Məhkəmə qərarları › İş №2(032)-482/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-482/2023

06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-482/2023 06.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 6000 manat əsas məbləğ, 1395 manat cərimə borcu olmaqla, cəmi 7395 manat pulun və 93.95 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində sahibliyində olan 0.20 hektar torpaq sahəsinə aid sənədləri itirmişdir. Həmin sənədləri bərpa etmək üçün hüquqi yolları axtarmış, 2019-cu ilin sentyabr ayında Cavabdeh bunla bağlı təcrübəyə malik olduğunu, sənədləri bərpa edəcəyini və Əmlak Məslələri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsində adıçəkilən torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldıraraq, mülkiyyət hüququnun təsdiq edən çıxarışı alacağını söz vermiş, əvəzində isə 6000 manat xidmət haqqı istədi, onun dediyinə inanaraq ona 6000 manat pul verdi. Müəyyən müddət keçəndən sonra, ona tapşırdığı işin hansı mərhələdə olması barədə sual vermiş, o, cavab verərək bildirmişdir ki, “narahat olma həll edəcəyəm”. Hər dəfə soruşanda deyirdi ki, həll edəcəyək. Nəticədə ona məlum oldu ki, bu adam onu aldadır, verdiyi 6000 manat məbləği geri istəyəndə, cavabdeh telefon zənglərinə cavab vermədi və pulu qaytarmaqdan yayındı. Aldadıldığını anlayaraq, 22 sentyabr 2020-ci il tarixində Sabunçu Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş. Sabunçu Rayon Polis İdarəsinin İstındaq Şöbəsinın baş müstəntiqi X1 cavabdehin əməlində cinayət tərkibinin yaranmaması səbəbiylə, onun barəsində 08 iyun 2022-ci tarixli qərarı ilə cinayət işının başlanmasını rədd etmişdir. Həmin qərarda qeyd edildiyi kimi hazıkı tələb üzrə mülki qaydada məhkəmə müraciət etməyi bildirilmişdir. Cavabdeh müstəndiqə verdiyi izahatında 4500 manat pulu aldığını etiraf etmişdir. Sözügedən torpaq sahəsi ilə bağlı hansısa sənəd əldə etdiyini bildirmişdir, lakin dedikləri yalandır. Ona sahibliyində olan 0,20 hektar torpaq sahəsinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər İdarəsində qeydiyyata aldırmaq üçün müvafiq sənədləri yığıb təqdim etməyi və mülkiyyət hüququnu təsdiq edən çıxarışı almaq tapşırığını vermişdir. Cavabdehin sərgilədiyi səmimiyyətinə inanaraq, onunla tapşırıq müqaviləsi bağlamamışdır. Cavabdeh, müqavilə və qanuni əsas olmadan verdiyi 6000 manat hesabına varlanmışdır. Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyənləşdirdiyi uçot dərəcəsi 7,75 faiz təşkil edir. Cavabdehə 2019-cu ilin sentyabr ayından verdiyi 6000 manat pulu özündə qanunsuz saxlayır. Odur ki, Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyənləşdirdiyi 7,75 uçot dərəcəsi ilə 2019-cu ilin sentyabr ayından bu günə qədər 6000 manat pulun faizi 1395 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək məhkəmə ünvanlamış olduğu etiraza uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbə Bələdiyyəsi tərəfindən 06 aprel 2006-cı il tarixli, 34 nömrəli qərarı ilə 3000 (üç min) kv.m torpaq sahəsi rəsmən ona satılmışdır. Bir il bundan sonra yəni təxminən 2007-ci il tarixdə bu iş üzrə iddiaçı olan İddiaçı 1000 (bir min) kv.m və onun atası Mirzəyev Şəmşirə isə 1000 (bir min) kv.m, cəmi 2000 (iki min) kv.m torpaq sahəsini 6 000 (altı min) manat məbləğində pula satmışdır. Bundan sonra da onun iddiaçıya verdiyi sənədlər əsasında iddiaçı həmin torpaq sahəsinə dair şəxsi mülkiyyətinə məxsus çıxarış sənədini almışdır. Elə həmin vaxtdan da sözügedən torpaq sahəsi və bu torpaq sahəsinə bitişik olan əlavə 300 (üç yüz) kv.m torpaq sahəsi də qanunsuz olaraq onların istifadəsindədir. Əslində iddiaçının məqsədi onlara satdığı 2000 (iki min) kv.m torpaq sahəsinə bitişik olan qanunsuz istifadələrində olan əlavə 300 (üç yüz) kv.m torpaq sahəsini də onalrın adına sənədləşdirməyi üçün onun şantaj etməkdən ibarətdir. Məhkəmə tərəflərin izahatını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstındaq Şöbəsinın baş müstəntiqi X1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə yazdığı şikayət ərizəsi əsasında aparılan təhqiqat araşdırması zamanı Cavabdeh izahatı alınmış, izahatında Cavabdeh təxminən 3 il öncə İddiaçı ondan Şağan qəsəbəsində olan 0.20 hektar torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə ona hissə-hissə ümumilikdə 4500 manat pul vermiş, həmin pulun müqabilində sənədlərin bir hissəsini əldə etmiş, qalan hissəsini isə idarələr fəaliyyət göstərmədiyindən əldə edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində sahibliyində olan 0.20 hektar torpaq sahəsinin sənədlərinin bərpası məqsədi ilə İddiaçı Cavabdeh müxtəlif vaxtlarda pul vermişdir. İddiaçı verilmiş pulun 6000 manat olduğunu bildirsə də, buna dair sübut məhkəməyə təqdim etməmişdir. Lakin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində izahatında Cavabdeh iddaçı İddiaçı müxtəlif vaxtlarda olmaqla, ümumilkdə 4500 manat pul almış olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia 4500 manat pulun İddiaçı tərəfindən Cavabdeh verilməsi sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır; 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 4500 manat məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Bu hal Cavabdeh polisə verdiyi izahatla müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə Cavabdeh 6000 manat pulun faizi 1395 manat cərimə məbləğinin alınması hissəsində isə iddianı qəbul etmir, bildirir ki, iddiaçı buna dair hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 93.95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanmaqla dövlət rüsumu ödənilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin edilmiş hissəyə münasibətdə, yəni 4500 manata münasibətdə dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4500 məbləğində pul və 65 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat və ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar