Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-551/2023 07.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı etibardan sui-istifadə etməklə ələ keçirilmiş pul məbləğinin qaytarılması və vurulmuş maddi ziyanın tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1900 manat əsas borcun, ona vurduğu maddi və mənəvi ziyana görə 2000 manat, cəmi 3900 manat pulun və 60 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin təqribən yanvar ayının axırında pensiyasının əsassız kəsilməsi ilə əlaqədar 1 saylı RƏX-da əvvəllər tanıdığı İxtiyar adlı şəxslə rastlaşdır. Onun RƏX-na gəlişinin məqsədini bildikdən sonra bildirdi ki, onun vəkil kimi fəaliyyət göstərən tanışı vardır. Anar qeyd edilən məsələnin qanun çərçivəsində həllinə köməklik edə bilər. Bundan sonra həmin gün o, İxtiyar, Anar və onun dayısı oğlu kimi təqdim etdiyi Kamran adlı şəxs 1 saylı RƏX-dın yaxınlığında yerləşən kafedə görüşdülər. Bu zaman onun Şirvan şəhər sakini Cavabdeh olduğunu bildir. Görüş zamanı Anar bildirdi ki, bir ay ərzində əvvəllər aldığı 360 manat məbləğində pensiyanı bərpa edəcək, bunun üçün 4000 manat məbləğində pul verməlidir. Bundan sonra o, 4000 manat pulu həmin yerdə və həmin gün Anara verdi. Anarın dediyi vaxt keçdikdən sonra ona məxsus olan ***-***-**-** nömrəli telefona dəfələrlə zəng etdi. O isə hər dəfə ona bildirirdi ki, “səbrli ol, gözlə, bu işlər mən və digər səlahiyyətli şəxs məşğul olur və məsələ qısa müddətə həllini tapacaq”. Sonradan demək olar ki, hər ayda ən azı hər gün 5-10 dəfə zəng etdi, Anar hər dəfə gah telefon zənglərinə cavab vermirdi, gah da onun zəngindən sonra telefonu söndürürdü. Anar tərəfindən ona qarşı dələduzluq edilməsi haqqında kürəkəni Elşad Dadaşova bildirdi. Kürəkəni Anara zəng etdi və ona bildirdi ki, 4000 manat pulunu qaytarmasa, hüquq-mühafizə orqanlarına şikayət edəcək. Qeyd etdiyi telefon zəngindən sonra Anarın dayısı oğlu kimi təqdim etdiyi Kamran ***-***-**-** nömrəli telefonla zəng edərək bildirdi ki, o, Qarabağ müharibəsi qazisidir, pulu tezliklə qaytaracaqlar. Ancaq onlar verdikləri sözə əməl etmədilər. Ona görə də 3 aydan sonra kürəkəni X2 əlaqə saxlayaraq Anarın atasının telefon nömrəsini ona verməsini xahiş etdi. Kamran Anarın atasının telefon nömrəsini verməkdən imtina etmiş və Anarın anası kimi Reyhan adlı qadının ***-***-**-** saylı nömrəsini təqdim etmişdir. Həmin telefon nömrəsinə zəng etdikdə Reyhan onun həyat yoldaşının telefon nömrəsini istəmişdir. Sonra onun həyat yoldaşı ilə əlaqə saxlamış və oğlu Anarın onu aldadaraq ələ keçirdyi pulu hissə-hissə ödəyəcəyini vəd etmişdir. Bundan sonra, yəni Anarın ona qarşı dələduzluq törətdiyindən 3 ay sonra onun tərəfindən ona hissə-hissə bir neçə dəfəyə 4000 manat məbləğindən 2100 manat ödənilmişdir. Pulun qalan hissəsinin ödənilmədiyinə əsasən həyat yoldaşı ona zəng etmiş, Reyhan imkanı olmadığını bildirmiş və demişdir ki, “gedin hara istəyirsiniz şikayət edin”. Anarın anası Reyhanın sözündən sonra Sbaunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə şikayət etmişdir. Ancaq Anarın PB-nə gətirilməsi təmin edilməmişdir. Anarın və digər şəxslərin izahatlarını almamışlar. Polis bölməsinə müraciət etməzdən əvvəl və müraciətindən sonra ən azı 50 dəfə Anarın yaşadığı Şirvan şəhərinə getmişdir. Ancaq onu tapa bilməmişdir. Şirvan şəhər gedib-gəlmək üçün ən azı 2000 manat pul xərcləmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək ərizə təqdim edərək iddianı qismən etiraf etdiyini, iddiaçıdan 4000 manat məbləğində pulu aldadaraq aldığını və həmin puldan 2100 manat ödənildiyini bildirdi. Hazırda iddiaçıya 1900 manat borcu qalıb onu da sentyabr-oktyabr aylarında iddiaçıya ödəməyə söz verir. Qalan hissədə iddianı qəbul etmir, onu çox adam məhkəməyə verib, onların da borcunu qaytarmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Anar adlı şəxsin əməlində cinayət tərkib olması müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, İddiaçı ilə Cavabdeh tanış etdiyini, Cavabdeh İddiaçı ona əlillik düzəltməsi adı ilə aldadaraq 4000 manat pul aldığını, həmin puldan 2100 manat ödənildiyini, 1900 manatın qaldığını bildirdi. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, İddiaçı pulu qaytarmadığı üçün şərtləri pozmuş, üzərinə götürdüyü öhdəliyi icra etməmiş, hazırda isə iddianı qismən etiraf edir, bu səbəbdən də iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı 1900 manat məbləğində pulun ödənilməsi cavabdehin hesabına təmin olunmalıdır. O ki, qaldı maddi və mənəvi ziyana görə 2000 manat pulun alınması hissəsinə, bu hissədə iddiaçı tərəf öz tələblərini əsaslandırdığı hallara dair hər hansı sənəd əlavə etməmiş, məhkəmə iclasında da bununla bağlı sübut təqdim etməmişdir. Halbuki, iddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə xərcləri ödənilmiş 60 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 60 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1900 (bir min doqquz yüz) manat pul və 60 (altmış) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-551/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-551/2023
07.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver