Məhkəmə qərarları › İş №2(032)-498/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-498/2023

14.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-498/2023 14.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Cavabdeh yaşadığı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları 15 mart 2003-cü il tarixdə X20 şöbəsində rəsmi qeydiyyata alınmaqla rəsmiləşdirmişdir. Cavabdehlə birgə nikahlarından 07 avqust 2002-ci il təvəllüdlü X8, 22 oktyabr 2006-cı il təvəllüdlü X9 və 11 noyabr 2009-cu il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Aralarındakı nikah Şirvan şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar atasının yanında qalmış və onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 70 manat olmaqla, cəmi 210 manat alimentin tutulması qət edilmişdir. Daha sonra cavabdeh aliment tələbindən imtina etmişdir. 07 avqust 2002-ci il təvəllüdlü X8 artıq yetkinlik yaşına çatmışdır. Münasibətləri pozulduğu vaxtdan anasının evində yaşayır. Hazırda da, gəlin köçən evdə yaşamaq istəyir. Onun yaşamağa evi yoxdur. Evdə yaşamaq üçün hər cür şərait vardır. Ev 4 otaqlıdır. Ona görə də məhkəməyə müraciət edir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən iki mərtəbəli, altı otaqlı evin birinci mərtəbəsində olan əmlaklarının yerləşdiyi otağa köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, hazırki iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(032)-166/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı Cavabdeh X10 ilə Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2005-ci ildə 102 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2002-ci ildə anadan olmuş X4, xx.xx.2006-cı ildə anadan olmuş X5 və xx.xx.2009-cu ildə anadan olmuş X7 ataları Cavabdeh yanında qalmaları müəyyən edilməsi, cavabdeh X1 xx.xx.2002-ci ildə anadan olmuş X2, xx.xx.2006-cı ildə anadan olmuş X5 və xx.xx.2009-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində aliment alınaraq ataları Cavabdeh verilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(032)- 286/2019 saylı qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş ünvan 3 ünvanında 2 mərtəbəli fərdi yaşayış evinin, Şirvan şəhəri, F.Eynullayev küçəsində gözəllik salonu kimi fəaliyyət göstərən bir qeyri-yaşayış obyektinin, 3 sot torpaq sahəsinin ona çatan yarı hissəsinin və “Ford tranzit” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarı hissəsinin Cavabdeh alınaraq ona verilməsi barədə iddia ərizəsi və Cavabdeh iddiaçı X6 qarşı “Ford tranzit” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsinin alınması barədə qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 36 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 137 nömrəli ev təsərrüfatlarının uçotu kitabının, səhifə 90, 13142 şəxsi hesab nömrəsində olan məlumatlara əsasən ünvan 5 ünvanı 4 otaqlıdır və ümumi sahəsi 48 kv.m-dir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2881 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatda olmuşdur və hal-hazırda qeydiyyatdan çıxmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Məhəmməd Əsədov küçəsi 5/1 saylı fərdi yaşayış evi X12 mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı, ünvan 2 ünvanında yerləşən iki mərtəbəli, altı otaqlı evin birinci mərtəbəsində olan əmlaklarının yerləşdiyi otağa köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Lakin mülki işin materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, iddiaçının köçürülməli olduğunu iddia etdiyi əmlak digər şəxsin, yəni X12 mülkiyyətindədir. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən evə köçürülməsi əmlakın mülkiyyətçisinin konstutision hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi yaşayış sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən iki mərtəbəli, altı otaqlı evin birinci mərtəbəsində olan əmlaklarının yerləşdiyi otağa köçürülməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar