Məhkəmə qərarları › İş №2(032)-448/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-448/2023

03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-448/2023 03.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Cavabdeh-nin Sumqayıt Melioservis İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Meliorasiya-Mexaniki Təmir Zavoduna, Azərbaycan Cavabdehnə və Sumqayıt Melioservis İdarəsinə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Meliorasiya-Mexaniki Təmir Zavoduna, Azərbaycan Cavabdeh-yə və Sumqayıt Melioservis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 118180 manat bank hesabına köçürülmüş pul, 410 manat dövlət rüsumu, cəmi 118590 (bir yüz on səkkiz min beş yüz doxsan) manat pulun cavabdehlər Meliorasiya-Mexaniki Təmir Zavodu, Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyəti və Sumqayıt Melioservis İdarəsindən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Meliorasiya Mexaniki Təmir Zavoduna, həmin Zavodun bank hesabının tənzimlənməsi üçün 04 mart 2021-ci il tarixdə 118180 (yüz on səkkiz min yüz səksən) manat borc pul verilib. Həmin pul zavodun bank hesabına köçürülüb və qısa vaxtda qaytarılacağı bildirilib. Pulun geri qaytarılması İddiaçı tərəfindən dəfələrlə tələb olunub, lakin həmin borc qaytarılmamışdır. Hazırda Şirvan şəhərində yerləşən Meliorasiya-Mexaniki Təmir Zavodu, Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinin və Sumqayıt Melioservis İdarəsinin tabeçiliyində fəaliyyət göstərir. Məhkəmə mülki işin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisəyə aid olubolmaması ilə bağlı tərəflərə münasibət bildirməyi təklif edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Həmçinin bildirdi ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş olsa da, onun vergi ödəyicisi kimi fəaliyyəti dayandırılmışdır. İddia tələbində qeyd edilən pul məbləği isə iddiaçı tərəfindən zavodun bank hesablanmasının tənzimlənməsi məqsədi ilə verilmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Cavabdeh-nin Sumqayıt Melioservis İdarəsinin nümayəndəsi X2 işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Meliorasiya-Mexaniki Təmir Zavodunun və Azərbaycan Cavabdeh-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehlər Meliorasiya-Mexaniki Təmir Zavodunun və Azərbaycan Cavabdeh-nin nümayəndəsinin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırkı iddia tələbi üzrə iş sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan aidiyyəti üzrə kommerisya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Melorasiya Mexaniki Təmir Zavodunun xx.xx.2021-ci il tarixinə debütor və kreditor borcları haqqında məlumatdan görünür ki. İddiaçı tərəfindən 2021-ci il bank hesabının tənzimlənməsi ilə bağlı 118180,80 manat kredit pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2023-cü il tarixli, **********874600 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (VÖEN:**********) xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci il tarixdə vergi orqanına təqdim edilmiş arayışa əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməllliyatları dayandırılmış, xx.xx.2017-ci il tarixdə təqdim edilmiş arayışa əsasən xx.xx.2017-ci il tarixdən sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları bərpa edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci il tarixdə təqdim edilmiş arayışa əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdə təqdim edilmiş arayışa əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2092-ci il tarixədək sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə qeyd edir ki, qanunvericiliyə edilmiş dəyişikliklər əsasında inzibati-iqtisadi məhkəmələrin əvəzinə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, habelə işlərin məhkəmə aidiyyətinin, yəni ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə, eləcə də məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının yeni qaydaları müəyyən edilmişdir. Ümumilikdə, kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. İddia ərizəsindən və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında mübahisə müəssisənin bank hesabının tənzimlənməsi ilə bağlıdır. Həmçinin mülki iş üzrə İddiaçı vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmiş və onun adına ********** nömrəli VÖEN verilmişdir. Həmçinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli 6 nömrəli qərarı ilə edilmiş olan əlavə və dəyişkliyə əsasən qərarın 2.2-ci bəndinə əlavə edilmiş olan 28-ci bənddə qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Qeyd edilən qərardan göründüyü kimi vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Görünüdüyü kimi hazırkı mülki iş üzrə iddiaçı vergi ödəyicisidir və tərəflər arasında mübahisə müəssisənin bank hesabının tənzimlənməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş olan pul məbləğinin geri qaytarılması ilə əlaqədar olan mübahisədir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarından (icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən) görünür ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, mövcud mübahisə üzrə aidiyyət Kommersiya Məhkəməsinə aid olduğu halda, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddia ərizəsi aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə verilmişdir. İş materiallarına əlavə edilmiş olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2023-cü il tarixli, **********874600 nömrəli məktubdan görünür ki, İddiaçı adına ********** nömrəli VÖEN verilmişdir. Həmin VÖEN üzrə vergi ödəyicisinin hüquqi ünvanı AZ5200, Salyan rayonu, Qarabağlı kəndidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”ndan görünür ki, Salyan rayonu kommersiya mübahisləri üzrə Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxil edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisə kommersiya xarakterli olduğundan hazırki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Meliorasiya-Mexaniki Təmir Zavoduna, Azərbaycan Cavabdehyə və Sumqayıt Melioservis İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün ərzində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar