Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-587/2023 07.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" İstehsalat Birliyinə və "xxxx" İstehsalat Birliyinin Cavabdeh1nə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə dair” mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" İB-yə və "xxxx" İstehsalat Birliyinin Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İstehsalat Birliyinin Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv olunması, həmin akta əsasən hesablanmış 1555.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, TQİQ-nın pozulması barədə olan aktda göstərilən ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə ailə üzvləri yaşayış binasının pilləkən meydançasında quraşdırılmış qaz sayğacının, digər qonşularla bərabər onların mənzilə aid sayğacın da idarənin işçiləri tərəfindən köhnə sayğacın yenisi ilə əvəz olduduğunu bildirdilər. Həmin gün həmin söküntü aparan işçilər qaz sayğacının istismar müddətinin ötürüldüyü səbəbindən yenisi ilə əvəz olunacağı üçün dəyişdiriləcəyini bildirmiş və köhnə sayğacı yenisi ilə əvəz edərək çıxarılmış sayğacı özləri ilə götürmüşlər. Bu zaman həmin çıxarılmış qaz sayğacında hər hansısa bir qüsurun olması və ya onda hər hansısa bir nasazlığın olması barədə ona və ailə üzvlərinə məlumat verilməmişdir. Bundan 4 ay sonra yaşadığı mənzilə poçt vasitəsi ilə xx.xx.2023-cu il tarixli, ******* saylı akt göndərilmiş və məlum olmuşdur ki, yaşadığı ünvan üzrə Qaz təchizatı idarəsində abonent olaraq qeydiyyatda olan mərhum atası Ədalət Abdulovun adına 1555,20 manat dəyərində hesabat aparılmışdır. Daha sonra Şirvan şəhərində yerləşən Qaz İstismarı İdarəsinə yaxınlaşdı və bunun nə məsələ olduğunu və hansı əsasla yaşayış ünvanına quraşdırılmış qaz sayğacı üzrə hesabat aparıldığını soruşmuşdur. Onlar isə cavabında bildirdilər ki, guya sayğacı qüsurlu, müdaxiləli çıxıb. Daha sonra güya sayğaca labaratoriya şəraitində baxaraq həmin sayğacın hansı hissəsindəsə deşik olduğu aşkarlamışlar. Həmin sayğac tam möhürlənmiş halda olmuş, sayğacda və ona vurulmuş möhürlərdə heç bir vaxt, heç bir qüsur olmamış və hər ay həmin sayğaca Qaz idarəsinin əməkdaşı baxış keçirilmiş, sayğacın oxunmasını etmişlər. Əgər həmin sayğacda hər hansısa bir qüsur, çatışmamazlıq, müdaxilə izi olsaydı bunu həmin müəssisənin əməkdaşı ona bildirərdi və ya çalışdığı idarənin məsul işçilərinə məlumat verərdi. Necə olur axı kütləvi sayğac dəyişdirilir onun yaşayış evi başda olmaqla bütün abonetlərə 10-15 il bundan öncə quraşdırılmış sayğacları kütləvi olaraq çıxarılır və yüksək məbləğdə əlavə sərfiyyatlar cərimələr yazılır. Həmin sayğac 15 il öncə quraşdırılmış və həmin vaxt həyatda olan, abonent olaraq qeydiyyatda olan mərhum atam X2 adına qeyd olunmuşdur. Abonent olaraq qeydiyyatda olan mərhum atam Ədalət Abdulov xx.xx.2011-cu il tarixdə vəfat etmişdir. Aktı tərtib edən əməkdaşlar abonent olan şəxsi axtarsaydılar, mərhum atasının vəfat etməsi barədə məlunatları olardı və bu barədə akta müvafiq qeydlər aparardılar. Ən azı sayğaca labarator qaydada baxış keçiriləndə atasından başqa həmin ünvanda yaşayan, onun faktiki nümayəndəsi olan onu dəvət edərdilər. Hələ üstəlikdə, həmin ünvanda abonentin oğlu olaraq onun və ailə üzvlərinin yaşamağına baxmayaraq çıxarılmış qaz sayğacına haradasa, onlara məlum olmayan otaqda, öz iştirakları ilə baxış keçirmiş və güya onun cızıq, deşik olmasına dair akt tərtib etmişlər. Bu hal da onu sübut edir ki, yazılmış akt qeyri qanuni şəkildə tərtib olunmuşdur. O və digər ailə üzvüçıxarılmış qaz sayğacına hər hansı bir müdaxilə etməmişlər, əgər bu hal olsaydı həmin sayğacın hər hansısa bir möhürü zədələnərdi, qırılardı və s. Yazılmış aktdan və sayğacların çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli aktdan və ******* saylı sərfiyyat aktından da görünür ki, möhürlərdə belə hər hansı bir müdaxilə izi belə yoxdur. Yazılmış aktdan məlum olur ki, "xxxx" ASC-nin əməkdaşları özlərinə sərf edən şəkildə, öz xidməti otaqlarında, özlərinin iştirakı ilə akt tərtib edərək mənim ödəniş saldoma əlavə sərfiyyat olaraq 1555 manat ödəniş əlavə etmişlər. Bu tam qanun pozuntusu sayılır. Bütün bu göstərilənlərin tamamən absurd olduğunu və aktın prossesual qanunvericiliyin tələblərinə riayyət edilmədən tərtib olunduğu tam sübut olunur. Bütün bunlara əsasən də hesab edir ki, xx.xx.2023-cu il tarixli, ******* akt ciddi qanun pozuntuları edilərək tərtib olunmuşdur və həmin akt ləğv olunmalı və akta əsasən hesablanmış məbləğ silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı X1 mənzilimə quraşdırılmış sayğac Dövlət yoxlanılmasından keçirilməsi üçün çıxarılmışdır. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, "xxxx" İB-nin İTRİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-1139-1 saylı rəyinə əsasən çıxarılan 00126752 nömrəli qaz sayğacının çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 6m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 12960 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2023-cü il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan AZ-İ № 484402 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür kli, X3 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Eyni zamanda məhkəmə qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda da görünür ki, qaz sayğacı istehlakçıya məxsus olan evdə quraşdırılmamışdır, belə olan halda həmin qaz sayğacının işlək vəziyyətdə olmasına cavabdehliyi qaz paylayıcısı daşıyır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 1555.20 (bir min yetmiş dörd manat 20 qəpik) cərimə məbləği (abunə kodu **********00190) saylı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-587/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-587/2023
07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver