Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-432/2023 20.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X22 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 2 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Əli-Bayramlı şəhər X14 İcraiyyə Komitəsi tərəfindən 333 saylı orderlə şəhərin Tofiq İsmayılov küçəsi, ev 27 “B”, mənzil 2də 30 iyul 1980-ci il tarixdə 1 mərtəbədə 3 otaqdan ibarət 37,04 kv.m sahəsi olan ev vermişlər. Həmin ev ona verilərkən həmin evin orderinə oğlanları Bəylərov Alik, Bəylərov Arif və X2rı da qeydiyyata düşmüşlər. X3 1990-cı il tarixdə X21 ilə ailə qurmuşlar. Onların 3 nəfər övladları vardır. İddiaçı, Fəridə Bəylərova və Əlihüseyin Bəylərov. Hər üç uşaq ailəlidir. X3 2013-cü ildə burda ailəsini atıb Moskva şəhərinə getmişdir. Orda ailə qurub, 2 nəfər uşağı da var. Bura gəlib-getmir. Onlar ondan Azərbaycana gəlməsini xahiş etmiş, lakin, o bildirmişdir ki, Moskvada ailə qurmuş, Azərbaycana gəlməyəcək. Cavabdeh1 2012-ci il tarixdə onun evinin qeydiyyatına düşmüşdür. Lakin həmin evdə yaşamamışdır. Hal-hazırda Romelya Samara şəhərində yaşayır, ailəlidir. 2013-cü il tarixdən onun şəxsiyyət vəsiqəsinin vaxtı qurtarmış, Azərbaycana qayıda bilmir. Cavabdeh2 onunla qonşu olmuş, Şirvan şəhəri, T.İsmayılov küçəsi ev 27 A-da yaşamış, səhvən onu da onun evinin qeydiyyatına salmışlar. O 20 ildən artıqdır ki, burdan köçüb getmişdir. Harda yaşadığını bilmir. Həmin şəxslər könüllü olaraq gəlib onun evinin qeydiyyatından çıxmırlar. Bu səbəbdən də o məhkəməyə müraciət etməli olmuşdur. Adı çəkilən şəxslər hal-hazırda daimi olaraq başqa ünvanda yaşayırlar. Cavabdehlərin mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması mülkiyyətçi olaraq onun hüquqlarını məhdudlaşdırır və onların yerinə kommunal xərclər ödəməyə məcbur qalır. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinin mümkün olmamasına görə cavabdehlərin mülkiyyətində olan mənzildən istifadə hüququna xitam vermək tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər uzun müddət mənzildə yaşamadıqlarından, onların özlərinin yaşayış evləri olduğundan onun mənzilindən istifadə etmək hüququnu itirmişlər. İddiaçı iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 2 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, Cavabdeh3 onun oğlu, Cavabdeh4 nəvəsidir. Oğlu Cavabdeh3 ailəsindən qeyri rəsmi ayrılaraq Rusiya Federasiyasına getmişdir. 2018-ci il tarixdən orda yaşayır. Sonucu dəfə 2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Burda olduğu müddətdə onun evində yaşamamışdır. Cavabdeh3 özünə məxsus evi olmuş, 1999-cu il tarixdə onu satmışdır. Nəvəsi Cavabdeh4 2015-ci il tarixdə ailə quraraq başqa ünvana köçmüşdür. Digər Cavabdeh2 onun qonşusu olmuş, səhvən onun evinin qeydiyyatına düşmüş, halhazırda o Şirvan şəhəri T.İsmayılov küçəsində yaşamır, harda olması barədə məlumatı da yoxdur. Cavabdeh1 onun qohumudur. O sənədlərini düzətmək üçün müvəqqəti ona məxsus evə qeydiyya düşmüş, hal-hazırda isə Rusiya Federasiyasında Samara vilayətində yaşayır və şəxsiyyət vəsiqəsinin müddəti keçdiyi üçün geri qayıda bilmir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlərin qeydiyyatda olduqları ünvana göndərilmiş, lakin cavabdehlər həmin ünvanda yaşamırlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 2 saylı mənzilindən istifadə hüququna xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsindən istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, məhkəmə iclasında şahid X17 ifadə verərək bildirdi ki, 1995-ci il tarixdən Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 3 saylı mənzildə yaşayır. O iddiaçı ilə qonşudur. Cavabdeh3 iddiaçının oğludur, 2018-ci il tarixdən Rusiya Federasiyasına getmiş gelmişdir. Onun özünə məxsus mənzili olmuş satmışdır. Ailəsi ilə birgə yaşamır. Onun ailəsini heç tanımır. Məhkəmə iclasında şahid X8 ifadə verərək bildirdi ki, 1990-cı il tarixdən Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 1 saylı mənzildə yaşayır. İddiaçı ilə qonşudur. O Cavabdeh2 tanımışdır. Belə ki, cavabdeh uzun müddətdir ki, mənzilini satıb getmişdir. Digər Cavabdeh3 iddiaçıya məxsus mübahisəli mənzildə yaşamır. Təxminən 3-4 ildir ki heç görmür. Onda olan məlumata görə cavabdeh özünə məxsus evi satmış sonra iddiaçının evinə yaşamağa gəlmişdir. Rusiya Federasiyasında məhkum olduqdan sonra bir-iki dəfə anasına məxsus mübahisəli mənzilə gəlməsinin şahidi olmuşdur. Cavabdehlə iddiaçının birgə təsərrüfat aparmasını görməmiş, evə girib çıxmasını görmüşdür. Halhazırda Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 2 saylı mənzilində gəlini X4 və iddiaçı özü İddiaçı yaşayır. İş materiallarında olan Əli-Bayramlı şəhər X25 İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 333 nömrəli orderinin təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 2 saylı mənzili İddiaçı verilmişdir. Ailənin tərkibi oğulları Bəylərov Alik, Bəylərov Arif və Bəylərov Çingiz adları göstərilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 30 mart 2013-cü il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin aprel ayının 09 günündə 133 № ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 yanvar 2010-cü il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin mart ayının 18 günündə 154 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1994-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 2 saylı mənzildə qeydiyyatdadır. Vəsiqə Şirvan ŞPŞ tərəfindən 31 avqust 2012-ci il tarixdə verilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X30 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 avqust 2012-ci il tarixli 4126 saylı arayışından görünür ki, 1958ci il təvəllüdlü X13, 1959-cu il təvəllüdlü Cavabdeh3, 1966-cı il təvəllüdlü X4, 1986-cı il təvəllüdlü X18, 1993-cü il təvəllüdlü Cavabdeh4, 1994-cü il təvəllüdlü Cavabdeh1 Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 2 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinin 17 mart 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 2 saylı mənzilə qeydiyyata düşmə səbəblərinə dair sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmiş və həmin şəxslər Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 2 saylı mənzildə 2003-cü il tarixdən qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 20 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında məlumatlar vardır. Belə ki, Cavabdeh3 sonuncu dəfə 20 dekabr 2019-cu il tarixdən, Cavabdeh1 sonuncu dəfə 26 avqust 2019-cu il tarixdən, Cavabdeh2 sonuncu dəfə 22 may 2005-ci il tarixdən ölkədən çıxış etmişlər. Lakin Cavabdeh4 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan 8 saylı MİS tərəfindən təsdiq olunmuş qonşuların 23 may 2023-cü il tarixli Aktından görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 1 saylı mənzildə 3 nəfər İddiaçı, X18 və X4 yaşayırlar. İş materiallarında olan Əli-Bayramlı şəhər X25 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 585 nömrəli orderinin surətindən görünür ki, Əli Bayramlı şəhər A.Əhmədov küçəsi bina 12, mənzil 11 Cavabdeh3 verilmişdir. Ailənin tərkibi 1942-ci il təvəllüdlü anası İddiaçı, 1961-ci il təvəllüdlü qardaşı Bəylərov Alik, 1966-ci il təvəllüdlü qardaşı Bəylərov Çingiz, 1962-ci il təvəllüdlü yoldaşı Bəylərova Kubra, 1988-ci il təvəllüdlü oğlu Bəylərov Ələkbər adları göstərilmişdir. İş materiallarında olan 18 yanvar 1999-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Əli Bayramlı şəhər A.Əhmədov küçəsi bina 12, mənzil 11 X1. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 ilə X10 29 mart 2015-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 2 saylı mənzili icarə hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlərdən Cavabdeh3 iddiaçının oğlu, Cavabdeh4 nəvəsi, Cavabdeh1 qohumudur. Cavabdeh2 isə onun qonşusu olmuşdur. Cavabdehlərdən Cavabdeh3 mülkiyyətində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi olsa da, sonuncu həmin yaşayış sahəsini 18 yanvar 1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. Cavabdehlərdən Cavabdeh1, X13 və Cavabdeh3 2003-cü il tarixdən, Cavabdeh4 isə 1993-cü il tarixdən iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdeh2 22 may 2005-ci il, Cavabdeh1 26 avqust 2019-cu il və Cavabdeh3 20 dekabr 2019-cu il tarixlərdən ölkə xaricindədirlər. Cavabdeh4 isə 29 mart 2015-ci il tarixdə X10 ilə ailə qurararaq ər evinə köçdüyündən iddiaçıya məxsus mənzildə yaşamır. İddiaçı tələbini Cavabdeh4 ailə quraraq başqa ünvana köçməsi, digər cavabdehlərin isə ona məxsus mənzildə yaşamamaları ilə əsaslandırsa da, Cavabdeh3 özünə məxsus yaşayış sahəsini özgəninkiləşdirdikdən sonra 20 dekabr 2019-cu il tarixədək qeydiyyatda olduğu ünvanda deyil, başqa ünvanda yaşaması barədə sübut təqdim etməmişdir. Yanaşı yoxlanılmış şahid ifadələri ilə isə Cavabdeh3 da özünə məxsus mənzili satdıqdan sonra iddiaçı ilə birlikdə ona məxsus mənzildə yaşaması təsdiq edilmişdir. İş üzrə sübutlarla digər cavabdehlərin iddiaçıya məxsus mənzilə köçmələri və onunla birlikdə həmin mənzildə yaşamaları təsdiq edilməmişdir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53cü maddəsinin İ hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin İİİ hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadə hüquqlarına xitam verilməsini tələb etdiyi cavabdehlərdən, yalnız aralarında başqa saziş olmadan həmin mənzilə köçüb onunla birlikdə yaşamış Cavabdeh4 və Cavabdeh3 mənzildən onunla bərabər surətdə istifadə etmək hüquqları əmələ gəlmiş, digər cavabdehlərin isə mənzildən istifadə hüquqları mövcud deyil. Belə ki, cavabdehlərin iddiaçıya məxsus mənzilə qeydiyyata alındıqları zaman qüvvədə olan qanunvericilikdə şəxsin qeydiyyatda olması, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi əsası olaraq nəzərdə tutulmamış, həmin hüququn əmələ gəlməsi aralarında başqa saziş olmadan icarədarla birlikdə yaşamaları ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Beləliklə məhkəmə yuxarda qeyd edilənləri nəzərə alıb hesab edir ki, yalnız yaşayış yerini müəyyən müddətə tərk etmiş şəxs yaşayış yerini itirmədiyindən, Cavabdeh4 isə iddiaçıya məxsus mənzili müəyyən müddətə deyil, ailə qurararaq ər evinə köçməsi ilə bağlı tərk etdiyindən o, iddiaçıya məxsus mənzilə dair yaşayış yerini itirmişdir və iddia tələbi ona münasibətdə təmin edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cavabdeh3 iddiaçıya məxsus yaşayış sahəsini başqa yerə daimi yaşamaq üçün getməsi səbəbi ilə tərk etməsi, bununla da yaşayış sahəsinə olan hüquqlarını itirməsi halı sübut edilmədiyindən, iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya məxsus mənzilindən istifadə hüquqları əmələ gəlmədiyindən, bununla da hazırkı tələb onlara münasibətdə mövcud olmayan hüquqa xitam verilməsi barədə olduğundan təmin edilə bilməz. Beləliklə məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki,iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4 Şirvan şəhəri, T.İsmayılov küçəsi 27B saylı evin 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-432/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-432/2023
20.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver