Məhkəmə qərarları › İş №2(032)-541/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-541/2023

11.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-541/2023 11.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 ilə birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X9 adlı uşaqların saxlanılması üçün cavabdehdən hər ay, hər uşağa 220 manat olmaqla, 3 uşağa görə cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o, cavabdeh X8 ilə xx.xx.2002-ci ildə rəsmi nikah münasibətinə girməklə ailə həyatı qurmuş, nikahlarını Şirvan şəhər Qeydiyyat Şöbəsində 83 nömrəli nikah qeydi əsasında qeydə alınmışdır. Rəsmi nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X10, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X9 adlı 4 uşaqları doğulmuşdur. Cavabdehlə münasibətləri əvvəllər bir müddət yaxşı olmuş, lakin sonradan ailə münasibətləri pozulmuşdur. Cavabdeh ondan rəsmən olmasa da, faktiki olaraq uzun müddətdir ki, ayrılmış və ayrı yaşayırlar. Özü heç bir yerdə işləmir, əlavə qazancı yoxdur. Belə olan halda uşaqların saxlanılmasını təkbaşına həyata keçirən ana olaraq onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlamaq və digər ehtiyaclarını ödəmək ciddi çətinliklə üzləşir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmuna uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh X8 iddianı qəbul etməyərək etirazında bildirdi ki, iddiaçı ilə arasında əvvəllər nikah münasibətləri yaxşı olmağına baxmayaraq son zamanlar xarakteri uyğun gəlmədiyindən ailədə tez-tez mübahisələr yaranmış və münasibətləri artıq formal xarakter daşıdığından əlaqələri kəsilmişdir. İddiaçı faktiki olaraq bu gün onun tiktirdiyi evdə uşağlarla birgə yaşayır və həmişə aldığı əmək haqqı əsasında uşağlarına maddi köməklik edir. İstər birgə nikah dövründə, istər də nikah münsibətləri formal olaraq pozulduğu müddətdə əmək haqqı əsasında maddi köməklik etmiş və etməkdə də davam edir. İddiaçının ona qarşı aliment tələbinin yüksək formada tələb qoymasına qarşı tərəfindən etiraz etmək məcburiyyətində qalmışdır. Əmək haqqısı 345 manat təşkil edir və əmək fəaliyyəti ilə məşğul olur. Cavabdehin tələb etdiyi sabit pul məbləğində tələbi əsassızdır. Əmək haqqısının yarısının, yəni 345 manatın ½ hissəsinin, yəni 172.50 manat tutulması mümkündür. İddiaçı ümumilikdə hər ay 660 manat tələb etməsi onun qazancından da yüksəkdir və onun əlavə qazanc əldə etməyi haradan əldə etməyi, onun əmək fəaliyyəti ilə məşğul olduğundan bunun mümkün olduğunu görünür iddiaçı nəzərə almamışdır. Aliment alan tərəf də çalışmalıdır ki, aliment ödəyən tərəfin aliment ödənişi onu uşağların ehtiyaclarının ödənilməsinə kifayət etmirsə, həmin halda həmin tələbatların yaxşılaşması üçün aliment alan tərəf də çalışmalı və bunu əmək fəaliyyəti və yaxud fərdi qazanc əsasında yaxşılaşdırmağa çalışmalıdır. İddiaçı isə yalnız iddia tələbindən görünür ki, çalışır ki, cavabdehə qarşı yüksək aliment tələbi irəli sürməklə hesab edir ki, mən cavabdehə qarşı aliment tələbi məni sanki alimentin ödənilməsi məcburiyyətindən irəli gələn hal kimi cavabdehlik məsuliyyəti ilə onu çıxılmaz vəziyyətdə qoymaqla istəyinə çatacaqdır. Ona qarşı yüksək aliment tələbi irəli sürməklə və aliment məhkəmə tərəfindən kəsildiyi təqdirdə ödənişin həyata keçirə bilməyəcəyi halda qanunvericilk əsasında azadlıqdan məhrum etmə halları ilə üzləşə bilər və belə olan halda uşağların mənafeyi baxımından onların vəziyyətinin yaxşılaşmasına deyil, əksinə pisləşməsinə aparcaqdır ki, bu halda alimentin yüksək kəsiləcəyi halda digər halda ümumiyyətlə alimentin ödənilmədi halı da özündə ehtiva edir. Belə olan halda iddiaçı fikirləşməlidir ki, məqsəd alimentin müyyən məbləğdə aylıq ödənişi həyata keçirilməklə uşağların mənafeyləri baxımından yaxşılaşdırmaq olmalı, əksinə yüksək aliment tələbi irəli sürməklə mümkün olamayan ödənişin ödənilmədiyi halda vəziyyətin daha da pisləcəyinə gətirib çıxaracağı qaçılmaz olacaqdır. Məhkəmə iclasında cavabdeh X8 məhkəməyə ərizə təqdim edərək xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay üç uşağa görə 250 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh X8 tərəfindən hər ay üç uşağa görə 250 manat məbləğində alimentin tutularaq ona verilməsinə etiraz etmədiyini, qərar qəbul edərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 83 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin bigə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X10, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Atası İddiaçı, anası X7r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X17 Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17-712-C-7736/2023 nömrəli arayışın surətindən görünür ki, X8 həqiqətən xx.xx.2022-ci il tarixdən “X18” MMC-də Şirvan şhər ərazisində təmizlik işləri və sosisal xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır. X3 aylıq əmək haqqısı 345 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, uşağın saxlanılması üçün hər ay hər uşağa görə 220 manat alimentin tutulmasını tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddaçı İddiaçı məhkəməyə təqdim etmiş olduğu ərizəsində cavabdeh X2 tutulacaq alimentin ümumilkdə 250 manat olmasına razı olması və bu barədə məhkəməyə ərizə təqdim etməsini, tərəflərin maddi və digər diqqətəlayiq olan halları nəzərə alaraq hesab edir ki, hazırki halda ilkin iddia üzrə cavabdehdən uşaqların saxlanılması üçün hər ay, hər uşağa görə 83 manat olmaqla, ümumilikdə 249 manat sabit pul məbləğində aliment tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 mart 2023-cü il tarixdən hesablanmaqla cavabdeh X2 hər ay bir uşağa görə 83 manat, üç uşağa görə 249 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan (249x12=2988) çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 49,88 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay bir uşağın saxlanılması üçün 83 manat, ümumilikdə üç uşağa görə 249 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 14 mart 2023-cü il tarixdən hesablansın. Cavabdeh X2 49,88 (qırx doqquz manat 88 qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar