Məhkəmə qərarları › İş №2(032)-478/2023

Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(032)-478/2023

12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-478/2023 12.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mütəllib oğluna və üçüncü şəxs "xxxx" Şirkətinə qarşı cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin əvəzi ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Mütəllib oğluna və üçüncü şəxs "xxxx" Şirkətinə qarşı yolnəqliyyat hadisəsi nəticəsində maddi zərərin əvəzi olaraq 4310 manat və dövlət rüsumu olaraq ödənilmiş 100 manat, ümumilikdə 4410 manat pulun Cavabdeh Mütəllib oğlundan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi **-PY-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayon ərazisində hərəkətdə olarkən cavabdehin idarə etdiyi **-CC-*** dövlət nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, cavabdeh tərəfin icbari sığortası olmadığından ona dəymiş maddi ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Həmçinin üçüncü şəxs "xxxx" Şirkəti tərəfindən də iddiaçıya sığorta hadisəsi olaraq ödəniş edilməmişdir. Bu barədə müvafiq araşdırılma aparılmış və hətta onun Bakı şəhəri Binəqədi rayon prokurorluğuna rəsmi müraciəti əsasında cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın və həmçinin mülki xarakterli olduğundan müvafiq məhkəməyə müraciət edilməyi tövsiyə edilmişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş avtoqəza ilə bağlı iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərərin miqdarın müəyyən etmək üçün xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin mütəxəssisi tərəfindən akt tərtib edilməklə avtomobil yerində baxış apararaq avtomobilə dəymiş zərərin miqdarın müəyyən etmək üçün avtomobilin ehtiyat hissələrinin bazar qiymətini ayrıayrılıqda müəyyən etməklə ümumilikdə 4310 (dörd mix üç yüz on) manat məbləğində vəsaitin tələb olunması qiymətləndirilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvandan köçməsinə dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş "xxxx" MMC ilə lizinq alan İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 220621-1 nömrəli daxili lizinq müqaviləsinin predmeti «SAPİA SAİNA EX» markalı göy rəngli qiyməti 11160 manat olan avtomobil təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AE №131495 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** PY *** dövlət qeydiyyat nişanlı, «SAPİA SAİNA EX» minik markalı avtomobilin sahibi "xxxx" MMC-dir. İşə əlavə edilmiş Binəqədi rayon Prokurorluğunun İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixdə məktubda qeyd edilmişdir ki, “Sizin xx.xx.2022-ci il tarixdə idarə etdiyiniz ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi keçirməyinizə dair rayon prokurorluğuna daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyiniz ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh Mütəllib oğlunun idarə etdiyi ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində qarşı tərəfin icbari sığortası olmaması səbəbindən sizə dəymiş maddi ziyan Cavabdeh Mütəllib oğlu, nə də Maraqlı şəxs Sığorta tərəfindən ödənilməmişdir. Odur ki, sizə dəymiş dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı aidiyyat üzrə məhkəməyə müraciət etmək hüququnuzun olması bildirilir”. İşə əlavə edilmiş Binəqədi rayon Prokurorluğunun məhkməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 748-xid nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı idarə etdiyi ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh Mütəllib oğlunun idarə etdiyi ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində qarşı tərəfin icbari sığortası olmaması səbəbindən dəymiş maddi ziyan Cavabdeh Mütəllib oğlu, nə də Maraqlı şəxs Sığorta tərəfindən ödənilməməsi üzrə mübahisənin mülki mübahisə xarakterli olduğundan İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh Mütəllib oğlu “BMW 520” minik markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ** PY *** dövlət qeydiyyat nişanlı, «SAPİA SAİNA EX» minik markalı, 2021-ci il buraxılış ili, BAN №:NAS831100M5731502 olan minik avtomobilinə ümumilikdə 4310 manat məbləğində ziyan dəymişdir. Məhkəmə bu hissədə sübutlara qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə İddiaçı idarə etdiyi ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh Mütəllib oğlunun idarə etdiyi ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı maddi zərər dəymişdir. Həmin hadisə nəticəsində dəymiş olan maddi zərər Cavabdeh Mütəllib oğlu tərəfindən ödənilməmişdir. Cavabdeh Mütəllib oğlunun icbari sığortası olmaması səbəbindən dəymiş zərər Maraqlı şəxs Sığorta tərəfindən ödənilməmişdir. Eyni zamanda məhkəmə müəyyən etdi ki, hadisə ilə bağlı Cavabdeh Mütəllib oğlu “BMW 520” minik markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, ** PY *** dövlət qeydiyyat nişanlı, «SAPİA SAİNA EX» minik markalı, 2021-ci il buraxılış ili, BAN №:NAS831100M5731502 olan minik avtomobilinə ümumilikdə 4310 manat məbləğində ziyan dəymişdir. İşin faktiki hallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının sahibliyində olan əmlaka zərər dəymişdir. Həmin ziyan məbləği tərtib edilmiş qüsur aktı ilə 4310 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş olan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Mütəllib oğlundan avtomobilinə dəymiş zərərə görə 4310 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 4410 (dörd min dörd yüz on) manat pul alınaraq İddiaçı verilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar