Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-547/2023 12.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi, borcun əsassız hesab edilməsi və abonent hesabından silinməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, NDM 032021 saylı aktın ləğv edilməsi və 1144 manat borcun əsassız hesab edilməsi, həmin borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şirvan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evində yaşayır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən yaşadığı evin çölündə quraşdırılmış PAUD markalı, 50428583 nömrəli işıq sayğacın üzərində yoxlama aparılmış və xx.xx.2023-cü il tarixli NDM 032021 nömrəli qanunsuz akt tərtib edilmişdir. Akta əsasən o, 1144 manat cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamenti Satış İdarəsinin nümayəndələri tərəfindən Şirvan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evin çölündə quraşdırılmış PAUD markalı, 50428583 nömrəli işıq sayğacına baxış keçirilməsi, qanunsuz yoxlamadan keçirilməsi və xx.xx.2023-cü il tarixli NDM 032021 nömrəli akt tərtib edilməsi X1 Qaydalarının kopud surətdə pozulması nəticəsində aparılmışdır. Şirvan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evinə quraşdırılmış PAUD markalı, 50428583 nömrəli işıq sayğacına baxış keçirilməsi və yoxlanması hal şahidlərinin iştirakı olmadan aparılmışdır. "xxxx" ASC əməkdaşlarına qaydaları heçə sayaraq onun iştirakı və imzası olmadan akt tərtib edilmişdir. Yaşayış evinin xaricində quraşdırılmış sayğaca cavabdehlik edə bilməz, çünki yoldan keçən hər hansı bir şəxs sayğaca müdaxilə edə bilər. O, işığı kəsməyə gələn "xxxx" ASC əməkdaşlarına da bildirdi ki, həmin aktda iştirak etməmişdir, aktda imzası yoxdur, həmin sayğaca heç bir müdaxilə etməmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmədi, ünvanda yerləşən sayğaca müvafiq baxış keçirilməsi barədə video çəkilişin aparılmasını, buna dair zərərin hesablanması barədə aktın tərtib edildiyini, lakin abonentin qapını açmadığını bildirmişdir. Kənar xəttin çəkilməsi təbii ki, abonentin xeyrinə ola bilər, başqa bir adamın iddiaçının evinə elektrik enerjisindən çox istifadə etməsi üçün kənar xətt çəkməsi absurddur, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edib toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli NDM № 032021 aktdan görünür ki, EEİQ-na uyğun sayğaca baxış keçirən zaman məlum oldu ki, fərdi yaşayış evinə sayğacın giriş faza xəttinin yuvasından kənar xətt çəkilmişdir. İddiaçı məxsus ünvan 1 ünvanına dair abunə haqqında çıxarışda abonentə EİQ pozulması səbəbindən 1144 manat məbləğin müəyyən edilməsi göstərilmişdir. 032021 saylı protokoldan görünür ki, İddiaçı ünvan 1 ünvanda sayğacın giriş faza xəttinin yuvasından kənar xətt çəkilmişdir. Abonent İddiaçı baxışda iştirak etmədiyi göstərilmişdir. Video çəkilişin məhkəmə iclasında nümayişi zamanı müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanda sayğacın giriş faza xəttinin yuvasından kənar xətt çəkilmişdir, xəttdə olan gərginlik ölçülür və xəttdən elektrik enerjisin axmağı müəyyən olunur. Məhkəmə iclasında iddiaçı evin və sayğacın ona məxsus olmasını etiraf etmiş, lakin həmin xəttin kim tərəfindən çəkilməsini bilmədiyini qeyd edir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “X1 Qaydaları”-nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğa clarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Beləliklə, məhkəmə araşdırması zamanı məyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları xx.xx.2023-cü il tarixdə hesablaşma elektrik sayğacına baxış keçirmək məqsədi ilə iddiaçıya məxsus ünvanda yerləşən abonenti olduğu fərdi yaşayış evində sayğac sxemindən kənar xətt daxil olduğu, müəyyən edildiyindən fakt rəsmiləşdirilmiş, fakt video çəkiliş vasitəsilə qeydə alınmış, cəmi 1143,90 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Cavabdeh təşkilat bildirir ki, sayğaca baxış keçirildiyi zaman abonent sayğacdan kənar X1 etmişdir, İddiaçı iddia edir ki, sayğaca onun tərəfindən müdaxilə olunmamış və zədələnməmişdir. X1ni əks etdirən saldodan da məlum olduğu kimi, şəxs akt tərtib edilənə və kənar xətt müəyyən edilənədək xx.xx.2018-ci il tarixə 20 manat, xx.xx.2022-ci il tarixə 30 manat, xx.xx.2022-ci il tarixə 40 manat, xx.xx.2022-ci il tarixə 40 manat, xx.xx.2023-cü il tarixə 35 manat, xx.xx.2023-cü il tarixə 40 manat, xx.xx.2023-cü il tarixinə 40 manat ödənişlər etmişdir. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, iddiaçıya verdiyi elektrik enerjisinin dəyərini tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməli olan və sayğacdan kənar qoşulduğunu xx.xx.2023-cü il tarixdə müəyyən edən cavabdeh əvvəlki ay elektrik enerjisi istehlakında iddiaçının hər hansı qüsurunu aşkar etmədiyindən, hesablaşmanı göstərilən tarixdən əvvəlki 1 ay üçün yenidən aparmalı olsa da, hesablaşmanı 142 gün üçün aparmış, nəticədə iddiaçıya 241,45 manat hesablanmalı olduğu halda, ümumi 1143,90 manat hesablamış, nəticədə 902,45 manat borcu əsassız olaraq artıq hesablamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı - hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir kimi ümumi prinsipinə əsaslanaraq iddianın qismən təmin edilməsini, əsassız hesablanmış 902,45 manatın iddiaçının hesabından silinməsini qalan hissədə isə tələbin təmin edilməməsini qanunamüvafiq hesab edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM № 032021 akt ləğv edilsin və həmin akt əsasında itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 902,45 manat cərimə İddiaçı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-547/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-547/2023
12.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver