Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-539/2023 15.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 032230 saylı aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri Həşimxanlı qəsəbəsində yerləşən fərdi ev onun adına olmaqla mülkiyyətindədir. Fərdi yaşayış evinin hər ay bütün kommunal xərclərini, o cümlədən elektrik eneriisinin pulunu vaxtlı-vaxtında ödəyir. 10 mart 2023-cü il tarixdə Şirvan RETSİ-in əməkdaşları onun yaşadığı evə gələrək cərimə yazıb getmişlər. Bunu araşdırarkən dedilər ki, guya baxış zaman məlum oldu ki, elektrik sayğacı dövriyədən kənarlaşdırılıb. Belə ki, sayğacın giriş və çıxış faza xətləri sayğacın giriş yuvasında eyni yuvaya daxıl edilmişdir. Ona əsasən cərimə yazılmışdır. Ona 1801,42 manat cərimə yazılmışdır. Ona təqdim edilmiş xx.xx.2023cü il tarixli 032230 saylı aktda qeyd edilmişdir ki, “baxış zaman məlum oldu ki, elektrik sayğacı dövriyədən kənarlaşdırılıb. Belə ki, sayğacın giriş və çıxış faza xətləri sayğacın giriş yuvasında eyni yuvaya daxil edilmişdir. Ona əsasən cərimə yazılmışdır.” Hesab edir ki, xx.xx.2023-cu il tarixli 032230 saylı akt qərəzli və qeyri-qanuni yazılmış, aktı tərtib edərkən, enerji təchizatı müəssisəsinin əməkdaşları bir sıra pozuntulara yol vermişlər. Belə olan halda həmin sayğaca görə cavabdehlik daşıya bilməz. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirdi ki, abonentin sayğacına müdaxilə olunduğu aşkar edilmiş, bunla bağlı akt tərtib edilmiş, eyni zamanda abonent tərəfindən sayğaca müdaxilə halı video çəkilişlə qeydə alınmışdır. Həmin video çəkilişdə abonent tərəfindən akta müdaxilə edilməsi halı açıq aşkar görünür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli AKT NDM 032230 nömrəli aktda qeyd edilmişdir ki, baxış zamanı məlum oldu ki, elektrik sayğacı dövrədən kənarlaşdırıb. Belə ki, sayğacın giriş və çıxış faza xəttləri sayğacın giriş yuvasında eyni yuvaya daxil edilmişdir. İş materiallarında olan NDM AKT 032230 nömrəli xx.xx.2023-cü il tarixli akt əsasında aparılmış hesabatdan görünür ki, (11 kvt x (0,7) x 24 saat x 78 gün) – 450 kvt = 13964 kvt hesabat aparılmışdır. Tarifə uyğun olaraq (0,08 manat) -70 kvt/s x 0,08 = 5,60 manat, (0,09) – 260 kvt/s x 0,09 = 23,40 manat, (0,13 manat) – 13634 kvt/s x 0,13 = 1772,42 manat olmaqla, cəmi 1801,42 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, elektrik sayğacı dövriyədən kənarlaşdırmışdır. Belə ki, sayğacın giriş və çıxış faza xətləri sayğacın giriş yuvasında eyni yuvaya daxil edilmişdir. Aşkar edilmiş qüsur enerji təhcizatı müəssisəsinin nümayəndələri tərəfindən aktlaşdırılmış və həmin akt əsasında abonentə 78 günlük hesabat aparmaqla 1801,42 manat cərimə hesablanmışdır. Abonent tərəfindən sayğaca müdaxilə halı məhkəməyə təqdim edilmiş olan video çəkilişlə də, sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən enerji təhcizatı müəssisəsinin əməkdaşları tərəfindən tərtib edilmiş olan aktın əsassız olduğunu iddia etsə də, işin fakitiki halları və cavabdeh cəmiyyətin təqdim etdiyi sənədlərlə iddiaçı tərəfindən “Elektirk enerjisindən istifadə qaydaları”nın pozulması halı sübuta yetirilmişdir. Lakin məhkəmə hesab edir ki, enerji təhcizatı müəssisəsi tərəfindən tərtib edilmiş akt üzrə hesabatın 78 gün nəzərə alınmaqla aparılması əsassızdır. Belə ki, abonentə məxsus olan sayğaca ayda bir dəfədən az olamayaraq enerji təhcizatı müəssisəsinin əməkdaşları tərəfindən baxış keçirilir və abonentə bir aylıq ödənişlə bağlı hesabat təqdim edilir. Hazırkı halda abonentə sayğaca müdaxilə ilə bağlı 78 gün olmaqla hesabatın aparılması istehlakçının (hazırkı halda iddiaçının) hüquqlarının həddindən artıq pozulmasına səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, abonentə “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulması ilə bağlı aparılmış olan hesabat 78 gün deyil, 30 gün, yəni ((11 kvt/s x (0,7) x 24 saat x 30 gün – 450 kvt/s = 5094 kvt/s) 5094 kvt/s müəyyən edilməlidir. 5094 kvt/s hesabat isə 70 kvt/s x 0,08 = 5,60 manat, 260 kvt/s x 0,09 = 23,40 manat, (5094 kvt/s – 260 kvt/s – 70 kvt/s = 4764 kvt/s) 4764 kvt/s x 0,13 manat = 619,32 manat + 5,60 manat +23,40 manat = 648,32 manat)) götürülməklə hesabat aparılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməklə İddiaçı məxsus abonent hesabına hesablanmış 1153,10 (1801,42 manat – 648,32 manat = 1153,10) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, eyni zamanda iddia qismən təmin edildiyindən 15 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent koduna (**********01020) hesablanmış borcdan 1153,10 manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli və "xxxx" ASC-dən 15 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent koduna (**********01020) hesablanmış borcdan 1153,10 manat silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 15 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-539/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-539/2023
15.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver