Məhkəmə qərarları › İş №2(032)-449/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-449/2023

10.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-449/2023 10.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X18 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi və Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və övladları X2, X4, X5, X6 Şirvan şəhəri S.Mehmandarov küçəsi ev 16A (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, S.Mehmandarov küçəsi ev 16 A, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Çıxarışla tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh qardaşı X9 ilə rəsmi nikah münasibətlərinə girməklə ailə həyatı qurmuşlar, 17 mart 2020-ci il tarixdə isə nikahları pozulmuşdur. Cavabdeh son 6 ildə Azərbaycan Respublikasına gəlməmişdir. Sonuncu dəfə cavabdeh 2016-cı ilin iyun ayında Azərbaycan Respublikasında olmuşdur. Cavabdehin qardaşı ilə nikah münasibətləri pozulduqdan sonra isə cavabdeh ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. Cavabdeh və onun övladları ona məxsus fərdi yaşayış evinin pasport qeydiyyatdındadırlar. Cavabdehin və övladlarının Rusiya Federasiyasında daimi yaşayış yerləri vardır. Cavabdeh və övladları ona məxsus fərdi yaşayış evində yaşamır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Cavabdeh göndərilmiş, lakin cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən bildiriş geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, şahidləri dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 və Şahid3 ifadələrində eyni xüsusatları təsdiq edərək bildirmişlər ki, yaxın qonşuları İddiaçı ünvan 3da anası X13, qardaşı X9 ilə yaşayır. Cavabdeh və övladları X8, X10, X11, X12 bu ünvanda qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. İş materiallarında olan nikah haqqında aktın qeydindən görünür ki, X9 ilə Həsənova (Alməmmədova) Fatimə Vahid qızı 20 sentyabr 2005-ci il tarixdə 412 № ilə nikah haqqında aktda qeyd edilmişdir. İş materiallarında olan boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh nikahı 17 mart 2020-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli qonşu aktından görünür ki, ünvan 3 ünvanında İddiaçı, anası X13 və qardaşı X9 ilə yaşayır. Cavabdeh və övladları X8, X10, X11, X12 isə qeydiyyatda olsalar da, bu ünvanda yaşamırlar. İş materiallarında olan Əli-Bayramlı şəhər X14 İcraiyyə Komitəsi iclasının 22 №-li 31 oktyabr 1983-cü il tarixli protokolundan çıxarışın surətindən görünür ki, Əli Bayramlı şəhərin keçmış rayon mərkəzində və ona bitişik Çılpaqlı, Bayramlı və Kosmonavtlar yaşayış məntəqələrində 1 aprel 1983-cü il tarixə kimi tikilib başa çatdırıılmış 28 Aprel küçəsindəki 16 A nömrəli bir mərtəbəli iki otaqlı fərdi ev və 560 kv.m torpaq sahəsi həmin sahədə yaşayan X7 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şirvan şəhəri S.Mehmandarov küçəsi ev 16A X7 daşınmaz əmlakın dövlət reyestrində 25 aprel 2012-ci il tarixdə 7 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 12 fevral 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X1 şəhəri S.Mehmandarov küçəsi 16A evi hədiyyə alan İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şirvan şəhəri S.Mehmandarov küçəsi ev 16A (yeni qaydalarla ünvan 1 İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 04 mart 2021-ci il tarixdə 7 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinin 08 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh və övladları X2, X4, X5, X6 Şirvan şəhəri S.Mehmandarov küçəsi ev 16A (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin qeydiyyatdan çıxarılmalarına dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnamsəi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları qanuna zidd olduğundan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 20 aprel 2023-cü il tarixli məktubundan görünür ki, xx xxxx 1987-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə 13 fevral 2022-ci il tarixdə ölkəyə daxil olmuş, 22 fevral 2022-ci il tarixdə ölkə sərhədlərini tərk etmişdir. İş materiallarında olan “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarılmış şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, 14 iyul 2006-cı il tarixdə Novokuznetsk şəhərində anada olmuş X8, 03 avqust 2009-cu il tarixdə Novokuznetsk şəhərində anada olmuş X10, 26 avqust 2015-ci il tarixdə Novokuznetsk şəhərində anada olmuş X11 və 26 oktyabr 2016-cı il tarixdə X3 atası X9, anası isə Cavabdehdır. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsi Şirvan şəhəri S.Mehmandarov küçəsi ev 16A (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X7 adına sənədləşdirilməsini qərar almışdır. Fərdi yaşayış evi sonuncunun sahibliyində olduğu vaxt, Cavabdeh 2005-ci il tarixdə X9 nikaha daxil olaraq həmin evə gəlin köçmüşdür. X13 cavabdehi ailə üzvü kimi qəbul edib birlikdə təsərrüfat aparmışdır. Cavabdeh 2006-cı il tarixdən ölkə hüdudlarını tərk etmiş, müxtəlif vaxtlarda qısa müddətlərdə Azərbaycan Reslublikasına gəlib getmişdir. Cavabdehlə əri arasındakı nikah münasibətinə 17 mart 2020-ci il tarixdə xitam verilmişdir. Şirvan G.Şıxbalaoğlu küçəsi ev 302, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci ildə X7 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmış, xx.xx.2021-ci ildə isə 12 fevral 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı adına qeydə alınmışdır. Tərəflər arasında mübahisəli evdən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2005-ci ildə yaranmışdır. Məhkəmə mübahisəli hüquq münasibətlərinin yarandığı zamanı mübahisəli evin hüquqi statusunu, bununla bağlı mübahisəli evin mülkiyyət formasını müəyyən edərək qərara gəlir ki, həmin dövrdə mübahisəli ev Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə müəyyən edilmiş mülkiyyət formalarından hər hansı bir növünə aid olmasa da, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olan Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsi mübahisəli evin X7 adına sənədləşdirilməsi barədə qərar verdiyindən mübahisəli ev özbaşına tikili hesab edilmir. Lakin mübahisəli ev tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmədiyindən, bununla da mübahisəli ev xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmədiyindən, habelə mübahisəli evin yerləşdiyi torpaq sahəsi bələdiyyənin deyil, məhz fərdi yaşayış evinin X7 adına sənədləşdirilməsi üçün qərarı müvafiq icra hakimiyyəti orqanı verdiyindən dövlət mülkiyyətində olduğundan mübahisəli evə dair mövcud mübahisə Azərbaycan Respublikası Mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə iddianın mübahisəli evə dair hissəsi kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Republikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin İ hissəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin İİİ hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri),onların uşaqları və valideynləri hesab olunur.İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi mənzil qanunvericiliyinin tələbinə görə yaşayış sahəsi icarədarın ailə üzvlərinə icarədar ilə birgə yaşayan əri (arvadı),habelə onun uşaqları və valideynləri aiddir. Digər şəxslər o halda icarədarın ailə üzvləri hesab edilir ki,onlar icarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparmış olsunlar. Məhkəmə hesab edir ki, Cavabdeh Şirvan G.Şıxbalaoğlu küçəsi ev 302 ünvanına X13 tərəfindən köçürüldüyü üçün həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etsə də, uzun müddətdir ki, həmin evdən daimi yaşamaq üçün başqa ünvana köçüb getmişdir. Evdə onlara məxsus hər hansı əmlak qalmamışdır. Uzun müddət ərzində və davamlı olaraq qeydiyyatda olduğu mənzilə dair istifadə hüququnu həyata keçirmir, bu hüquqdan könüllü istifadə etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd olunmuşdur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır;- yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sözügedən qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə ailə üzvlərinin arasında etibarlı ailə əlaqələrinin kəsilməsi və onun, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması - hüququ əmələ gətirən əsasın aradan qalxması ailə üzvünün mənzildən istifadə hüququnun xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin və 14 iyul 2006-cı il tarixdə Novokuznetsk şəhərində doğulmuş X2 iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığı tam təsdiq olunduğundan, eləcə də cavabdehin digər övladları 03 avqust 2009-cu il təvəllüdlü X10, 26 avqust 2015-ci il təvəllüdlü X11 və 26 oktyabr 2016-cı il təvəllüdlü X3 yaşayış yerləri birgə yaşadıqları cavabdehin yaşayış yeri sayıldığından onların iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və övladları X2, X4, X5, X6 Şirvan şəhəri S.Mehmandarov küçəsi 16A saylı evə (yeni qaydalarla ünvan 1 olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar