Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-55/2023 21.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı X3 nümayəndəsi-vəkili X8 Cavabdeh X4 iştirakı ilə, İddiaçı X3 cavabdeh X6 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh X4 Şirvan şəhəri, M.F.Axundov küçəsi, dalan 1, ev 4, yeni qaydalarla Şirvan şəhəri, X16 küçəsi, 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, M.F.Axundov küçəsi, dalan 1, ev 4, yeni qaydalarla Şirvan şəhəri, X16 küçəsi, 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində pasport qeydiyyatında olsa da, faktiki olaraq bir neçə ildir ki, həmin evdə yaşamır. Onun iddiaçı X7 məxsus evdə qeydiyyatda olması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur və hər ay əlavə olaraq kommunal xidmətlərə görə əlavə pul ödəməyə məcburdur. Bu səbəbdən də cavabdehin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı X3 nümayəndəsi-vəkili X13 məhkəmə iclasında iştirak edərək iddianı müdafiə edib təmin edilməsini xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasında iştirak edərək iddianı qəbul etdiyini və iddiaya qarşı heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan, həmçinin cavabdehin tərəfindən iddianın etirafı təsdiq edildiyindən iddia təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, X18 küçəsi, dalan 1, ev 4, yeni qaydalarla Şirvan şəhəri, X16 küçəsi, 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şirvan şəhər Polis şöbəsinin 23 avqust 2022-ci il tarixli 305-24797B-3222 saylı məktubunda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikrə, yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə inmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Azərbaycan Respublikası DİN Şirvan şəhər PŞ-nin xx.xx.2022-ci il tarixli, 305-34455- 1211 № məktubunda göstərilmişdir ki, X4 Şirvan şəhəri, X18 küçəsi, dalan 1, ev 4, yeni qaydalarla Şirvan şəhəri, X16 küçəsi, 1 saylı ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxs ünvan 2 ünvanında 2005-ci il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 833 № məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan X11 həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq bu ünvanda yaşamır. xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, X1 şəhəri, M.F.Axundov küçəsi dalan 1, ev 4 ünvanında qeydiyyatdadır. Məhkum olunduğu vaxt ünvan 5 atası X5 məxsus ünvanda yaşayıb. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Republikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə,o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər,ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər,həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın,yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı X10 mülkiyyətində olan Şirvan şəhəri, M.F.Axundov küçəsi, dalan 1, ev 4, yeni qaydalarla Şirvan şəhəri, X16 küçəsi, 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququ olduğundan, bundan əlavə cavabdeh iddianı etiraf etdiyindən və bu hal məhkəmə tərəfindən qəbul edildiyindən iddia təmin edilməli, cavabdeh X4 Şirvan şəhəri, M.F.Axundov küçəsi, dalan 1, ev 4, yeni qaydalarla Şirvan şəhəri, X16 küçəsi, 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 100,4 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 100,4 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 Şirvan şəhəri, M.F.Axundov küçəsi, dalan 1, ev 4, yeni qaydalarla Şirvan şəhəri, X16 küçəsi, 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Cavabdeh X2 dövlət rüsumu üçün ödənilmiş 100,4 manat məbləğində pul alınaraq iddiaçıya verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-55/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-55/2023
21.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver