özü ona vermişdir. Şirvan şəhər Polis Şöbəsinin 21 yanvar 2023-cü il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şirvan şəhəri üzrə icra və probasiya Şöbəsinin 1220/10-11 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 1820 manat aliment ödənilmiş, 3980 manat aliment borcu qalmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak onların birgə mülkiyyətinə daxildir 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin işlə əlaqədar mövqeyi və əsaslandığı hallar: Beləliklə məhkəmə zamanı müəyyən olundu ki, tərəflər uzun müddət evlilik həyatı yaşamışlar, 3 övladları var, sonradan ailə dağılmış, tərəflər 2021-ci il tarixdə rəsmi boşanmışlar, cavabdeh nikah dövründə mənzil satışından əldə edilmiş 20 min manat pulun evdən gedərkən özü ilə götürdüyünü, ayrı yaşadıqları zaman ərzində övladlarına və öz şəxsi ehtiyaclarına xərclədiyini etiraf edir. İddiaçı tələb predmetinin məhz 2018-ci ilin yanvar ayında özünə məxsus olan və nikahdan əvvəl əldə edilmiş ünvan 1 ünvanında yerləşən evin satılması nəticəsində alınmış Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən mənzilin 2020-ci ilin noyabr ayında satışından əldə edilən pul vəsaiti olmasını bildirsə də, öz tələbinə dair istinad etdiyi hallarla əlaqədar məhkəməyə heç bir sübutu təqdim edə bilməmişdir. Onun iddia etdiklərinə qarşı isə cavabdeh ünvan 1 ünvanında olan evin onların birgə qazancdan əldə olunan vəsait hesabına tikdirmələrini bildirmişdir. Göstərilənlər pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin qənaəti belədir ki, iddiaçı tələbində qismən haqlıdır, tələb olunan məbləğ tərəflərin birgə mülkiyyəti hesab edildiyindən onlar arasında bərabər paylarla bölünməsi ədalətlidir. Məhkəmə xərclərinə gəldikdə isə, bu iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 75 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10.000 (on min) manat pul və dövlət rüsumu kimi ödənilmiş 75 (yetmiş beş) manat alınaraq alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-372/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-372/2023
07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver