Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-407/2023 16.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, İddiaçı cinayət nəticəsində vurulmuş ziyan tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 400 (dörd yüz) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, Şirvan şəhər məhkəməsinin 28 oktybar 2022-ci il tarixli 1(032)-255/2022 saylı hökmü ilə xx.xx.1986-cı ildə Qazı- Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Hacıqabul rayonu, Rəncbər kəndində qeydiyyatda olmaqla yaşayan, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1 maddələri ilə təqsirli bilinərək 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, o, özgənin əmlakım ələ keçirmək məqsədi ilə 06 mart 2022-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanda yerləşən Şirvan şəhər Mərkəzi poçtunun yanında həmin poçtun inzibati binasının çöl tərəfində quraşdırılmış "xxxx" ASC-nin bankomatının yanında olarkən, həmin bankomatdan özünə məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 4127-2081-1650-3110 nömrəli bank kartından pul çıxarmaq istəyən zərər çəkmiş şəxs İddiaçı bank kartından pulunun çıxarılması ilə bağlı müraciətindən sonra sonuncuya yaxınlaşaraq, İddiaçı məxsus bank kartını götürüb bankomata daxil edib, təhlükəsizlik şifrəsini sonuncudan öyrənməklə daxil edərək bank kartında əməliyyat aparmaqla 400 manat pulu özünə məxsus başqa bank kartına köçürmə edib, bank kartını bankomatdan çıxararaq bankomatın işləmədiyini İddiaçı yalandan bildirib, hadisə yerindən uzaqlaşaraq, 400 manat pulunu gizli yolla talayıb, İddiaçı həmin məbləğdə maddı ziyan vurmaqla oğurluq etmişdir. İddiaçı hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə mülki işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.6-cı maddəsinə əsasən Şirvan şəhər məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyət qaydalarına riayət edilməklə verilməmişdir. Belə ki, iddia ərizəsindən və iş materiallarına əlavə olunan hökmün surətindən görünür ki, cavabdeh Hacıqabul rayonu, Rəncbər kəndində qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə Şirvan şəhər məhkəməsinə müraciət edərəkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.6-cı maddəsinə isitnad etsə də, hazırkı tələb qeyd edilən maddənin tələblərinin təsiri altına düşmür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 36.6-cı maddəsində qeyd edilmişdir ki, xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Yuxarıda qeyd edilən maddənin tələblərinə əsasən vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə yalnız o halda verilə bilər ki, həmin ziyan xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan olsun. Hazırkı halda iddiaçıya yetirilmiş olan ziyan xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan olmadığından, iddiaçı hazırkı iddia tələbi ilə məhz cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-407/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-407/2023
16.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver