Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-461/2023 14.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı 3000 manat pulun və 51 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunlaəsaslnadırılmışdır ki, o, Cavabdeh oğlunu tanıyır, onun qonşuluğunda Şirvan şəhəri, Xəqani küçəsi 311 saylı evdə yaşayır bir qonşu kimi münasibətləri çox yaxşı olub, bir-birilərinə gedib gələn olmuşlar. Cavabdeh 24 may 2021-ci il tarixdə onun evinə gəlmiş, ona 3000 manat pul lazım olduğunu, işini həll etdikdən sonra qaytarcağını demişdir. Ona bir yaxın qonşu kimi inanmış və 24 may 2021-ci il tarixində 3000 manat pul vermişdir. Pul götürməyi barədə onun tərtib etdiyi müqaviləyə də imza etmişdir. Bir müddət keçəndən sonra sonuncu onun pulunu qaytarmadı, bu səbəbdən onunla görüşmüş və ondan pulunu qaytarmasını tələb etmişdir. Həmin vaxt Əliniyaz ona demişdir ki, “Sən heç narahat olma, mən Bakı şəhərindən bankdan pul götürüb sənin pulunu verəcəm”. Xeyli vaxt keçməsinə baxmayaraq hər dəfə ondan pulunu istəyəndə pulu ödəməkdən yayınırdı. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalımıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim edilmiş olan etiraza uyğun izahat verərək bildirdi ki, onunla İddiaçı arasında xx.xx.2020-ci il tarixdə 1000 manat məbləğində faizlə (10 %) pul almağına görə müqavilə bağlamışdır. Pul almaqda məqsədi tanıdığı X1 borc pul lazım olduğu üçün kömək etmək olmuşdur. Pulu aldığı gün xx.xx.2020-ci il tarixdə həmin pul məbləğindən 800 manat hissəsini X1 vermişdir. Onunla İddiaçı arasında bağlanan müqaviləyə görə 3000 manat pul qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iddiaçının təqdim etdiyi müqavilə onun imzaladığı müqavilə deyildir. Belə ki, müqavilənin tarixi xx.xx.2021-ci il tarix deyildir. O faizlə götürdüyü məbləğdən hər ay pensiyasından 115 manat ümümumilkdə 22 ay olmaqla cəmi 2530 manat məbləği iddiaçıya şəxsən ödəmişdir. Onun iddiaçıya 470 manat borcu qalmışdır. O, 2022-ci ilin noyabr ayından etibarən ödənişlər edə bilmədiyindən İddiaçı ondan pulun qalanının ödənilməsini tələb etdikdə, o ona bildirdi ki, ailəsində xəstə olduğundan hazırda ödəniş edə bilmir. İddiaçı ödənişi gecikdirdiyindən məhkəməyə saxta müqavilə ilə müraciət etmişdir. Tutuxanım Mehtiyeva öz növbəsində ona borclu olduğu məbləğdən 1428 manat ümumilkdə pul ödəmişdir. Hazırda iddianı qismən qəbul edir. Onun İddiaçı 470 manat borcu vardır. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı 3000 manat borc pul götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Oqtay qızı ilə Cavabdeh arasında bağlanmış olan müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 3000 manat pul verilmişdir. Cavabadeh onun borcunun 470 manat olmasını bildirsə də, həmin halın sübutu ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlana bilər. İşin fakitiki hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 3000 manat pul verilmişdir. Öhdəliyin icrası prizmasından yanaşası olsaq iddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Hazırda müqavilə üzrə öhdəliyin icrası yüklülüyü cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə xatırladır ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etmiş olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 51 (əlli bir) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 51 manat olmaqla, cəmi 3051 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-461/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-461/2023
14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver