Məhkəmə qərarları › İş №2(032)-41/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-41/2025

01.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-41/2025 01.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, nümayəndələri X2, Nümayəndə2, onun nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi X7 və onun nümayəndəsi və vəkil Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdehlər Şirvan şəhər 1 saylı Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Şirvan şəhər 1 saylı Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-240 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X26 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Şirvan şəhəri, X25 küçəsi, ev 18, mənil 60 (yeni qaydalarla AZ 1800, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmış ********** nömrəli çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü ildə Şirvan şəhərində anadan olmuşdur. X3 anası Tamara Səmidova ilə birgə nikahlarından dünyaya gəlmiş uşaqları Abdullayeva (Səmidova) Tahirə Tofik qızı, İsmayılova (Səmidova) Kəmalə Tofik qızı, X19 və İddiaçı. X4 xx.xx.2019-cu ildə, atası X31 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Atadan miras qalmış əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 110.2 kv.m olan mənzildir. Həmin mənzil xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 Saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququ üzrə rəsmiləşdirilmiş və dövlət reyestrində 42 nömrəli kitabın 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Atadan miras qalmış əmlakın qəbulu ilə bağlı digər vərəsələr Abdullayeva (Səmidova) Tahirə Tofik qızı, İsmayılova (Səmidova) Kəmalə Tofik qızı, X19 notariat orqanına müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışlar. X4 xx.xx.2019-cu ildə vəfat edən zaman Azərbaycana gəlmiş və bir müddət orada qalmışdır. Lakin Qazaxıstan Respublikasının X1 şəhərində mühafizəçi işlədiyi üçün geri qayıtmalı olmuşdur. Bütün dünyada tüğyan edən “COVİD 19” virusunun yayılması səbəbindən qadağa rejimləri olduğundan və uçuşlar, respublikaya giriş-çıxışlar bağlı olduğundan Azərbaycan Respublkasina gələ bilməmişdir. Göstərdiyi üzrlü səbəblərdən dolayı miras əmlakdan ona çatası payı ala bilməmişdir. Ümumiyyətlə 1987-ci ildən ailə həyatı qurduqdan sonra həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. 1988-ci ildə ailəsi ilə birlikdə Qazaxıstan Respublikasına gedərək orada 1991-ci ilə qədər yaşamış, 1991-ci ilin may ayında Azəraycan Respublikasına gələrək miras əmlak olan evdə ailəsi ilə birlikdə 1994-cü ilə qədər yaşamış, 1995-ci ildə həmin evdə qalmış, amma yenidən Qazaxıstan Respublikasına getmişdir. 1997-ci ilə qədər orada yaşamış, 2004-də oğlu ailəsi Azərbaycan Respublikasına gəlmiş, oğlu 2-3 ay qalıb geri qayıtmış, 2010-cu ildə oğlu Elsevər hərbi xidmətə gəlmiş, 2012-ci ildə hərbi xidmətini başa vurmuş, 2013-cü ildə ailəsi Azərbaycana gəlmiş və ailədaxili münaqişələr olduğu üçün Talış kəndinə köçmüşlər. 2019cu ildə anası vəfat etdiyi üçün Azərbaycana gəlmişdir. Yas mərasimində iştirak etdikdən sonra Qazaxıstan Respublikasına qayıtmışdır. Daha sonra atası xx.xx.2021-ci ildə vəfat etsə də, məlum karantin rejimi ilə əlaqədar yas mərasiminə gələ bilməmişdir. Sonradan miras əmlakdan pay almaq üçün notariat orqanına müraciət etsə də, xx.xx.2023-cü il tarixli 415 nömrəli məktubla ona cavab verilmişdir ki, miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməlidir. Məsələ ilə bağlı məhkəməyə müraciət etsə də, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-18/2024 saylı qərardadına əsasən cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinə qarşı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 110.2 kv.m olan mənzilin miras əmlak kimi tərəfindən qəbulu ilə bağlı ötürdüyü müddətin üzrlü hesab olunması və qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin bərpa olunması tələbinə dair iş üzrə icraata xitam verilmiş, qanun üzrə vərəsəlik şəhadətnaməsinin və çıxarışın mübahisələndirilməsi ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X32 ilə Tamara Səmidova ilə birgə nikahlarından dünyaya gəlmiş uşaqlarından biri və ən böyük övladları odur. Digər vərəsələr isə Abdullayeva (Səmidova) Tahirə Tofik qızı, İsmayılova (Səmidova) Kəmalə Tofik qızı, X10r. X4 xx.xx.2019-cu ildə, atası X31 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Atadan miras qalmış əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 110.2 kv.m olan mənzildir. Həmin miras əmlak açılarkən üzürlü səbəblərdən iştirak edə bilməmişdir. Vərəsəlik işi açılarkən həmin mənzildə qeydiyyatda olmağına və birinci növbəli vərəsə olmağına baxmayaraq vərəsəliyə cəlb olunmamış və miras əmlakdan ona çatası paydan məhrum olunmuşdur. Notarius isə vərəsələrin dairəsini dəqiq müəyyən etməmiş, qanunvericiliyin tələblərinə ziddi şəhadətnamə vermiş və nəticədə miras əmlakı tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Bu baxımdan Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 2V-240 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X26 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Şirvan şəhəri, X25 küçəsi, ev 18, mənil 60 (yeni qaydalarla AZ 1800, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmış ********** nömrəli çıxarışın etibarsız hesab olunmalıdır. Daha sonra İddiaçı cavabdehlər Şirvan şəhər 1 saylı Notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Ərazi İdarəsinə və X11 qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-240 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X26 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Şirvan şəhəri, X25 küçəsi, ev 18, mənil 60 (yeni qaydalarla AZ 1800, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmış ********** nömrəli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmə verdiyi izahatında iddia tələbinin əsaslı olduğunu bildirirərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X21 bildirdi ki, bacıları vərəsəlikdən onlara düşən paylarını ona bağışlamışlar. Ona demişlər ki, “sən bizim anamız yerindəsən”, həm də valideynlərinin hər ikisinə özü baxmışdır. Onun heç vaxt qardaşı ilə əlaqəsi olmayıb, ümumiyyətlə qardaşı onu bir bacı kimi saymamışdır. Həmin ərəfədə bacısına demişdir ki, qardaşını da çağır, o da gəlsin. Tahirə isə bildirmişdi ki, Əflanı niyə çağırsın, Əflan nə anasına, nə də ki, atasına baxmamışdır. Sonradan bacıları onlara düşən miras paydan onun xeyrinə imtina etmiş və miras əmlaka onun mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin miras əmlakla bağlı o, baclarına yalnız satışından əldə edilmiş vəsaitdən kompensasiya verəcəyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməməklə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin nümayəndəsi X14 izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci ildə vəfat etmiş mərhum X18 qanun üzrə vərəsələri Şirvan şəhər 1 saylı Notariat ofisinə müraciət etmişdirlər. Həmin vaxtı əvvəlki sistemdə Əflan barədə məlumat çıxmamışdır. Qanun üzrə vərəsələr olan X12 və X15 ərizə verməklə qanunvericiliklə müəyyən edilən müddətə mirasdan onlara çatası paydan digər qanun üzrə vərəsə X7 xeyrinə imtina etmişdirlər. Nəzərdə tutulmuş müddət ərzində X11 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı Notariat orqanına vaxtında müraciət etməmişdir. Həmçinin bildirir ki, vərəsələr notariat orqanında digər vərəsə qardaşlarının olmasını bildirməmişdirlər, əgər belə bir məlumat verilmiş olardılarsa o zaman Əflan vərəsə kimi qəbul edilməklə mirasdan ona çatası payı açıq saxlanılacaqdı. Məhkəmə xx.xx.2025-ci il tarixli iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Ərazi İdarəsinin nümayəndəsi X8 izahatında bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti bəyan edilmiş hüquqların qeydiyyatını həyata keçirən orqandır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən də Mətanət Qasımovaya çıxarış verilmişdir. Təmsil etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatına alınması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən də iddia tələbinin təsmsilçisi olduğu orqana qarşı olan hissədə təmin edilməməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında bildirdi ki, notariat orqanında vərəsəlik işi açılarkən qardaşı Əflan orada olmamışdır. Bacısı Mətanət notariat ofisində qardaşının itkin düşməsini demişdir. Həmçinin Tahirə də demişdir ki, orada onlara sual verilərkən qardaşlarının itkin düşməsini desinlər, sonra qardaşlarına sürpriz etsinlər. Sonra Mətanət onlara bildirdi ki, “siz payınızı mənə verin, evi satım, həmin pulu bacılar və qardaş arasında bölək”. Ona inanaraq onlara düşən paydan imtina etmişlər. Daha sonra həmin evə gedəndə qapının kilidinin dəyişdiyini görmüş, həmin vaxt bilmişdir ki, bacısı Mətanət onları aldatmışdır. Onları aldatmaqlarını təxminən 6-7 ay sonra bilmiş və bu barədə dərhal qardaşı Əflana məlumat vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat ofisinin 415 nömrəli xx.xx.2023-cü il tarixli İddiaçı göndərilmiş cavab məktubundan görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş mərhum atası X22 qanun üzrə vərəsələri Şirvan şəhər 1 saylı Notariat ofisinə müraciət etmişdirlər. Qanun üzrə vərəsələr olan X12 və X15 ərizə verməklə qanunvericiliklə müəyyən edilən müddətə mirasdan onlara çatası paydan digər qanun üzrə vərəsə X7 xeyrinə imtina etmişdirlər. Mülki Məcəllənin 1322-ci maddəsində nəzərdə tutulan müddətdə X11 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir), digər halda Mülki Məcəllənin 1273.1-ci maddəsinin tələbinə görə isə (Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X26 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, X25 küçəsi, ev 18, mənzil 60 ünvanda yerləşən mənzil üzərində X22 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə, ********** nömrə ilə qeydə alınmışdır. Sabirabad rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X32 ilə X23 arasında nikah Sabirabad rayonu Güdəcühür KİN-də 18 oktyabr 1962-ci il tarixdə 48 nömrə ilə qeydə alınmışdır. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X20 21 yanvar 2019-cu il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixli kitabında 65 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2021-ci il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixli kitabında 97 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 5 ünvanlanmış xx.xx.2024-cü il tarixli 655 nömrəli məktuda mərhum X13 adına Şirvan şəhəri 1 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixdə 91 nömrəli vərəsəlik işi açıldığı qeyd edilmişdir. X5 Şirvan şəhəri 1 saylı Notariat ofisinə vermiş olduğu ərizəsində bildirmişdir ki, xx.xx.2021-ci ildə ölmüş atası X16 irs qalmış ünvan 6 evin, 60 saylı ünvanda yerləşən mənzildən və Şirvan şəhəri, ünvan 10orpaq sahəsindən mirasın ona çatan hissəsindən X7 xeyrinə imtina etmişdir. X6 Şirvan şəhəri 1 saylı Notariat ofisinə vermiş olduğu ərizəsində bildirmişdir ki, xx.xx.2021-ci ildə ölmüş atası X16 irs qalmış ünvan 6 evin, 60 saylı ünvanda yerləşən mənzildən və Şirvan şəhəri, ünvan 10orpaq sahəsindən mirasın ona çatan hissəsindən X7 xeyrinə imtina etmişdir. Şirvan şəhəri 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-241 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X44 oölundan miras qalmış Şirvan şəhəri, Naxçıvan küçəsi 394 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə X21 tam pay almışdır. Şirvan şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-240 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X44 oölundan miras qalmış ünvan 6 evin, 60 saylı ünvanında yerləşən ümumi sahsi 110,2 m2 mənzilə X21 tam pay almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X26 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, X25 küçəsi ev 18, mənil 60 ünvanda yerləşən mənzilə X9 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-18/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 110.2 kv.m olan mənzilin miras əmlak kimi tərəfindən qəbulu ilə bağlı ötürdüyü müddətin üzrlü hesab olunması və qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin bərpa olunması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1026/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdeh X27 qarşı ləyaqətsiz vərəsə hesab edilməklə məcburi pay hüququndan məhrum edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X31 xx.xx.2021-ci il tarixdə Şirvan şəhərində ölmüş və ondan miras əmlak olaraq Şirvan şəhəri, X25 küçəsi, ev 18, mənzil 60 ünvanda yerləşən mənzil və Şirvan şəhəri, ünvan 8 torpaq sahəsi olmuşdur. X18 ölümü ilə əlaqədar olaraq Şirvan şəhəri 1 saylı Notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və vərəsə dairəsi olaraq mərumun övladları X12, X17 və X19 olmuş və vərəsə olaraq X12 və X17 onlara çatacaq miras əmlak paylarından vərəsə X9 xeyrinə imtina etmişlər. Miras əmlak olaraq Şirvan şəhəri, X25 küçəsi, ev 18, mənil 60 ünvanda yerləşən mənzilə və Şirvan şəhəri, ünvan 10orpaq sahəsinə X11 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X32 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, hazırkı mübahisəyə Mülki Məcəllənin qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırlıdığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ...Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda mirası qəbul etmiş sayılır. Qeyd edilən hərəkətlər isə mirasın qəbulu üçün müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Belə ki, Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Məhkəmə sübutları nəzərə alaraq bildirir ki, iddiaçı məhkəmə iclasında miras əmlakdan xəbərdar olduğunu bildiyinə baxmayaraq, Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu mərhum X32 vəfat etdiyi xx.xx.2021-ci il tarixindən xeyli müddət sonra yəni 2023-cü il tarixdə İddiaçı nümayəndəsi (X28) notariat orqanına müraciət etmişdir. Bundan başqa, iddiaçı miras faktiki qəbul etməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, xx.xx.2021-ci ildə miras açıldıqdan sonra İddiaçı vərəsəsi olan oğlu İddiaçı qanunla müəyyən edilmiş qaydada Şirvan şəhəri, X25 küçəsi, ev 18, mənzil 60 ünvanı miras əmlak qismində qəbul etməmişdir. Bu isə o deməkdir ki, miras əmlak qanunla müəyyən edilmiş qaydada qəbul edilmədiyindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, miras əmlakın bölüşdürülməsi tələbi əsassız olduğuna görə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Şirvan şəhər 1 saylı Notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Ərazi İdarəsinə və X11 qarşı Şirvan şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-240 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X26 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Şirvan şəhəri, X25 küçəsi, ev 18, mənil 60 (yeni qaydalarla AZ 1800, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmış ********** nömrəli çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar