Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-404/2023 12.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mustafayev Ceyhun Mustafa oğlunun hakimliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış kredit öhdəliklərinin pul ifadəsi formasında alınıb verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə yaranmış kredit öhdəliklərinin pul ifadəsi formasında, ümumi kredit borcu olan 7700 manat pulun ½ hissəsinin yarısı olan 3850 manat və ödədiyi 59,40 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və qızıl-zinət əşyalarının özünün, olmadığı təqdirdə dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (2(032)- 307/2023) İş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 2(032)-307/2023 nömrəli xx.xx.2023cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və qızıl-zinət əşyalarının özünün, olmadığı təqdirdə dəyərinin ödənilməsi tələbinə dair 2(032)-307/2023 saylı mülki iş Şirvan şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış kredit öhdəliklərinin pul ifadəsi formasında alınıb verilməsi tələbinə dair 2(032)-404/2023 saylı mülki işlə birləşdiriləşdirilmiş və 2(032)-307/2023 saylı nömrə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış kredit öhdəliklərinin pul ifadəsi formasında alınıb verilməsi tələbinə dair 2(032)-404/2023 saylı mülki iş, Şirvan şəhər Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və qızıl-zinət əşyalarının özünün, olmadığı təqdirdə dəyərinin ödənilməsi tələbinə dair 2(032)-307/2023 saylı mülki işə bilrləşdirildiyindən Şirvan şəhər Məhkəməsinin icraatında olan 2(032)-404/2023 nömrəli mülki işin icraatına xitam verilsin. Hakim: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-404/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-404/2023
12.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver