Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-406/2023 26.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və çəkilmiş xərclər” tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sabirabad rayon Qeydiyyat şöbəsində 86 nömrə ilə qeyd edilmiş 17 dekabr 2021-ci il tarixli nikahdan xx.xx.2022-ci il tarixdə doğulmuş X4 adlı uşağın doğulması ilə əlaqədar çəkilmiş 5845 manat xərcin və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17 noyabr 2021-ci il tarixdə faktiki olaraq ailə qurmuş olsalar da, nikah rəsmi şəkildə 17 dekabr 2022-ci il tarixdə Sabirabad rayon Qeydiyyat şöbəsində 86 nömrə ilə qeyd etdirilmişdir. Cavabdeh Məhəmmədlə birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 adında bir uşaq doğulmuşdur. Cavabdehlə ailə münasibətləri 2 ay yarım olmuşdur. O, rəsmi nikaha daxil olduqdan sonra demək olar ki, cavabdehin ailə üzvlərinin (daha çox atasının) cavabdehǝ təsiri nəticəsində ailə münasibətləri başlamadan da bitmişdir. Cavabdehin bütün hərəkətləri, ona qarşı münasibəti demək olar ki, atasının diktəsi ilə olumuşdur. Evliliyin 2-ci günü cavabdehin atası onları anasıgilə göndərdi ki, “get maaş kartını gətir”, evliliyin 20-ci günündə cavabdehin ona xəyanət etməsinin (10-15 qadınla, hətta kişi ilə də danışırdı) şahidi olmuşdur. O bu barədə ailə üzvlərinə bildirdikdən sonra, istəyiblər ki, onu sakitləşdirsinlər ki, cavabdehi bağışlasın, hətta həmin vaxt cavabdeh qurana da and içdi ki, bir də belə işlər görməyəcək. Bundan sonra cavabdeh ona qarşı siyasətini dəyişərək, onu anasından borc almağa vadar edirdi, borcu qaytarmaq əvəzinə isə hər dəfə daha da çox pulu borc adı ilə almaq istəyirdi. Cavabdeh və ailəsinin ona qarşı oyunlarından biri də guya ki, onlara ev almaq adı ilə onun zaminliyilə 05 yanvar 2022-ci il tarixdə, yəni Yeni ilin ilk iş günündə cavabdehin özü, atası və qardaşı onun işlədiyi Sabirabad rayonunun Ulacalı kənd orta məktəbin önünə gələrək onu maşınla Sabirabad rayonuna Akses Banka aparmış, bankdan 20.000 manat kredit götürmüşlər. Ev cavabdehin deyil, cavabdehin atasının adına alınmışdır. Həmin kreditin də 2000 manatını da əmək haqqından ona ödətdirdilər. Bundan sonra da “ev təmir edilir” adı ilə yenə də anasından 400 manat pul alaraq onlara vermiş, ancaq həmin evə köçməmişlər. Bu müddət ərzində də cavabdehin atası hər vasitə ilə cavabdehi ondan uzaq saxlamağa çalışmış, hər dəfə otağından çıxıb qayıdanda cavabdehin atasının otağından çıxdığını, telefonlarına nəzarət edildiyini görmüşdür. İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixdə doğulmuş X4 adlı uşağın doğulması ilə əlaqədar çəkilmiş 5845 manat xərcin və uşağın yetkinlik yaşına qədər saxlanılması üçün hər ay Cavabdeh 220 manat sabit pul məbləğində alimentin alınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddanı qismən qəbul etdiyini, yalnız uşağın dünyaya gəlməsi ilə əlaqədar çəkilmiş 2719 manat xərcin yarısını, həmçinin uşağın yetkinlik yaşına çatana kimi məvacibinin ¼ hissəsinə uyğun məbləğdə, yəni 100-130 manat civarında aliment verməyə razı olduğunu bildirmişdir. İddiaçının hamiləliyi ilə əlaqədar verdiyi analiz və müayinə pullarını isə ödəməyə razı deyil. Onun ilk nikahdan uşağının olmasını və ona 190 manat məbləğində aliment verməyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Sabirabad rayon Qeydiyyat şöbəsində Cavabdeh ilə X6 arasında 86 nömrə ilə nikah qeydə alınmış və X6 nikaha daxil olaraq “Nərimanova” soyadını qəbul etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. “X10” tərəfindən verilən xx.xx.2022-ci il tarixli hesab-çıxarışa əsasən Lalə Qurbanova hamilə kimi həkim, ultra səs müayinəsi və müxtəlif analizlərin verilməsinə 95 azn, xx.xx.2022-ci il tarixli hesab-çıxarışa əsasən 270,50 azn, xx.xx.2022-ci il tarixli hesab-çıxarışa əsasən 98 azn, xx.xx.2022-ci il tarixli hesab-çıxarışa əsasən 204,50 azn, xx.xx.2022-ci il tarixli hesabçıxarışa əsasən 282,5 azn, xx.xx.2022-xx.xx.2022-ci il tarixli hesab-çıxarışa əsasən 2968,98 azn pul ödəmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixli hesab-çıxarışdan görünür ki, iddiaçı avans qismində ödədiyi 4719 manatın 2000 manatı ona xəstəxana tərəfindən qaytarılmışdır. Ümumi çəkilən xərclər 3919,48 manat təşkil edir. Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Şirvan Şəhər Dövlət X3 xx.xx.2023-cü il tarixli, 3-18-293/2-163/2023 №-li verdiyi arayışdan görünür ki, Cavabdeh verilən aylıq əmək haqqından mütəmadi olaraq 195 manat aliment tutulduqdan sonra onun ələ alacağı aylıq əmək haqqısı 525,97 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin **********93 №-li Doğum haqqında Tibbi Şəhadətnaməsindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X2 övladı xx.xx.2022-ci il təvəllüdlü X5 hamiləliyin 30-cu həftəsində doğulmuşdur. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhməkəyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Göründüyü kimi adı çəkilən konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmənin mülki işlə bağlı mövqeyi və əsaslandığı hallar: Məhkəmə, aliment məbləğini müəyyən edərkən uşağın maddi-məişət tələbatının ödənilməsini, onun yaşını, erkən doğulması ilə əlaqədar hazırda yaşanan və gələcəkdə yaşana biləcək sağlamlıq problemlərini, ananın hazırkı vəziyyətdə uşağa qulluğa görə işləməməsini, cavabdehin əvvəlki nikahından olan övladına aliment verməyini nəzərə alaraq, ailə və yuxarıda sadalanan digər qanunvericilik aktlarının tələblərini rəhbər tutaraq hesab edir ki, cavadehdən tutulacaq aliment sabit pul məbləğində tutulması və həcminin hər ay 200 manat təşkil etməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Cavabdeh əlavə xərclərə cəlb olunması və bundan ötrü ondan iddiaçının hamiləliyi və doğumla bağlı xərclərə dair 5845 manat xərcin tutulması” tələbinə münasibətdə məhkəmə bildirir ki, Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, uşağın doğulması ilə bağlı, həmçinin iddiaçının hamiləliyi ilə əlaqədar çəkilən xərclər məhkəmə tərəfindən tədqiq olunaraq sübuta yetirilən 3919,48 manat pulun hər iki valideynin eyni hüquq və vəzifələrə malik olması prinsipi baxımından, birgə nikah dövründə çəkilən xərclərə aid olması səbəbindən İddiaçı ilə Cavabdeh arasında bərabər bölünməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunan sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci ildə Sabirabad rayon Qeydiyyat Şöbəsində bağlanmış akt qeydləri kitabında 86 nömrəsi ilə qeyd edilmiş nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 15 fevral 2023-cü il tarixdən (məhkəməyə müraciət etdiyi vaxtdan) hesablanmaqla xx.xx.1986-cı ildə Sabirabad rayonu, Şıxsalahlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, həmçinin uşağın doğulması və iddiaçının hamiləliyi ilə bağlı çəkilən xərclərin – yəni, 3919,48 manatın ½ hissəsi - 1959 manat 74 qəpik pul alınaraq İddiaçı verilməli, Azərbaycan Respublikası MPM-in 234.2 və 234.2.1-ci maddəsinə əsasən aliment hissəsində qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumundan və 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri də təmin olunan hissəyə mütənasib olaraq 26,73 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 15 fevral 2023-cü il tarixdən (məhkəməyə müraciət etdiyi vaxtdan) hesablanmaqla xx.xx.1986-cı ildə Sabirabad rayonu, Şıxsalahlı kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və uşağın doğulması, iddiaçının hamiləliyi ilə əlaqədar çəkilən xərclərin 3919,48 manatın ½ hissəsi, yəni 1959 manat (bir min doqquz yüz əlli doqquz) manat 74 (yetmiş dörd) qəpik pul alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildikdən sonra aliment hissəsində dərhal icra olunsun. Tərəflərə izah olunsun ki, qətnamədən şikayətin verilməsi aliment hissəsində icrasını dayandırmır. Məhkəmə xərcləri kimi iddiaçı tərəfindən ödənilmiş 26 (iyirmi altı) manat 73 (yetmiş üç) qəpik pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-406/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-406/2023
26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver