Məhkəmə qərarları › İş №2(032)-5/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-5/2024

01.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-5/2024 01.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 ASC-nin və "xxxx" QSC-yə qarşı vurulmuş ziyanın aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 ASC-nin və "xxxx" QSC-yə qarşı vurulmuş ziyanın aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 10:45-ə təyin edilmiş, tərəflər məhkəmə iclası barədə məlumatlanmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdirlər. Tərəflərin məhkəmə hazırlıq iclasında iştirak etməmələri səbəbindən, təkrar məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 11:00-a təxirə salınmış, məhkəmə hazırlıq iclası barədə lazımi qaydada xəbərdar olunmalarına (elektron qaydada sms və məhkəmə bildirişi göndərilmişdir) baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmiş və cavabdehin məhkəməyə gəlməməsi işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi kimi qiymətləndirilir. İş üzrə xx.xx.2022-ci il tarixli, 2(032)-1794/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(032)-89/2023 saylı müvafiq məhkəmə qərardadları ilə məhkəmə mühəndis-texniki ekspertizaları keçirilmiş, 10/72 və 3-16-16/2-10/5951 nömrəli ekspert rəyləri üzrə tədqiqatın ümumi dəyəri 100 (bir yüz) manat olmuşdur. Odur ki, İddiaçı ASC-dən iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizaları tədqiqatının ümumi dəyəri 100 manat alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinin tələbinə görə işə onların iştirakları olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 saylı qərarının 5.1-ci bəndində göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, tərəflər məhkəmənin hazırlıq iclasına gəlmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 ASC-nin və "xxxx" QSC-yə qarşı vurulmuş ziyanın aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 13 manat dövlət rüsumu (qəbzin nömrəsi 26462) İddiaçı ASC-yə qaytarılsın. İddiaçı ASC-dən iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizaları tədqiqatının ümumi dəyəri 100 (bir yüz) manat alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar