Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-564/2023 06.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Ərizəçi, Maraqlı şəxs Şirvan şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Şirvan şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasınən cəlb edilməsi ilə uşağın himayədə qalma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Şirvan şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasınən cəlb edilməsi ilə uşağın himayədə qalma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Şirvan şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü Nümayəndə məhkəmə iclasında iştirak edərək Maraqlı şəxs2 Başçısının Sərəncamından çıxarışı müdafiə etdiyini bildirmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinin tələbinə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan xx.xx.2016-c; il tarixli, 09 № Azərbaycan Respublikası Maraqlı şəxs2 Başçısının Sərəncamından çıxarışdan görünür ki, Ərizəçi oğlu X2 Maraqlı şəxs1 ilə qeyri-nikah münasibətlərində birgə yaşadığı dövrdə xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Uşaqların anası Maraqlı şəxs1 iki övladını ataraq getmiş, uşaqları iə maraqlanmamış və hal-hazırda harada olması barədə heç bir məlumat yoxdur. Valideyn himayəsindən məhrum olmuş uşaqlar hazırda nənələri Ərizəçi himayəsində yaşayırlar. Onların bütün ehtiyacları Ərizəçi tərəfindən ödənilir. “Qəyyumluq və Himayədarlıq” Komissiyası valideyn himayəsindən məhrum olmuş uşaqların mənafeyini müdafiə edərək, qəyyumluğa götürənin xahişini nəzərə alaraq, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 nənələri Ərizəçi qəyyumluğa verilməsini məqsədəuyğun hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Şirvan şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasınən cəlb edilməsi ilə uşağın himayədə qalma faktının müəyyən edilməsi tələbinə dair ərizə baxılmamış saxlanılsın. Ödənilmiş 100 manat dövlət rüsumu (qəbz **********) Ərizəçi qaytarılsın. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-564/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-564/2023
06.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver