Məhkəmə qərarları › İş №2(032)-458/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-458/2023

03.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-458/2023 03.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 350 manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə tanış olmuş, onunla ailə qurmaq qərarına gəlmişdir. Cavabdeh da X2 qohumudur. Samrad Bilalov ondan borc pul istəmiş, dostunun kartına atmağını xahiş etmişdir. Ona inandığı üçün ayrı-ayrı vaxtlarda sonuncunun qohumu Cavabdeh kartına ümumilikdə 350 manat pul göndərmişdir. Həmin məbləğdə pulları İlkinin kartına göndərəndən sonra Samrad Bilalov ona bildirmişdir ki, aldığı pulları qısa vaxtda qaytaracaqdır. Lakin üstündən bir neçə müddət keçsə də, cavabdeh pullarını qaytarmamış və onu aldatmışdır. Ondan dəfələrlə pulunu istəsə də, X4 və onun qohumu Cavabdeh pullarını qaytarmır. Məcbur olaraq məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdehlə əvəz edilərək X1 350 manat ödəmiş olduğu pulu və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-458/2023 saylı xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 2(032)- 458/2023 saylı xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-458/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək Şirvan şəhər Məhkəməsinin 2(032)-458/2023 saylı xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, onun cavabdeh X4 ilə münasibətləri olmuşdur. O, X4 ilə Cavabdeh məxsus olan evdə bir dəfə olmuşdur. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun İddiaçı ilə 3 il qeyri-rəsmi nikah münasibətləri olmuşdur. Həmin münasibətdə olduqları müddətdə Cavabdeh evində kirayə yaşamışdırlar. Evin kirayə pulu onun tərəfindən ödənilirdi. O təsərrüfatla məşğul olduğundan müəyyən vaxtlarda Şirvanda olmurdu. Özü olmadığı vaxt isə iddiaçı İlkinə aylıq kirayə haqqını ödəmişdir. Hazırkı mülki iş üzrə iddiaçı pulu ona borc məqsədi ilə verməmişdir. Həmin pulu Sevinc özü evin kirayəsi ilə bağlı ona köməklik məqsədi ilə ödəmişdir. Onunla iddiaçı arasında münasibətlərin olması və həmin evdə bir yerdə yaşamaları ilə bağlı fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Hazırda Sevinc ona qarşı olan pul tələbi barədə iddiası əsassızdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, Cavabdeh X3 Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 25, 7 saylı mənzili aylıq 150 manata kirayəyə vermişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh kart hesabına xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 200 manat pul ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericilin tələblərindən göründüyü kimi öhdəliyin yaranması üçün zərər vurulması, əsassız varlanma və ya müqavilə olmalıdır. İşin faktiki hallarından iddiaçı tərəfindən Cavabdeh pulun ödənilməsi halı öz təsdiqini tapır. Lakin həmin pulun ödənilməsi öhdəliyin yaranmasına əsas verən mülki qanunvericilikdə qeyd edilən əsaslar, yəni zərər vurulması, əsassız varlanma və ya müqavilə əsasında baş verməsi halı öz təsdiqini tapmır. Əksinə cavabdeh Samrad Bilalovun vermiş olduğu izahatından və məhkəməyə təqdim edilmiş olan kirayə müqaviləsindən belə nəticəyə gəlməyə əsas verir ki, X4 ilə İddiaçı Atamoğlan qızı arasında münasibətləri olmuş və həmin ödənilmiş olan pulu məhz bu münasibətlər zəmnində ödənilmiş olan yaşadıqları evin kirayə puludur. Əks halın mövcud olması isə sübuta yetrilməmişdir. Əksi halı var idisə belə bu halı sübutetmə yüklülüyü iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən qeyd edilən hala dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə qərarı isə tərəflərin təqdim etdiyi sübutlara əsaslanır və məhkəmə qərarı sübutetmə və çəkişmə prinsipinə əsasən qəbul edilməli olduğundan məhkəmə hesab edir ki, formal mülahizələrə əsasən qeyd edilən iddia təmin edilə bilməz. Qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı Atamoğlan qızının cavabdeh X3 qarşı cavabdeh X2 ona olan 350 manat pulu və 30 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Atamoğlan qızının cavabdeh X3 qarşı cavabdehdən ona olan 350 manat pulu və 30 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə iddiası rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar