Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-477/2023 19.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 031579 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 2279 manat 81 qəpik cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. ünvan 2in 29 yanvar 2010-cu il tarixli 02 saylı iclasının qərarı ilə 600 kv.m torpaq sahəsi fərdi ev tikmək üçün ona ayrılmışdır. Qeyd edilən ünvan üzrə bir mərtəbəli fərdi yaşayış evi inşa edilmiş, lakin ev təmir edilmədiyindən yaşayış üçün yararlı deyildir. Ünvan üzrə cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə 031579 nömrəli akt tərtib edilmişdir. Qeyd edilən akt əsasında 2279 manat 81 qəpik məbləğində borc hesablanmışdır.Ünvan üzrə dövr ərzində istifadə edilmiş elektrik enerjisi, su və qaz təminatı üzrə borclar vaxtında ödənilmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən ünvan üzrə quraşdırılmış sayğac onun iştirakı təmin edilmədən və ona məlumat verilmədən baxış keçirilmiş, baxış zamanı sayğacın qoşulma sxemi səhv olması, sayğacın girişində faza xətti yuvasında sıfır xətti, sıfır xəttində faza xətti daxil olması qeyd edilmişdir. Onun sayğacın giriş xəttində qoşulmaların düzgün edilməməsindən xəbəri olmayıb. Belə ki, ünvan üzrə akt tərtib edilən vaxt 1-ci qrup əlil olan anası, qızları və o həmin evdə olmuşlar. Sonradan sayğaca baxış keçirilməsi və akt tərtib edilməsi barədə əməkdaşlar tərəfindən mobil telefonuna zəng etməklə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Şirvan şəhər Məhkəməsində iddiaçı olan İddiaçı abonent olaraq X2 qeydiyyatdadır (kod:**********92307). xx.xx.2023-cü il tarixlərdə "xxxx" ASC-nin X6 Departamentinin əməkdaşları tərəfindən elektrik enerjisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən iddiaçıya məxsus yaşayış evində sayğacın qoşulma sxeminin səhv olduğu, sayğacın girişində faz xətti yuvasına sıfır xətti, sıfır xətti yuvasına isə faz xəttinin daxil olduğu və kənar xətdən götürülmüş sıfır xətti vasitəsilə sayğacın dövrədən kənarlaşdırıldığı aşkar olunmuşdur. Bu zaman aşkar olunmuş qüsur barədə müvafiq video çəkiliş aparılmış və bu zaman həqiqətən də abonent İddiaçı ona məxsus yaşayış evinə quraşdırılmış elektrik sayğacından qeyri qanuni istifadə etdiyi və axan gücünün 2,86 kVt olduğu aşkar olunmuşdur. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə sözü gedən akt tərtib olunmuş və 2279,87 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Akt üzrə hesabata gəldkdə isə hesab edirik ki, akt üzrə itirilmiş elektrik enerjisi bərpa olunmuş və buna əsasən də düzgün tərtib olunmuşdur. EEİQ-na uyğun elektrik sayğacına baxış keçirən zaman Dadaş Nəcəfova məxsus mənzilin EEİQ-na uyğun sayğaca baxış keçirildi. Baxış zamanı məlum oldu ki, sayğacdan keçən yüklü kabelin en kəsiyindən keçən yüklə fərq yaranıb. Sayğacların və cərəyan transformatorların yoxlanması haqqında 216816 № protokolun surətindən görünür ki, sayğac -84,5% xəta ilə işləyir. D/m-in simi qırıqdır, daxili sxemində c/t-nın İİ tərəf naqili kəsilib, hesablama blokunda şuntlama aparılıb. Sayğac müdaxiləlidir. Məişət istehlakçılarında sayğacların dəyişdiirlməsi yoxlanılması və quraşdırılması haqqında 1593788№ protokoldan görünür ki, 217089 saylı akta əsasən istismarda olan sayğac yenisi ilə əvəz olundu, sayğac laboratoriyaya rəy verilməsi üçün götürüldü, abonent sayğacın yoxlanılmasında iştirak etməkdən imtina etdi. Yeni sayğac möhürləndi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli, 031579 № aktdan görünür ki, EEİQ-na baxış keçirən zaman məlum oldu ki, sayğacın qoşulma sxemi səhvdir. Belə ki, sayğacın girişində faz xətti yuvasına “sıfır” xətti, “sıfır” xətti yuvasına isə faz xətti daxil olur. Kənar mənbədən götürülmüş “sıfır” xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılıb. İddiaçı məxsus Şirvan şəhəri, F.X.Xoyski küçəsi ev 71A ünvana dair abunə haqqında çıxarışda abonentə EİQ pozulması səbəbindən 2279 manat 81 qəpik məbləğin müəyyən edilməsi göstərilmişdir. 031579 saylı protokoldan görünür ki, İddiaçı ünvan 4 ünvanda sayğacın qoşulma sxemi səhvdir. Belə ki, sayğacın girişində faz xətti yuvasına “sıfır” xətti, “sıfır” xətti yuvasına isə faz xətti daxil olur. Kənar mənbədən götürülmüş “sıfır” xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılıb. Abonent İddiaçı baxışda iştirak etmədiyi göstərilmişdir. (qapını açmaması qeyd olunub) Video çəkilişin məhkəmə iclasında nümayişi zamanı müəyyən olunur ki, İddiaçı Şirvan şəhəri, F.X.Xoyski küçəsi ev 71A ünvanda sayğacın qoşulma sxemi səhvdir. Sayğacın girişində faz xətti yuvasına “sıfır” xətti, “sıfır” xətti yuvasına isə faz xətti daxil olur. Kənar mənbədən götürülmüş “sıfır” xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılması müəyyən olunur. Məhkəmə iclasında iddiaçı evin və sayğacın ona məxsus olmasını etiraf etmiş, lakin həmin xəttin kim tərəfindən çəkilməsini bilmədiyini qeyd etmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “X1 Qaydaları”-nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğa clarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Beləliklə, məhkəmə araşdırması zamanı məyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları xx.xx.2023-cü il tarixdə hesablaşma elektrik sayğacına baxış keçirmək məqsədi ilə iddiaçıya məxsus ünvanda yerləşən abonenti olduğu fərdi yaşayış evində sayğac sxemindən kənar xətt daxil olduğu, müəyyən edildiyindən fakt rəsmiləşdirilmiş, fakt video çəkiliş vasitəsilə qeydə alınmış, cəmi 2279 manat 81 qəpik dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Cavabdeh təşkilat bildirir ki, sayğaca baxış keçirildiyi zaman abonent sayğacdan kənar X1 etmişdir, İddiaçı iddia edir ki, sayğaca onun tərəfindən müdaxilə olunmamış və zədələnməmişdir. X1ni əks etdirən saldodan da məlum olduğu kimi, şəxs akt tərtib edilənə və kənar xətt müəyyən edilənədək müxtəlif vaxtlarda mütəmadi ödənişlər etmişdir. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, iddiaçıya verdiyi elektrik enerjisinin dəyərini tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməli olan və sayğacdan kənar qoşulduğunu xx.xx.2023-cü il tarixdə müəyyən edən cavabdeh əvvəlki ay elektrik enerjisi istehlakında iddiaçının hər hansı qüsurunu aşkar etmədiyindən, hesablaşmanı göstərilən tarixdən əvvəlki 1 ay üçün yenidən aparmalı olsa da, hesablaşmanı 365 gün üçün aparmış, nəticədə iddiaçıya 173,72 manat hesablanmalı olduğu halda, ümumi 2279 manat 81 qəpik hesablamış, nəticədə 2106,15 manat borcu əsassız olaraq artıq hesablamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı - hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir kimi ümumi prinsipinə əsaslanaraq iddianın qismən təmin edilməsini, əsassız hesablanmış 2106,48 manatın iddiaçının hesabından silinməsini qalan hissədə isə tələbin təmin edilməməsini qanunamüvafiq hesab edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 031579 nömrəli akt ləğv edilsin və həmin akt əsasında itirilmiş enerji sərfiyyatı kimi əsassız hesablanmış 2106,15 manat cərimə İddiaçı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-477/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-477/2023
19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver