Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-401/2023 17.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı X1, Cavabdeh Əmiralı oğlunun iştirakı ilə, İddiaçı X1 Cavabdeh Əmiralı oğluna qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X3 Cavabdeh Əmiralı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 300 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Əmiralı oğlunu tanıyır. 10 mart 2022-ci il tarixində tanıdığı Cavabdeh Əmiralı oğlu onun yanıma gələrək ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş və onu işə düzəldəcəyini bildirmişdir. 12 mart 2022-ci il tarixdə Cavabdeh yenidən onun yanıma gəlmiş və Maarifə şəxsiyyət vəsiqəsini vermişdir. Həmin vaxt Maarif onu işə düzəltmək üçün 200-300 manat pul lazım olduğunu demişdir. Maarifə cavab olaraq pulunun olmadığını və pulu olanda verəcəyəni bildirdi. 20 mart 2022-ci il tarixdə Cavabdeh yenidən onun yanıma gələrək 150 manat borc pul istəmişdir. Həmin vaxt o, Maarifə 150 manat borc pul vermiş və Maarif ondan aldığı 150 manat borc pulu 30 mart 2022-ci ildə qaytaracağını bildirmişdir. Bir neçə gün keçəndən sonra Maarif ona zəng vuraraq aldığı 150 manat pulun üzərinə 20 manat pul qoyaraq "xxxx" MMC-yə işi düzəldəcəyini bildirmişdir. 22 mart 2022-ci il tarixdə Maarif onun yanıma gələrək "xxxx" mərkəzində nəzarətçi işi olduğunu və həmin iş üçün 200 manat lazım olduğunu bildirmişdir. O, Maarifə gün ərzində pul tapıb verəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra o, pul düzəldərək Maarif ilə görüşmüş və 200 manat pulu Maarifə vermişdir. 25 mart 2022-ci il tarixində Maarif yenidən onun yanına gələrək işin tamamlanması üçün və müvafiq sənədləri hazırlamaq üçün 300 manat pul lazım olduğunu deyib və o, Maarifin sözünə inanaraq gün ərzində pul taparaq verəcəyini demişdir. Bir neçə saat keçdikdən sonra 300 manat borc almış və Maarif ilə görüşərək 300 manat pul vermişdir. 28 mart 2022-ci il tarixdə Maarif ona zəng vuraraq 150 manat borc pul istəmişdir. Bir neçə saat keçəndən sonra Maarif ilə görüşərək 150 manat borc pul vermişdir. Beləliklə, Cavabdeh ondan işə düzəlmək üçün 500 manat pul almışdır. O, borc qismində isə ondan 300 manat pul almışdır. Bu vaxta kimi Cavabdeh onun pulunu qaytarmamışdır. İddiaçı X3 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Əmiralı oğlu məhkəmə iclasında ərizə təqdim edərək, iddianı qəbul etdiyini, iddiaçıya 300 manat borcu olduğunu etiraf etmiş, pulu gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan, həmçinin cavabdehin tərəfindən iddianın etirafı təsdiq edildiyindən iddia təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(032)-1424/2022 saylı qərarı ilə inzibati xəta törətmiş Cavabdeh Əmiralı oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş, ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası onun yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməsi, üzərinə elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini yerinə yetirmək vəzifələrinin qoyulması, inzibati xəta törətmiş Cavabdeh Əmiralı oğlundan dəymiş maddi zərərin əvəzi olaraq 500 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs İddiaçı verilməsi qərara alınmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh Əmiralı oğlu öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, X2 pulu qaytarmadığı üçün şərtləri pozmuş, üzərinə götürdüyü öhdəliyi icra etməmiş, hazırda isə iddianı etiraf edir, bu səbəbdən də iddia təmin olunmalı, Cavabdeh Əmiralı oğlundan iddiaçı X2 300 manat məbləğində borcun ödənilməsi cavabdehin hesabına təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30,6 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Əmiralı oğlundan 300 (üç yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat 60 qəpik pul alınaraq iddiaçı X2 verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-401/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-401/2023
17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver