Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-59/2023 21.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı, nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı “ mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhəri, Xəqani küçəsi, 11 saylı evin 17 saylı mənzilinin ümumi birgə mülkiyyətdə olan (mülkiyyətçilər X6, İddiaçı, X4, X2 və X7) 5 paydan miras açılmış anası X1 mülkiyyətinə verilmiş 1/5 hissəsinə qanun üzrə və atası X3(hər birinə 1/5 hissə olmaqla)ümumi birgə mülkiyyətdə olan 1/5 hissəsinə dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh Şirvan şəhəri 1 Saylı Notariat Ofisinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə verərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Nümayəndə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Şirvan şəhər 1 saylı Notariat Ofisinə göndərilməsinə baxmayaraq nümayəndə məhkəməyə gəlməmiş, işə mahiyyəti üzrə baxılması barədə vəsatəti məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərX4, X7, X8 məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdiyindən və cavabdehin işə mahiyyəti üzrə baxılmasına dair vəsatəti daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı “ mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu qaytarılsın. İddiaçıya izah olunsun ki,iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-59/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-59/2023
21.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver