Məhkəmə qərarları › İş №2(032)-440/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-440/2023

19.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-440/2023 19.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismarı Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı 12 yanvar 2020-ci il tarixli «4/5» nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismarı Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı X1 və Cavabdeh1 müvəqqəti istifadələrinə verilmiş Şirvan şəhəri, F.X.Xoyski küçəsi, 685 ailəlik qəsəbəsində 4 saylı binanın 5 nömrəli mənzilinə dair 12 yanvar 2020-ci il tarixli “4/5” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməklə cavabdehlər X1, Cavabdeh1 və qeyrilərinin “4/5” nömrəli mənzildən çıxarılması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər isə məhkəmə iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismarı Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı X1 və Cavabdeh1 müvəqqəti istifadələrinə verilmiş Şirvan şəhəri, F.X.Xoyski küçəsi, 685 ailəlik qəsəbəsində 4 saylı binanın 5 nömrəli mənzilinə dair 12 yanvar 2020-ci il tarixli “4/5” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməklə cavabdehlər X1, Cavabdeh1 və qeyrilərinin “4/5” nömrəli mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar