Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-462/2023 19.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh və X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və X1 qarşı 2000 manat pulun və 41 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh və onun oğlu X4 tanıyır. Cavabdeh ilə çox yaxşı münasibəti olmuşlar. Cavabdeh məktəbdə müəllimə işləyir, birbirilərinin evinə gedib gəlişləri vardır. Cavabdeh, oğlu X5 ilə onun evinə 22 oktyabr 2020-ci ildə gəlmiş, Zöhrə 2000 manat pul lazım olduğunu ona demiş, işini həll etdikdən sonra onun pulunu qaytaracaq. Zöhrə ilə yaxşı münasibətləri olduğuna görə, həm də müəllimə işlədiyinə görə ona inanmışdır. Həm də ona demişdir ki, “səndən pul götürməyimə oğlum zamin durur”. Bu səbəbdən Zöhra Qurbanovaya oğlunun yanında 2000 manat pulu 22 oktyabr 2020-ci il tarixində vermiş, həm də onlardan pulu verməsi barədə müqavilə bağlanmışdır. Bir müddət keçəndən sonra ona verdiyi pulu tələb etmiş, Cavabdeh ona bildirmişdir ki, “darıxma mən mağazamı satıb sənin pulunu qaytaracam”, lakin bu günə kimi onun pulunu qaytarmamışdır. Hər dəfə pulu istəyəndə müxtəlif bəhanələr ilə onu aldatmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək hal-hazırda onun X1 heç bir pul tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim edilmiş olan etiraza uyğun izahat verərək bildirdi ki, İddiaçı 1000 manat pulu 10 faizlə götürmüş, hər ay 100 manat olmaqla faizin vermiş, pulun özəyinə görə Səbirə onu və oğlunu incitməyə başlamış, onun da həmin vaxt pulu verməyə imkanı olmamışdır. Sonradan Səbirə evinə, iş yerinə və oğlunun iş yerinə gələrək özünə yaraşan sözlərlə qışqırıb danışmağa başladı. Çarəsiz qalaraq 15 dekabr 2022-ci ildə “Bank Respublika” dan pul götürüb elə bankın qabağında, oğlu Natiq, gəlini, nəvəsi və və özünə pulu vermişdir. Səbirə heç bir hüquqi sənəd olmayan, dediyinə görə qudasının məsləhəti ilə hazırladığı müqaviləyə götürdüyü pulun ikiqatını yazdırır. Onun səhvi müqaviləni almamağıdır. Dedi özü cırıb atacaq, o da buna inanmışdır. Səbirə 30 ilə yaxındır ki, faizlə pul verir. Kimdənsə 6 faizlə pulu götürüb 10 faizlə istəyənə verir. İddianın əsasız olduğunu hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı 2000 manat borc pul götürmüşdür. X5 müqaviləni bağlayarkən ona zamin durmağı öhdəlik götürnüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Oqtay qızı ilə Cavabdeh arasında bağlanmış olan müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 2000 manat pul verilmişdir. Cavabadeh ona borcunun olmamasını bildirsə də, həmin halın sübutu ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlana bilər. İşin fakitiki hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 2000 manat pul verilmişdir. Öhdəliyin icrası prizmasından yanaşası olsaq iddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Hazırda müqavilə üzrə öhdəliyin icrası yüklülüyü cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə xatırladır ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etmiş olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 40.60 (qırx manat 60 qəpik) dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 40.60 manat olmaqla, cəmi 2040.60 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-462/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-462/2023
19.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver