Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-54/2023 25.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməklə məcburi pay hüququndan məhrum edilməsi” dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməklə Şirvan şəhəri Natəvan küçəsi 3 saylı evinə məcburi pay hüququndan məhrum edilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o X2 ilə evlənərək ailə həyatı qurmuşlar. Rəsmi nikahdan 2 qızı 2 oğlu anadan olmuşlar. Cavabdeh ailədə 2-ci övladdır. Onun 30 yaşı vardır. O, yetkinlik yaşına çatdıqdan sonra ailə həyatı qurmuş, heç bir ay olmamış ər evində dolanmadığına görə qayıdıb gəlmişdir. Artıq o 4 ildir ki, onunla yaşayır. O ərindən ayrılıb evə qayıtdıqdan sonra onun qara günləri başlanmışdır. Belə ki, xəstə və əlil olduğu üçün o, onu döyür, söyür, təhqir edir, ləyaqətini alçaldır. Qızı bundan istifadə edərək daima ona xəsarətlər yetirir. Dəfələrlə Şirvan şəhər Polis Şöbəsinə bu barədə müraciətlər etmişdir. Lakin bunun da heç bir xeyri olmamışdır. Xəyalə inzibati qaydada cəzalanmasına baxmayaraq ona qarşı olan hərəkətləri daha şiddətlənmişdir. Axırıncı dəfə o onu o dərəcədə əsəbiləşdirmişdir ki, o, infarkt keçirmiş, “Semaşko” adına xəstəxanada uzun müddət müalicə almışdır. O onu döyərək ayağını da sındırmışdır. Nəticədə ayağı protezləşdirilmiş və ona İİİ qrup əlillik dərəcəsi müəyyən edilmişdir. O, bacardığı qdər cavabdehlə mübarizə aparmış, artıq buna gücü çatmır. Onu evdən çıxarcağı ilə hədələyir, ona mülkiyyətində olan daşınmaz əmlaka dair bütün sənədləri yandırmışdır. O, artıq dözə bilmir, görür ki, o bilə-bilə onun axırına çıxacaqdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia əsassız , hesab edir ki, təmin olunmamalıdır. Belə ki, təmsil etdiyi şəxs mağazada satıcı işləyir. Ona görə də evə yanlız axşamlar gedə bilir, iddiaçının dediyi kimi heç bir söyüş, təhqiramiz sözlər olmamış,iddiaçını döyməmişdir. Bu barədə iddiaçının sübutu yoxdur. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki , iş materiallarında olan Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 28 avqust 1989-cu il tarixli iclas protokolundan 14 saylı çıxarışdan görünür ki, İddiaçı Əli-Bayramlı şəhəri, Natəvan küçəsində 3 nömrəli sahədə fərdi yaşayış evi tikmək haqqında icazə verilmişdir. İş materiallarında olan cinayət işin başlanmasının rədd edilməsi haqqında 13 oktyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı Şəlalə və qızı Xəyalə tərəfindən döyülməsi ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsinə etmiş olduğu müraciəti əsasında düzgün araşdırma aparılmaması səbəbi ilə bədən nahiyyəsinin bir hissəsinin benzin tökməklə xəsarət yetirdiyini bildirmiş, araşdırmanın düzgün aparılmasını xahiş etmişdir. İddiaçı izahatında da özü-özünü yandırmaqla xəsarət yetirdiyini bildirmiş, ərizəsində də heç kimdən şikayət və tələbinin olmadığını qeyd etmişdir. Həmçinin İddiaçı Qabil Əlizadə və ya digər hər hansı şəxsdən Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş maddi, xidməti və ya sair cəhətdən asılı olmamış, Qabil Əlizadə, eləcə, də digər hər hansı şəxs və ya şəxslər onunla amansız rəftar etməmiş, onun ləyaqətini mütəmadi olaraq alçaltmamış, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmamışlar. Odur ki, İddiaçı özünü yandırmaqla xəsarət yetirməsi ilə əlaqədar toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə daşınmaz əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Fiziki şəxs özünə mənsub olan daşınmaz əmlak üzərində mülkiyyət hüququna malik olduqda,öldüyü halda onun öz əmlakına olan hüquqları və vəzifələri miras kimi qalır. Lakin iş üzrə tədqiq edilmiş sübutlardan Şirvan şəhəri, Natəvan küçəsi 3 saylı evin mülkiyyət hüququ üzrə X1 məxsus olması müəyyən edilməmişdir. Belə ki, Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 28 avqust 1989-cu il tarixli iclas protokolundan 14 saylı çıxarışa əsasən X1 Əli-Bayramlı şəhəri, Natəvan küçəsində 3 nömrəli sahədə fərdi yaşayış evi tikmək haqqında icazə verilmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, Şirvan şəhəri Natəvan küçəsi 3 saylı evə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin əmlak miras əmlak kimi qəbul edilə və nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Vərəsəlik hüququndan məhrum etməyə səbəb olan hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa 5 zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1139-cu maddəsinə əsasən yəyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək 6 yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Hazırkı iş üzrə İddiaçı Cavabdeh son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsi, onun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi heç bir sübut təqdim etmədiyindən, bununla da istinad etdiyi halı sübut edə bilmədiyindən , məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrin rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməklə Şirvan şəhəri Natəvan küçəsi 3 saylı evinə məcburi pay hüququndan məhrum edilməsini tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-54/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-54/2023
25.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver