Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-563/2023 30.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X6, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 032071 saylı aktın ləğv edilməsi və 3 fazalıq sayğacının qanuni onun adına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, Alı Mustafayev küçəsi, 27 yerləşən fərdi ev onun adına olmaqla mülkiyyətindədir. 10 mart 2023-cü il tarixdə Şirvan RETSİ-in əməkdaşları fərdi tikilməkdə olan yaşayış olmayan evə gələrək cərimə yazılıb getmişlər. Bunu araşdırarkən dedilər ki, güya sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğac sxemindən kənar xətt var və üç fazalı kənar xətdi 04 kv üç fazalı xəttən qanunsuz enerji istifadə edilir fərdi yaşayış evinin çöl divarında 2015-ci ildə Olimpiya kompleksinin tikintisində istifadə olunmuş və labaratoriya tərəfindən təhvil götürülmüş ********** saylı sayğac qeyri-qanuni quraşdırılmışdır. Həmin sayğacın hər 3 faza giriş-çıxış sıxacıları alt qapağında şuntlanmışdır. Sayğac fərdi yaşayış evinin girişindən söndürülərək güya məlum oldu ki, sayğacdan kənar xətdən istifadə olunur. Halbuki, həmin evdə yaşayış yoxdur, ümumiyyətlə kürəkəni Zaur Ağayev həmin protokola adı yazılsa da, həmin vaxt orda olmamış və ona heç bir xəbərdarlıq olunmamışdır. Yazılan protokol qanunsuz və əsassızdır. Çünki, həmin üç fazalı sayğacı o, texniki şərtlə 2013-cü ildə Şirvan REŞİin labaratoriyasının verdiyi rəyə əsasən quraşdınlıb. Bu günə kimi üç fazalı sayğacdan istifadə belə etməmiş çünki, əlavə olaraq orda 220 kvat (1 fazalı) sayğacı var həmin sayğacdan istifadə etmişdir. Ona cərimə yazılmışdır. xx.xx.2023-ci il tarixli 032071 saylı Akt qərəzli və qeyri-qanuni yazılmış, aktı tərtib edərkən, enerii təchizatı müəssisəsinin əməkdaşları bir sıra pozuntulara yol vermişlər. xx.xx.2023-cü il tarixində onun və ailə üzvlərinin xəbəri olmadan saat 16:10-da "xxxx" ASC-nin əməkdaşları B.Abdullayev, A.Məmmədov və X3 satış üzrə aparıcı mühəndisi Sərdar Şirinov ona məxsus olan ünvan 1 ünvanında yerləşən tikilməkdə olan fərdi yaşayış evində hələ ki, işlək olmayan üç fazlı elektrik sayğacına baxış keçirmişlər. Bu baxış zamanı NDM 032071 saylı akt yazmışlar. Aktda nədənsə işlək olmayan üç fazlı sayğacın güya ki, xətasını işlək olan digər sayğaca, bir fazlı elektrik sayğacına şamil ediblər yazaraq teztələsik çıxıb gediblər. Bu hadisədən iki gün sonra yaşayış olmayan evə gedən Zaur həyətə daxil olarkən baş verən oğurluq hadisəsini aşkar etdikdən sonra evə elektrik enerjisinin verilişinin dayandırıldığını gorüb. Aydındır ki, elektrikin olmaması səbəbindən mühafizə kameralarının işləmədiyini görən oğrular ustalıqla həyətə daxıl olaraq orada olan muxtəlif əşyaları, mal-materialı qəsb edərək ona müəyyən miqdarda maddi ziyan vurmuşlar. Səhərisi gun, yəni xx.xx.2023-cu il tarixində bu işlə bağlı olaraq yeganə övladının həyat yoldaşı X8 "xxxx" MMC-nin Sayğac Laboratoriyasının müdiri Mövsum Nəbiyevə müraciət edən zaman cənab Nəbiyev bildirmişdir ki, “sizin o sayğacdan bizim xəbərimiz belə yoxdur və ümumiyyətlə gedin, kimə istəyirsiniz, şikayət edin”. Daha sonra "xxxx"nin satış üzrə rəis müavini Sərtib müəllimin qəbulunda olan Zaura verilən cavab o olub ki, narahat olmayın, bu məsələyə aydınlıq gətirilənə qədər o evin işığı qoşulacaq ki, heç olmasa bundan sonra oğurluq olmasın. Lakin əfsuslar olsun ki, evin işığı bərpa edilməyib. Bütün bu hadisələrin baş verməsini şəxsən ona qarşı bir təxribat kimi qəbul edir. 1977-ci ildən bu günədək eyni müəssisədə fasiləsiz və nöqsansız çalışmışdır. Bütün sağlamlığını qoyduğu öz doğma müəssisəsinin şəxsən ona qarşı bu hərəkətini yolverilməz və qeyri-qanuni hesab edir. ünvan 2 ünvanında yerləşən, tikilməkdə olan fərdi yaşayış evinə məxsus olan ********** saylı bir fazlı smart kart tipli elektrik sayğasının elektrik enerji verilişinin bərpa olunmasında və evindən oğurluq edənlərin ciddi cəzalandırılaraq ona dəyən maddi ziyanın ödənilməsində köməklik edilməsini xahiş edir. Belə olan halda həmin sayğaca görə cavabdehlik daşıya bilməz. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 məhkəməyə təqdim edilmiş etiraza uyğun izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsində iddiaçı olan Tənzil Məmmədova abonent olaraq X4 1 fazlı Smart kart tipli sayğacla təchiz olunmaqla **********6 saylı kodla qeydiyyatdadır. Belə ki, 10.03 2023-cü il tarixlərdə "xxxx" ASC-nin X9 qrupunun əməkdaşları tərəfindən elektrik enerjisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçinlərkən iddiaçıya məxsus yaşayış evində qeyri-qanuni olaraq elektrik enerjisindən istifadə etdiyi aşkar olunmuşdur. Bu zaman aşkar olunmuş qüsur barədə müvafiq video çəkiliş aparılmış və həqiqətən də Şirvan EŞ-in nəzarətçi mühəndisi vəzifəsində çalışan İddiaçı məxsus yaşayış evində elektrik şəbəkəsinə qanunsuz qoşulmuş 3 fazlı ********** saylı Smart kart tipli elektrik sayğacın olması aşkar edilmişdir. Daha sonra həmin sayğac yoxlanılarkən sayğac proqram bazada həmin ünvana deyil X10 kompleksinin tikintisinə məxsus elektrik sayğacı olduğu müəyyən olunmuşdur. Bundan əlavə həmin 3 fazlı Smart kart tipli sayğacın daxilində xəttin sxemdən çıxarıldığı, şəbəkəyə birbaşa qoşulduğu aşkarlanmışdır. Bu zaman müvafiq foto və videoçəkiliş aparılmış və göstərilən faktlar öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı ona məxsus sayğac uçot dəstinə baxış keçirilərkən EEİQ-nin 8.33-cü bəndini rəhbər tutaraq hal şahidlərinin iştirak etmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 Qaydaları”na olunmuş 155 saylı dəyşiklik qəranına əsəsən abonent barədə itirilmiş elekrtik enerjisinin bərpası aktı tərtib olunarkən hal şahidinin dəvət olunmasına dair tələblər qaydalardan çıxarılmışdır. İddiaçı, həmçinin iddia ənzəsində qeyri-qanuni quraşdırdığı “ona məxsus olmayan Olimpia Kompleksinə məxsus 3 fazlı Smart sayğacın onun adına bərpa olunmasını tələb edir ki, bu da qeyri mümkündür, Bu prossedur Azərbaycan Respublikası Nazirlər Kaabinetinin 11.02 2020-ci il tarixli, 40 saylı qərarına əsasən müvafiq olaraq şəxs tərəfindən ərazi üzrə ASAN kommunal mərkəzinə müraciət etdikdən, müvafiq texniki şərt aldıqdan, texniki şərt üzrə tələblər icra olunduqdan sonra mümkündür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli AKT NDM 032071 nömrəli aktda qeyd edilmişdir ki, baxış zamanı məlum oldu ki, sayğac sxemindən kənar xətt var və üç fazalı kənar üç fazalı xətdi 04 kv üç fazalı xətdən qanunsuz enerji istifadə edilir fərdi yaşayış evinin çöl divarında 2015-cı ildə olimpiya kompleksinin tikintisində istifadə olunmuş və labaratoriya tərəfindən təhvil götürülmüş ********** saylı sayğac qeyri-qanuni quraşdırılmışdır. Həmin sayğacın hər 3 faza giriş-çıxış sıxıcıları alt qapağında şutlanmışdır. Sayğac fərdi yaşayış evinin girişindən söndürülərək məlum oldu ki, sayğacdan kənar xətdən istifadə olunur. İş materiallarında olan NDM AKT 032071 nömrəli xx.xx.2023-cü il tarixli akt əsasında aparılmış hesabatdan görünür ki, (38 kvt x (0,7) x 24 saat x 365 gün) = 23302 kvt hesabat aparılmışdır. Tarifə uyğun olaraq (0,08 manat) -2433 kvt/s x 0,08 = 194.64 manat, (0,09) – 1217 kvt/s x 0,09 = 109.53 manat, (0,13 manat) – 19652 kvt/s x 0,13 = 2554.76 manat olmaqla, cəmi 2858.93 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X2 filialının müfəttişi Elşən Nəbiyev tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən Şirvan şəhəri Alı Mustafayev küçəsində yerləşən iddiaçıya məxsus yaşayış evinin xarici tərəfində divarda quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xəttin olması, 2015-ci il tarixində Olimpiya kompleksinin tikintisində istifadə olunmuş və labaratoriya tərəfindən təhvil götürülmüş ********** nömrəli 3 fazlı sayğaca (qeyri qanuni yolla quraşdırılmış) 0,4 kV-luq ÖİN xəttindən enerji verildiyi, həmin sayğacın sıxaclar yuvasında hər 3 fazasının giriş-çıxış sıxaclarının şuntlandığı, sayğac üzərində quraşdırılmış ayırıcı söndürülərək fərdi yaşayış evində kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilməsi barədə abonentin iştirakı olmadan xx.xx.2023-cu il tarixli NDM 032071 nömrəli akt tərtib edilmişdir. Akt tərtib edilərkən istifadə gücü 3,8 KVt götürülməklə 365 gün müddətinə 3029,26 manat məbləğində xx.xx.2023-cü il tarixli hesabat aparılmışdır. Abunə haqqında cədvələ əsasən istehlakçı “Smart-kart” proqram bazasında 2009-cu ilin fevral ayında **********6 kodla abonent qeydiyyatına alınmış, evi üçün 1 fazalı 807047627 nömrəli sayğac quraşdırılmış və hazırkı dövrədək hesablaşma həmin sayğac vasitəsilə aparılır. Akta görə hesablanmış məbləğ mövcud kodun abunə haqqında cədvəlinə daxil edilmişdir. Təqdim edilmiş birinci videoçəkilişdə istehlakçının yaşayış evinin hasarının xarici tərəfində 3 fazalı hesablaşma elektrik sayğacının olduğu, sayğacın sıxaclar kolodkasının qapağının möhürünün qırıq olduğu, sayğac üzərində ayırıcının söndürüldüyü, yaşayış evinə gedən xətdən axan yüklərin fazalar üzrə ölçülərək 3,8 A, 3 A, 3,4 A olduğu və həmin anda sayğacın ekranında axan yüklərə uyğun gücün olmadığı görünür. İkinci videoçəkilişdə həmin sayğacın sıxaclar kolodkasının qapağının altında hər 3 fazasının giriş-çıxış sıxaclarının sayğac sxemindən kənar birbaşa birləşdirildiyi görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerii təchizat müəssisəsi tərəfindən qanunsuz elektrik xətt açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd edilənlərə əsasən, yaşayış evinə aid mövcud 1 fazalı 807047627 nömrə B sayğacdan kənar 3 fazalı xəttin yaşayış evinə daxil olduğu məlum olur. Hesabat aparılarkən Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16.10 2021-ci il tarixli 14 nömrəli Qərarına əsasən elektrik eneriisinin aylıq istehlak həcminə uyğun müəyyən edilmiş tarif qiymətləri düzgün nəzərə alınmamışdır. Akta görə aparılılan hesabata Tarif (Qiymət) Şurasının müvafiq qərarına əsasən yenidən baxılması məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən Şirvan şəhəri Alı Mustafayev küçəsində yerləşən iddiaçıya məxsus yaşayış evinin xarici tərəfində divarda quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xəttin olması, 2015-ci il tarixində Olimpiya kompleksinin tikintisində istifadə olunmuş və labaratoriya tərəfindən təhvil götürülmüş ********** nömrəli 3 fazalı sayğaca (qeyri-qanuni yolla quraşdırılmış) 0,4 kV-luq ÖİN xəttindən enerji verildiyi, həmin sayğacın sıxaclar yuvasında hər 3 fazasının giriş-çıxış sıxaclarının şuntlandığı, sayğac üzərində quraşdırılmış ayırıcı söndürülərək fərdi yaşayış evində kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilməsi barədə abonentin iştirakı olmadan xx.xx.2023-cu il tarixli NDM 032071 nömrəli akt tərtib edilmişdir. Akt tərtib edilərkən istifadə gücü 3,8 KVt götürülməklə 365 gün müddətinə 3029,26 manat məbləğində xx.xx.2023-cü il tarixli hesabat aparılmışdır. Abonent tərəfindən sayğaca müdaxilə halı məhkəməyə təqdim edilmiş olan video çəkilişlə də, sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən enerji təhcizatı müəssisəsinin əməkdaşları tərəfindən tərtib edilmiş olan aktın əsassız olduğunu iddia etsə də, işin fakitiki halları və cavabdeh cəmiyyətin təqdim etdiyi sənədlərlə iddiaçı tərəfindən “Elektirk enerjisindən istifadə qaydaları”nın pozulması halı sübuta yetirilmişdir. Lakin məhkəmə hesab edir ki, enerji təhcizatı müəssisəsi tərəfindən tərtib edilmiş akt üzrə hesabatın 365 gün nəzərə alınmaqla aparılması əsassızdır. Belə ki, abonentə məxsus olan sayğaca ayda bir dəfədən az olamayaraq enerji təhcizatı müəssisəsinin əməkdaşları tərəfindən baxış keçirilir və abonentə bir aylıq ödənişlə bağlı hesabat təqdim edilir. Hazırkı halda abonentə sayğaca müdaxilə ilə bağlı 365 gün olmaqla hesabatın aparılması istehlakçının (hazırkı halda iddiaçının) hüquqlarının həddindən artıq pozulmasına səbəb ola bilər. Həmçinin "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş aktda hesabat aparılarkən Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 14 nömrəli Qərarına əsasən elektrik enerjisinin aylıq istehlak həcminə uyğun müəyyən edilmiş tarif qiymətləri nəzərə alınmamışdır. Belə ki, dəymiş zərər üzrə hesabat aparılarkən 0,13 qəpikdən hesabat aparılmışdır. Lakin Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş elektrik enerjisinin ölkədaxili tarifləri üzrə hesabat aparılarkən aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8,0 qəpik (bənd 4.1.1), aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9,0 qəpik (bənd 4.1.2), aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13,0 qəpik (bənd 4.1.3.) müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, abonentə “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulması ilə bağlı aparılmış olan hesabat 365 gün deyil, 30 gün, yəni ((3.8 kvt/s x (0,7) x 24 saat x 30 gün = 1915.2 kvt/s) 1915.2 kvt/s müəyyən edilməlidir. ) 1915.2 kvt/s hesabat isə 200 kvt/s x 0,08 = 16 manat, 100 kvt/s x 0,09 = 9 manat, 1615.2 kvt/s x 0,13 manat = 209.97 manat + 16 manat +9 manat = 234.97 manat)) götürülməklə hesabat aparılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməklə İddiaçı məxsus abonent hesabına hesablanmış 2794,29 (3029,26 manat – 234.97 manat = 2794,29) manat borc silinməlidir. İddiaçının iddia tələbinin 3 fazalıq sayğacının qanuni onun adına bərpa edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2012ci il tarixli 011687 nömrəli texniki şərt təqdim edilsə də, həmin texniki şərtin 8-ci bəndində qeyd edildiyi kimi texniki şərtin qüvvədə olma müddəti iki müəyyən edilmişdir. Yəni qeyd edilən müddət ərzində abonent tərəfindən texniki şərtdə qeyd edilən işlərin görülməsi ilə bağlı müvafiq ödənişlər həyata keçirilməli və müvafiq işlər həyata keçirilməli idi. Lakin işin faktiki hallarından görünüdüyü kimi iddiaçı tərəfindən texniki şərtdə qeyd edilən işlərin görülməsi ilə bağlı hər hansı bir ödəniş həyata keçirilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, texniki şərtin icrası ilə bağlı istehlakçı tərəfindən müvafiq hərəkətlər keçirmiş olsa belə qeyd edilən tələbə mülki mübahisə qaydasında deyil, inzibati məhkəmədə baxılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd edilmişdir ki, “nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.” Həmin qərarın 14-cü bəndində qeyd edilir ki, “tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Qeyd edilənlərə əsasən məhkəmə xatırladır ki, yuxarıda qeyd edilən qərardan göründüyü kimi təbii inhisar subyektlərinin (hazırkı halda "xxxx" ASC-nin) ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati icraat qaydasında inzibati məhkəmə tərəfndən baxılır. Qeyd edilən orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı hallar olacağı təqdirdə iddiaçının inzibati qaydada mübahisləndərmək hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, eyni zamanda iddia qismən təmin edildiyindən 47,49 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent koduna (8********) hesablanmış borcdan 2794,29 manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli və "xxxx" ASC-dən 47,49 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent koduna (8********) hesablanmış borcdan 2794,29 manat silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 47,49 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-563/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-563/2023
30.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver