Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-452/2023 06.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, İddiaçı iddia ərizələrini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına verilmiş Reyestrdən xx.xx.2009-ci il tarixli, MN 000504 saylı çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və həmin ləğv edilmənin icra edilməsinin bir vəzifə olaraq cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, ona (iddiaçıya) məxsus olan İmişli şəhəri, ünvan 1 ünvan cavabdeh idarə tərəfindən heç bir heç bir hüquqi və faktiki əsası olmadan başqa şəxsin adına dövlət qeydiyyatına alınıb. Başqa sözlə, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* olan çıxarışdan görünür ki, cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsinin hüquqi varisi olduğu Daşınmaz Əmlakın Reyestr Xidmətinin keçmiş Sabirabad Ərazi İdarəsi heç bir əsası olmadan və qeyri-qanuni surətdə həmin daşınmaz əmlak üzərində xx.xx.2009-cu il tarixində X1 adına mülkiyyət hüququ dövlət qeydiyyatına almışdır. İddiaçı onun qanunvericiliklə müəyyən olunmuş hüquqlarının cavabdeh inzibati orqan tərəfindən pozulmuş olduğunu iddia edir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin qanunun 4.1-ci maddəsinə əsasən İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. İnzibati prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddiaçı inzibati aktın qəbul edilməsi və ya ləğv edilməsi ilə bağlı ilkin olaraq inzibati orqana müraciət etməli, nəticə etibarı ilə inzibati orqanın qərarından və ya inzibati orqanın hərəkət (və ya hərəkətsizliyi) ilə bağlı inzibati qaydada yuxarı inzibati orqana və (və ya) məhkəməyə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddia tələbi inzibati orqanın hərəkət (və ya hərəkətsizliyi) ilə bağlı olduğundan, həmçinin mübahisə mülki hüquq subyektlərinin hüquq və vəzifələrin icrası ilə bağlı yaranmadığından mübahisəyə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İşin faktiki hallarından görünür ki, iddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən (X1 adına xx.xx.2009-ci il tarixli, MN 000504 saylı) çıxarşın verilməsi ilə bağlı hərəkətlərini mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı mübahisə üzrə ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etməli, həmin inzibati orqanın hərəkət (hərəkətsizliyi) ilə bağlı yuxarı inzibati orqana və (və ya) aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı X1 adına verilmiş xx.xx.2009-ci il tarixli, MN 000504 saylı çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və həmin ləğv edilmənin icra edilməsinin bir vəzifə olaraq cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin müvafiq inzibati aktı qəbul (və ya ləğv edilməsi) ilə bağlı iddiaçı əsaslandırıcı hissədə qeyd edilmiş aidiyyəti üzrə inzibati orqana və ya inzibati məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş (əməliyyat İD 155560380, qəbz nömrəsi 20561, terminal nömrəsi K0167011, xx.xx.2023-cü il tarixli) 100 manat dövlət rüsumu İddiaçı dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-452/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-452/2023
06.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver