Məhkəmə qərarları › İş №2(032)-427/2023

Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(032)-427/2023

02.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-427/2023 02.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qızına qarşı qızıl-zinət əşyalarının və ödənilmiş 30 manat dövlət rüsumunun alınması tələbinə dair mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı X3 Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızından 650 manat pulun, bu olmadıqda dəyərini ödəmədiyi 583 əyarlı 7.6 qram çəkidə bir cüt qızıl sırğa və bir ədəd qızıl üzüyün və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən “Lombard Respublika” da ********** nömrəli VÖEN əsasında fiziki şəxs qismində fərdi sahibkarlıqla məşğul olur. Lombardda qızıl-zinət əşyalarının girovu ilə yanaşı alqısatqısıda aparılır. Bu alqı-satqı həm nəğd, həm də nisyə formada aparılır. xx.xx.2022-ci il tarixdə cavabdeh lombarddan ümumi dəyəri 1000 (bir min) manat olan - 583 əyarlı, 7,6 qram çəkidə bir cüt qızıl sırğa, bir ədəd qızıl üzüyü 650 (altı yüz əlli) manata və 4,1 qram çəkidə, 585 əyarlı bir cüt qızıl sırğanı 350 (üç yüz əlli) manata ilkin ödəniş 50 (əlli) manat olmaqla hər həftədə 50 (əlli) manat ödəmək şərti ilə nisyə aldı. Cavabdehlə əvvəllərdə bu formada alı. satış etdiyi üçün ona inanıb qeyd olunan zinət əşyalarını ona verdi. Cavabdeh həftə ərzində mütəmadi olaraq 50 manat ödənişləri etdi. Lakin doğrudanda sorakı altı həftə ərzində mütəmadi olaraq 50 manat ödənişləri etdi. Lakin sonradan o, ödənişləri etmədi. Bir neçə dəfə cavabdehlə telefon əlaqəsi saxlayıb ödənişləri etməyi xahiş etsə də o, bunu etmədi. Məcbur qalıb xx.xx.2023-cü i məktubu ilə cavabdehə müraciət edərək 650 (altı yüz əlli) manat borcu üç iş günü ərzində ödəməyi xahiş etdi və əks halda məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirdi. Cavabdeh məktubu xx.xx.2023-cü il tarixdə alsa da, bugünədək borcunu ödəməmişdir. Məhkəmə iclasında iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə bildirişini qəbul etməkdən imtina etmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, işdə olan AZE № 18010541 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh qızı xx.xx.1967-ci ildə anadan olmuşdur və hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Lombard Respublika”nın müdiri X4 tərəfindən Cavabdeh Əbülfəz qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh qızı tərəfindən imzalanmış qəbzdən görünür ki, sonuncuya ilkin 50 (əlli) manat, hər həftə isə əlli manat ödəmək şərti ilə ümumi dəyəri 1000 (bir min) manat olan - 583 əyarlı, 7,6 qram çəkidə bir cüt qızıl sırğa, 650 (altı yüz əlli) manat dəyəri olan bir ədəd qızıl üzük və 4,1 qram çəkidə, dəyəri 350 (üç yüz əlli) manat olan 585 əyarlı bir cüt qızıl sırğa verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh qızı xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 1000 (bir min) manat olan - 583 əyarlı, 7,6 qram çəkidə bir cüt qızıl sırğa, 650 (altı yüz əlli) manat dəyəri olan bir ədəd qızıl üzük və 4,1 qram çəkidə, dəyəri 350 (üç yüz əlli) manat olan 585 əyarlı bir cüt qızıl sırğanı ilkin ödəniş 50 (əlli) manat, hər həftədə də 50 (əlli) manat ödəmək şərti ilə nisyə almışdır və bu barədə öz imzası ilə təsdiq edilməklə razılğını bildirmişdir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh qızı nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı qismində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, yəni müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi X2 ödəmədiyi üçün müqavilə şərtlərini pozmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə iddiaçının qızıl-zinət əşyalarının, yaxud onların dəyərinin qaytarılması tələbinə qiymət verərək qeyd edir ki, həmin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2ci maddəsi təşkil edir; bu maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İşin fakitiki hallarından göründüyü kimi qeyd edilən qızıl əşyaları iddiaçı tərəfindən Cavabdeh qızına nisyə satılmış, lakin cavabdeh tərəfindən tərəflər arasında müəyyən edilmiş razılaşma üzrə ödənişlər tam olaraq həyata keçirilməmişdir. Bu da özlüyündə Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd edilən dispazisiya şərtlərinin cavabdeh tərəfindən pozulmasına dəlalət edir. Odur ki, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X2 məxsus qızıl-zinət əşyaları cavabdeh tərəfindən alınmışdır və beləliklə yekun olaraq məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan bütün əşyalar cavabdeh tərəfdə olduğundan onların özləri, olmadığı halda isə dəyəri alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh qızından 583 əyarlı, 7.6 qram çəkidə bir cüt qızıl sırğa və bir ədəd qızıl üzüyün özləri, olmadıqda isə onların dəyəri olaraq 650 manat pul alınaraq iddiaçı X2 verilsin. Cavabdeh qızından ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar