Məhkəmə qərarları › İş №2(032)-500/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-500/2023

07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-500/2023 07.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ona yazılmış aktın və cərimənin ləğv olunması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT NDM nömrəli 031476 saylı,xx.xx.2023-cü il tarixli aktın ləğv olunması, həmin akt əsasında əsassız olaraq hesablanmış 1687.70 manat borc məbləğinin abonent kodu **********92386 hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarxiində "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvanına baxış keçirərkən iştirakı olmadan ona əsassız olaraq AKT 031476 nömrəli cərimə aktı tərtib edilərək güya sayğacdan kənar xətt işlətməklə 1687.70 manat məbləğində cərimə tətbiq olunmuşdur. Sonradan, yəni 2 gün sonra bilmişdir ki, ona 1687.70 manat cərimə tətbiq olunmuşdur. X3 müraciət etdikdə onlar narazılıq olduğu halda məhkəmə müraciət etməyini bildirmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli AKT NDM 031476 nömrəli aktdan görünür ki, Şirvan şəhəri, M.Qədirov küçəsində (abunə kodu **********92386 nömrəli) İddiaçı məxsus ünvana EEİQ-na uyğun baxış apararkən elektrik sayğacının sayğac sxeminin səhv olduğu, kənardan götürülmüş “0” xətti vasitəsi ilə eklektrik sayğacının dövrədən kənarlaşdırılması aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AKT NDM 031476 nömrəli akt əsasında tərtib edilmiş hesabatdan görünür ki, 1687.70 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialının böyük müfəttişi Mustafayev Vüqar tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, "xxxx" ASC-nin numayəndələri tərəfindən Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evinin çöl divarında quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, sayğacın sxeminin səhv olması, kənardan götürülmüş “0” xətti vasitəsilə sayğacın sxemdən kənarlaşdırılması barədə abonentin iştirakı olmadan xx.xx.2023-cü il tarixli, NDM 031476 nömrəli akt tərtib edilmişdir. Akt tərtib edilərkən xətdən axan yükün amper maşa ilə ölçülərək istifadə gücünün 0,5 kVt olduğu, sayğacda faktiki istifadə gucunün 0 kVt olması qeyd edilmişdir. Akta əsasən 60 gün müddətinə, istifadə gücü 13,2 kVt nəzərə alınmaqla, 1687,7 manat məbləğində xx.xx.2023-cü il tarixli hesabat aparılmış və hesablanmış məbləğ abunə haqqında cədvələ daxil edilmişdir. Təqdim edilən birinci video çəkilişdə amper maşa vasitəsilə ölçmə aparılan zaman çıxış faza xəttində 1,9 A, “0” xəttində 0 A, faza və “O” xəttində birlikdə 1,9 A olması və sayğacın keçən enerjini qeyd etməməsi görünür. Faza və “0” xəttində birlikdə ölçmə zamanı yük olması o halda mümkündür ki, cərəyan dövrəsi qapanmamış olsun və sayğacın qoşulma sxemi dəyişdirilsin. Digər halda sayğacın enerjini qeyd etməməsi sayğacda yaranan texniki qüsur və ya qoşulma sxeminin dəyişdirilməsi səbəbindən ola bilər. Həmçinin video çəkilişdə sayğacın dövlət möhürünün və sıxaclar yuvasının qapağına vurulmuş möhürün olduğu qeyd edilmiş, əməkdaşlar tərəfindan sayğacın sxeminin yoxlanılmadığı və kənar sıfır xəttinin olmasının sübuta yetirilmədiyi görünür. İkinci video çəkilişdən isə sayğacın sərf edilən enerjini duzgün qeyd etdiyi məlum olur. Yuxarıda qeyd edilənlərə əsasən, sayğacın kənar "0" xətti vasitəsilə sxemdən kənarlaşdırıldığı sübuta yetirilmir və akta görə hesabatın aparılması məqsədəuyğun hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materiallarında olan 1 ədəd CD diskə baxış keçirilmiş, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialının mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindan sayğacın sxemi yoxlanılmamış və kənar sıfır xəttinin olması sübuta yetirilməmişdir. Sayğacın sərf edilən enerjini düzgün qeyd etdiyi məlum olur. Sayğacın kənar "0" xətti vasitəsilə sxemdən kənarlaşdırıldığı sübuta yetirilmir. Belə ki, MPM-in 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisələndirilən həmin akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borc silinməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT NDM 031476 saylı, xx.xx.2023-cü il tarixli akt ləğv olunsun, həmin akt əsasında hesablanmış 1687.70 manat borc məbləği (abonent kodu **********92386) abonentin hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar