Məhkəmə qərarları › İş №2(032)-48/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-48/2023

06.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-48/2023 06.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-nin "xxxx" MMC-yə qarşı debitor borcun silinməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh ASC-nin "xxxx" MMC-yə qarşı artıq ödədiyi 961 manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhəi, G.Şıxbalaoğlu küçəsi ev 89, 2 saylı mənzil onun adınadır. Həmin evdə qeydiyyatda deyildir və həmin evdə yaşamamışdır. X3 da həmin evin qeydiyyatında yoxdur. Həmin ünvanda onun həyat yoldaşı X4 və oğlu X8 qeydiyyatdadırlar. 2011ci ildən 2014-cü ilin fevral ayına qədər onun ailəsi və oğlu həmin ünvanda yaşayıblar. 2014-cü ilin fevral ayından övladları tələbə olduğu üçün onlar həmin ünvanda yaşamamışlar və bu günə qədər Bakı şəhərində kirayə yaşayırlar. 2014-cü ilin fevral ayında su və kanalizasiya idarəsinə suyun verilməsi haqqında rəsmi ərizə ilə müraciət etmişdir. İndi məlum olub ki, həmin ərizəni qeydiyyatdan keçirməyiblər. Ağır xəstədir. Yeriyə bilmir, cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Cərrahiyyə əməliyyatı Türkiyədə olmalıdır. X12 Respublikasında instituta qəbul olunmuşdur. Cərrahiyyə əməliyyatı etdirmək üçün maddi imkanı yoxdur. Bu səbəbdən də evini satmaq qərarına gəldi. Su-kanalizasiya idarəsindən onun borcunun olmaması haqqında sənəd istədi. Ona evdə 5 nəfərin qeydiyyatda olduğunu və 1055 manat su pulu borcunun olması bildirdilər. Buna etiraz etsədə ona borcun olmaması barədə arayış vermədilər. Məcbur olub 1055 manat su pulunu idarəyə ödədi ki, evi tez satıb müalicəyə getsin. 2014-cü ilin fevral ayından bu günə kimi mənzildə yaşayış olmayıb. Bu barədə qaz idarəsindən göstəricilər almışdır. Həmin göstəricilərdə heç bir ödəniş olmaması göstərilmişdir. Mənzil Təsərrüfat İdarəsinin 3 saylı sahəsinin sahə rəisi F.Allahverdiyev 3 nəfər qonşu ilə birlikdə akt tərtib ediblər ki, həqiqətən də bu mənzildə yaşayış olmayıb. 2 nəfər ailə üçün 2011-ci ildən 2014-cü ilin fevral ayına qədər 50 aya qədər 3 manatdan 150 manat edir. Həmin puldan 56 manatı ödənilmiş, 94 manat qalıq qalmışdır. Hazırda o, Cavabdeh ASC Su-kanalizasiya idarəsinə 961 manat artıq pul ödəmişdir. Həmin artıq ödədiyi 961 manat pulu tələb edir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İddiaçı əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 1055 manat borcu yaranmışdır. İddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsədə, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. Cavabdeh ASC "xxxx" MMC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay bildiriş, xəbərdarlıq məktubu göndərilmiş, lakin iddiaçı borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verərək belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər İcra Hakimiyyətinin 1 X9 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4451 №-li arayışda ünvan 2 ünvanında X4 və X8 qeydiyyatdadırlar. İddiaçı məxsus (abonentin kodu **********00020) abonentin saldosunda 1602AZ**********02 nömrəli sayğacdan istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks etdirən cədvələ əsasən 2016-cı il ərzində qalıq borc müəyyən edilməmişdir. Cavabdeh ASC "xxxx" MMC Şirvan Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 14№ arayışında göstərilmişdir ki, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi ev 89, 2 saylı mənzildə xx.xx.2021-ci ildən markası CSS sayğac nömrəsi 21036519 olan su sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X9 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 09 dekabr 2022-ci il tarixli 850№ məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında X4 və X8 qeydiyyatdadır. Cavabdeh ASC tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Şirvan şəhər, G.Şıxbalaoğlu küçəsi bina 89, mənzil 2-də qeydiyyatda olan İddiaçı Akif oğlu xx.xx.2011-ci il tarixdən su və kanalizasiya xidmətindən istifadə etmək üçün Sukanal idarəsi ilə müqavilə bağlamışdır. xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər 1 m3 suyun dəyəri 0.30 man çirkab 0.06 manat olduğu üçün 5 nəfər ailə tərkibinə əsasən 576 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixə qədər 1 m3 suyun dəyəri 0.30 manat, çirkab 0.15 manat olduğu üçün 573.75 manat, xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 1149.75 manat su və çirkab xidmətinə görə debitor borc yaranmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər mənzildə yaşayış olmadığı üçün hesabat aparılmamışdır. xx.xx.2021-ci il tarixdən ünvana 21036519 № CSS markalı su sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixə sayğacın son göstəricisi 20 m3 olmuşdur. Mənzil satıldığı üçün xx.xx.2022-ci il tarixdə 1055 manat debitor borcunu ödəyərək təmizlik arayışı verilmişdir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X9 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 23 yanvar 2023-cü il tarixli 31 № məktubunda göstərilmişdir ki, X4 xx.xx.2014cü il tarixdən və X8 xx.xx.2019-cu il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar. X13 İdarəsinin arayışında göstərilmişdir ki, X4 xx.xx.2014-cü il tarixdən qeydiyyata düşmüşdür. Qeydiyyata düşdüyü tarixdən xx.xx.2021-ci il tarixə qədər 171 manat su və kanalizasiya xidməti hesablanmışdır. X8 xx.xx.2019-cu il tarixdən ünvana qeydiyyata düşmüşdür. Qeydiyyata düşdüyü tarixdən xx.xx.2021-ci il tarixə qədər quraşdırılma 45 manat su və kanalizasiya xidməti hesablanmışdır. xx.xx.2021-ci il tarixdən ünvana sayğac quraşdırılmış və yaşayış olmadığı üçün su və kanalizasiya hesabatı aparılmamışdır. Ümumi 2 nəfər üçün hesablanan borc 216 manat olmuşdur. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin,xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanlarıvə məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının Konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişiklik olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparılmalıdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsinin su təchizatını dayandırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərih rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 31 №-li arayışda göstərildiyi kimi ünvan 2 ünvanında X4 və X8, yəni cəmi 2 nəfər şəxs qeydiyyatda olmuşlar, lakin mövcud borc 5 nəfər üçün hesablanmışdır. Belə olan halda isə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının müvafiq qərarına əsasən mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq cəmi 216 manat sudan istifadə borcu yarana bilərdi. Bu səbəbdən də əlavə olaraq 5 nəfər şəxsə münasibətdə zərərin hesablanması qanunamüvafiq deyil və əsassız hesablandığından həmin məbləğ 2011-2014-cü illər ərzində ümumi zərərdən çıxılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı əsassız olaraq hesablanmış 745 manat borc silinməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216- 220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 2 ünvanı üzrə İddiaçı adına yazılmış sudan istifadəyə görə 961 manat borcdan əsassız hesablanmış 745 manat silinsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar