Məhkəmə qərarları › İş №2(032)-575/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-575/2023

02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-575/2023 02.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təkzib öhdəliyinin qoyulması, yazılarn silinməsi və ziyanın ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Facebook” səhifəsində “Cavabdeh” adlı yazdığı məlumat şəxsiyyətini, şərəf və layəqtini alçaldan məlumat hesab edilməsi, Cavabdeh tərəfindən “Facebook” səhifəsində “Cavabdeh” adlı məqaləni yeni məqalə yazaraq üzr istəməklə təkzib etmə öhdəliyi qoyulması və şəxsiyyətini, şərəf və ləyaqətini ləkələyən məqalə yaydığından Cavabdeh 1000 manat məbləğində ziyan, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1984-cü ildə Şirvan şəhərində anadan olmuş, orta təhsilini Şirvan şəhəri 1 saylı orta məktəbi bitirdikdən sonra X7 Kollecinə daxil olmuş, orta ixtisas təhsillidir. 2006-cı ildən Hacıqabul rayon polis şöbəsində 3 il 6 ay polis nəfəri olaraq işləmişdir. Ailəlidir və X2 ilə birgə nikahdan 3 uşağı var. Cavabdeh özünün “Facebook” səhifəsində “Cavabdeh” adlı başlıqla şəxsiyyətini alçaldan, şərəf və layaqətini ləkələyən, nüfuzuna ziyan vuran məqalə yayımlanmışdır. Həmin səhifədə kütləvi şəkildə yayımlanmış məqalədə ona dələduz, şərəfsiz, mərdimazar və s. kimi ifadələr işlətmişdir. Daha sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh tərəfindən “Facebook” səhifəsində “Cavabdeh” adlı yazdığı məlumat şəxsiyyətini, şərəf və layəqtini alçaldan məlumat hesab edilməsi, Cavabdeh tərəfindən “Facebook” səhifəsində “Cavabdeh” adlı məqaləni yeni məqalə yazaraq üzr istəməklə təkzib etmə öhdəliyi qoyulması və şəxsiyyətini, şərəf və ləyaqətini ləkələyən məqalə yaydığından Cavabdeh 1000 manat məbləğində mənəvi ziyan, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında onun “Facebook” sosial şəbəkəsində hesabı olduğunu, həmin məqalə onun tərəfindən yazıldığını, sözlərin İddiaçı şərəf və layəqtini alçaldan məlumat hesab etmədiyini bildirdi. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətlə bağlı Vəkil 120 (bir yüz iyirmi) manat vəkil xidmət haqqı ödənilmişdir. Mülki işlə bağlı xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-575/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə linqvistik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli, 3-16-16/2-4/1215 saylı rəyindən görünür ki, 1. Mülki iş materiallarına əlavə olunmuş Cavabdeh Adil oğlunun "Facebook” sosial şəbəkəsində “Adsirin Qurbanov” adlı profilində dərc olunmuş məqalə X4 ünvanlanmışdır. 2. Mülki iş materiallarına əlavə olunmuş Cavabdeh Adil oğlunun “facebook” sosial şəbəkəsində “Adsirin Qurbanov” adlı profilində yayılmış məlumatlarda işlədilmiş “...şərəfsizlərə sözümü deyirəm...” kimi söz və ifadələri X3 şərəf və ləyaqətini alçaldan məlumat hesab olunur. 3. Mülki iş materiallarına əlavə olunmuş Cavabdeh Adil oğlunun “facebook” sosial şəbəkəsində “Adsirin Qurbanov” adlı profilində yayılmış məlumatlarda işlədilmiş “Siz yıxmadığınız ev qalmayıb Şirvanda...Mən burdan Şirvan şəhər polis şöbəsinin rəisi hörmətli Fizuli Əhmədova müraciət edirəm. Həmən insanın da adın açıq yazıram ... həmən şəxs ağ Prado axır nömrəsi 077 olan Elçin Mehdiyevdi bu insan mərdiməzarlıq dələduzluq etmədiyi adam qalmayıb özün şəhərdə reket jurnalis ve qoçu kimi aparır.” söz və ifadələrin əks etdirdiyi iddialar sübuta yetirilmədiyi təqdirdə X3 ləyaqətini alçaldan məlumatlar hesab olunur. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: 1) məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; 2) həmin məlumatların doğru olmaması; 3) bu məlumatların yayılması. Məhkəmə ilk növbədə birinci hala, yəni yayılmış məlumatın iddiaçının şərəf və ləyaqətini ləkələməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə ikinci halla bağlı qeyd edir ki, məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Yəni, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməlidir. Belə ki, şərəf və ləyaqətin ləkələnməsi ilə bağlı iddialarda məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yaymış tərəfin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdeh iddiaçı ilə bağlı yaydığı məlumatlardan hər hansının doğruluğunun sübut edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, yayılmış məlumatlar doğru olmayan məlumatlar kimi qiymətləndirilməlidir. Məhkəmə üçüncü halla bağlı qeyd edir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Cavabdeh Adil oğlunun "Facebook” sosial şəbəkəsində “Adsirin Qurbanov” adlı profilində dərc olunmuş məqalə X4 ünvanlanmışdır. Cavabdeh Adil oğlunun “facebook” sosial şəbəkəsində “Adsirin Qurbanov” adlı profilində yayılmış məlumatlarda işlədilmiş “...şərəfsizlərə sözümü deyirəm...” “Siz yıxmadığınız ev qalmayıb Şirvanda...Mən burdan Şirvan şəhər polis şöbəsinin rəisi hörmətli Fizuli Əhmədova müraciət edirəm. Həmən insanın da adın açıq yazıram ... həmən şəxs ağ Prado axır nömrəsi 077 olan Elçin Mehdiyevdi bu insan mərdiməzarlıq dələduzluq etmədiyi adam qalmayıb özün şəhərdə reket jurnalis ve qoçu kimi aparır.” söz və ifadələrin əks etdirdiyi iddialar sübuta yetirilmədiyi təqdirdə X3 yaqətini alçaldan məlumatlar hesab olunmuşdur. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 nömrəli qərarından da görünüdüyü kimi bu yönümlü işlər üzrə məhkəmələr tərəfindən araşdırılacaq hallardan biri məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi halıdır. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq qeyd edilən hal müəyyən edilmişdir. Hazırkı işdən isə görünür ki, cavabdeh iddiaçı barəsində onun şərəf və ləyaqətini ləkələyən məlumatları “facebook” sosial şəbəkəsində yaymışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Adil oğlunun “facebook” sosial şəbəkəsində “Adsirin Qurbanov” adlı profilində yayılmış məlumatlarda işlədilmiş “...şərəfsizlərə sözümü deyirəm...” “Siz yıxmadığınız ev qalmayıb Şirvanda...Mən burdan Şirvan şəhər polis şöbəsinin rəisi hörmətli Fizuli Əhmədova müraciət edirəm. Həmən insanın da adın açıq yazıram ... həmən şəxs ağ Prado axır nömrəsi 077 olan Elçin Mehdiyevdi bu insan mərdiməzarlıq dələduzluq etmədiyi adam qalmayıb özün şəhərdə reket jurnalis ve qoçu kimi aparır.” söz və ifadələri İddiaçı qızının şərəf və ləyaqətini nalayiq formada ləkələyən (alçaldan) məlumatlar hesab olunmalıdır. İddiaçının iddia tələbinin həmin ifadələrin Cavabdeh tərəfindən “Facebook” səhifəsində “Cavabdeh” adlı məqaləni yeni məqalə yazaraq üzr istəməklə təkzib etmə öhdəliyi qoyulmasını hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 nömrəli qərarında qeyd edilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqiqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Məhkəmə ilkin olaraq təkzib sözünün hərfi mənasını açıqlayaraq bildirir ki, “təkzib” dedikdə - bir məlumatın, xəbərin, şayiənin və s.-nin yalan olduğunu məlumat, çıxış, məqalə və s. ilə sübut etmə; yalanlama. Təkzib etmək – yalan olduğunu, doğru olmadığını sübut etmək, elan etmək, bildirmək kimi başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh “Whatsapp” sosial şəbəkəsində “facebook” sosial şəbəkəsində İddiaçı ünvanına işlətdiyi “Adsirin Qurbanov” adlı profilində yayılmış məlumatlarda işlədilmiş “...şərəfsizlərə sözümü deyirəm...” “Siz yıxmadığınız ev qalmayıb Şirvanda...Mən burdan Şirvan şəhər polis şöbəsinin rəisi hörmətli Fizuli Əhmədova müraciət edirəm. Həmən insanın da adın açıq yazıram ... həmən şəxs ağ Prado axır nömrəsi 077 olan Elçin Mehdiyevdi bu insan mərdiməzarlıq dələduzluq etmədiyi adam qalmayıb özün şəhərdə reket jurnalis ve qoçu kimi aparır” ifadələrin təkzibi hüquqi və məntiqi baxımından mümkün olmadığından qeyd edilən hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mənəvi ziyan tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ifadələrin məzmun və mənasını, həmin ifadələrin açıq-aşkar iddiaçının şəxsiyyətinə uyğun olmadığını və onun ləyaqətini alçaltdığını qəbul etməklə hesab edir ki, cavabdeh həmin ifadələrlə iddiaçıya mənəvi sarsıntı və iztirab vermiş, qeyd olunan ifadələr iddiaçının şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulması şübhəsiz olsa da dəymiş mənəvi zərərə görə tələb edilən məbləğ hədsiz dərəcədə yüksək olmaqla ağlabatan deyil. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Məhkəmə, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkələməklə yayılan məlumatlara görə iddiaçıya dəymiş mənəvi zərərin kompensasiyası üçün cavabdehdən 300 manat məbləğində pul tutulması ağlabatandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilən cavabdehdən tutularaq ona verilməsi hissəsində hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hüquqi yardıma görə iddiaçı tərəfindən 120 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətin göstərilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş olan 120 manat pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. İddiaçının ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən və mediasiya arayışından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 190 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 190 manat Cavabdeh tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən “Facebook” səhifəsində “Cavabdeh” adlı yazdığı məlumat şəxsiyyətini, şərəf və layəqtini alçaldan məlumat hesab edilsin. İddiaçı şəxsiyyətini, şərəf və ləyaqətini ləkələyən məqalə yaydığından Cavabdeh mənəvi ziyana görə 300 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş olan dövlət rüsumu 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Hüquqi xidmət göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 120 manat xidmət haqqı Cavabdeh tutularaq, İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 190 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar