Məhkəmə qərarları › İş №2(032)-451/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-451/2023

05.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-451/2023 05.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh, X9, X16 və X10 qarşı 29 yanvar 2020-ci il tarixli “12/26" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin mənzildən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh, X9, X16, X10 müvəqqəti istifadələrinə verilmiş Şirvan şəhər, F.X.Xoyskı kuçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 12-də yerləşən 26 nömrəli mənzilə dair 29 yanvar 2020-ci il tarixli “12/26” nömrəli xususi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və cavabdehlər Cavabdeh, X9, X1 Jalə Vüqar qızının və qeyrilərinin bina 12, mənzil 26-dan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş, Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı uzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 29 yanvar 2020-ci il tarixli “12/26” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Şirvan şəhər, F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində 12 nömrəli binada 26 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Departamentin Şirvan şəhər Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh, X4, X7, X6 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X8 iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişlər, lakin onların həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş 29 yanvar 2020-ci il tarixli “12/26» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti kirayəçi Cavabdeh və onun ailə üzvləri X9, X16, X10 Şirvan şəhəri, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 12-də yerləşən 26 nömrəli 3 otaqlı mənzil verilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 21 aprel 2022-ci il tarixli, 31 yanvar 2022-ci il tarixli,xx.xx.2023-cü il tarixli “aktlar”dan görünür ki, Mənzil Kommunal istismar Sahəsinin rəisi X11, mühəndisi X8, sahə nəzarətçisi X12, işçiləri X22, X5 şəhəri 685 mənzillik qəsəbədə yerləşən bina 12 mənzil 26-da yaşayışın olmadığını təyin etmişlər. Mənzildə yaşayışın bərpa etməsi üçün dəfələrlə məlumat versələrdə yaşayış hələ də bərpa edilməmişdir. İşə əlavə edilmiş 18 oktyabr 2022-ci il tarixli, 27 ynavr 2023-cü il tarixli “aktlar”dan görünür ki, Cavabdeh Şirvan şəhər, F.X.Xoyski küçəsi 685 mənzillik qəsəbədə yaşadığı dövrdən Mənzil- Kommunal Xidməti haqqını ödəməmişdir. İşə əlavə edilmiş 18 oktyabr 2022-ci il tarixli “akt”dan görünür ki, Cavabdeh Şirvan şəhər, F.X.Xoyski küçəsi 685 mənzillik qəsəbədə yaşadığı dövrdən “Liftlərin texniki xidməti haqqı”nda olan ödənişi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər (son 4 aydır) ödəməmişdir. İşə əlavə edilmiş 27 yanvar 2023-cü il tarixli “akt”dan görünür ki, Cavabdeh Şirvan şəhər, F.X.Xoyski küçəsi 685 mənzillik qəsəbədə yaşadığı dövrdən “Liftlərin texniki xidməti haqqı”nda olan ödənişi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər ödəməmişdir. İşə əlavə edilmiş 29 yanvar 2020-ci il tarixli “12/26» nömrəlixüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Tərəflər arasında bağlanmış olan 29 yanvar 2020-ci il tarixli “12/26» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci maddəsinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda, 5.7.2-ci banədinə əsasən Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə, kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. Göründüyü kimi mənzil qanunvericiliyinə görə xüsusi təyinatlı yaşayış sahəsi kirayə müqaviləsi əsasında kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 24 fevral 2017-ci il tarixli qaydalarının 3.7-ci bəndinə görə məcburi köçkün ailəsi müvəqqəti istıfadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. İşin faktiki hallarından və iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, cavabdehlər Cavabdeh, X9, X16 və X18 faktiki olaraq ünvan 1 ünvanında yaşamırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə,bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh, X9, X16 və X18 faktiki olaraq xüsusi təyinatlı yaşayış sahəsində yaşamadığından 29 yanvar 2020-ci il tarixli “12/26» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh, X9, X16 və X2 şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 12-də yerləşən 26 nömrəli mənzildən çıxarılmalıdırlar. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə cavabdeh X13 arasında Şirvan şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 12-da yerləşən 26 nömrəli mənzilə dair bağlanmış 29 yanvar 2020-ci il tarixli “12/26» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh, X9, X16 və X18 həmin mənzildən çıxarılsınlar. Qətnamədən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar