Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-619/2023 28.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı reqress qaydasında pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilən kredit məbləği 6032.73 manat və ödənilmiş 81 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli GTGK0288306A163 nömrəli zaminlik müqaviləsinə əsasən borcalan cavabdehlə "xxxx" ASC qarşısındakı xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü kredit məbləği 4500 manat, kreditin müddəti 46 ay, kreditin illik faiz dərəcəsi 27,84%, kreditin qaytarılma müddəti pozulduqda tətbiq olunan faiz dərəcəsi: hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0.6 %-i olmuşdur. Əsas və faiz borcları, dəbbə pulu, maliyyə saksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən zərərin ödənilməsi də daxil olmaqla, Bank qarşısında Borcalanla eyni şərtlər daxilində məsuliyyət götürmüşdür. Cavabdeh kredit müqaviləsi ilə götürmüş pulu ödəmədiyi üçün "xxxx" ASC tərəfindən ona məxsus debit kartdan müxtəlif vaxtlarda tutulma əməliyyatları həyata keçirmiş, ən son 02 noyabr 2022-ci tarixdə "xxxx" ASC terminalı vasitəsi ilə 1300 manat qalıq kredit pulunu ödəmişdir. 2005-2006-cı ildən Şirvan şəhərində yerləşən əvvəllər “DRES” indiki adı ilə “Cənub-S” adlanan elektirik stansiyasının müdafiəsini həyata keçirən "xxxx" ASC-nin hərbiləşdirilmiş mühavizə dəstəsində birgə işləmişlər. Hazırda hələdə adı qeyd olunan işdə fəaliyyətini davam etdirir. 2019-cu ildə cavabdeh şəxsi təlabatı üçün bankdan kredit götürməkdə ona zamin olaraq köməklik göstərməyini xahiş etmişdir. Cavabdeh həm atasının, anasının işlədiyini bildirdiyi, həm də 15 illik yoldaşlığı nəzərə alaraq onun bankdan götürəcək pul kreditinə zamin olmağına razı oldu. Cavadeh götürdüyü krediti 1 ilə qədər ödəmələrində heç bir gecikmələr olmamışdır. xx.xx.2020-ci il tarixli bildirişə əsasən "xxxx" ASC həm borcalana, həm də ona gecikdirilmiş məbləğlə bağlı öhdəliyimizin dərhal yerinə yetrilməsi tələb olunsada borcalan tərəfindən heç bir ödəmə həyata keçrilməmişdir. xx.xx.2020-ci ildə daxil olmaqla ödəmələr məcburi qaydada hər ay maaşından tutulmağa başlamışdır. Ən son olaraq qalıq borcu xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən kredit müqaviləsi üzrə götürdüyü 1300 manatı” "xxxx" ASC terminalı vasitəsi ilə ödəmişdir. "xxxx" ASC ilə bağlanan kredit müqaviləsinə əsasən götürülmüş 2000 manata 23 ay müddətində 2292 manat ödəmək öhdəliyi yaranmışdır. Həmin kreditin məbləğindən cavabdehin kredit borcu üzrə 1300, faiz məbləğ 379.61 manat "xxxx" ASC qarşısında 23 ay müddətində ödəmək öhdəliyi yaranmışdır. Cavabdeh götürülən kreditlə həm evini təmir elətdirib, həm də avtomobil almışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia ərizəsində hesab səhvinə yol verdiyini və cavabdehdən onun xeyrinə 6197 manat 39 qəpik məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq bunun səbəbi barəsində heç bir məlumat verməmiş, məhkəmə iclaslarına gəlməmiş və yuxarıda qeyd olunan qurumlara müraciət olunması ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işin baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2019-cu il tarixli, GTGK0288306A163 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 46 ay müddətinə, illik 27,84 faiz dərəcəsi ilə, aylıq 160,17 manat ödənilməsi şərtilə 4500 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh "xxxx" ASC qarşısında 19 iyul 2019-cu il tarixli, GTGK0288306A163 nömrəli kredit müqaviləsi üzrə öhdəliyi ilə əlaqədar birgə məsuliyyət daşıyır. xx.xx.2019-cu il tarixli İddiaçı və Cavabdeh "xxxx" ASC-yə ünvanladıqları ərizələrin məzmununa əsasən onlar götürülən 4500 manat kreditlə əlaqədar kart hesabbına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmirlər. "xxxx" ASC tərəfindən borcular Cavabdeh və İddiaçı göndərilmiş xx.xx.2020-ci il tarixli sonuncu bildirişə əsasən bank hər iki şəxsi xx.xx.2020-ci il tarixinə ümumi 3990,65 manat məbləğində borclarının olması barədə məlumatlandırmışdır. xx.xx.2019-xx.xx.2022-ci il tarixləri əhatə edən "xxxx" ASC-dən ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı zamin kimi üzərinə öhdəlik götürdüyü 19 iyul 2019-cu il tarixli, GTGK0288306A163 nömrəli kredit müqaviləsi üzrə cəmi 3817,7 AZN kredit borcunu "xxxx" ASC-yə ödəmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən "xxxx" ASC-dən ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı zamin kimi üzərinə öhdəlik götürdüyü 19 iyul 2019-cu il tarixli, GTGK0288306A163 nömrəli kredit müqaviləsi üzrə cəmi 1079,69 AZN kredit borcunu "xxxx" ASCyə ödəmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 69 nömrəli məlumata əsasən GTGK0288306A163 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 46 ay müddətinə, 2784 faiz dərəcəsi ilə aylıq ödəniş 160,17 AZN olmaqla, cəmi 4500 Azn kredit götürülmüşdür, hazırda hər hansı borc mövcud deyil. xx.xx.2022-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş ödəniş qəbzinə əsasən GTGK0288306A163 nömrəli kredit müqaviləsi üzrə 1300 AZN məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli, SVNPU-05541 nömrəli kredit götürülməsinə dair razılaşmaya əsasən "xxxx" ASC tərəfindən İddiaçı 23 ay müddətinə, illik 14 faiz dərəcəsi ilə, şəxsi istehlak məqsədilə 2000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, SVNPU-05541 nömrəli kredit götürülməsinə dair razılaşmaya aid ödəniş cədvəlindən görünür ki, borclu İddiaçı hər ay 99,65 manat "xxxx" MMC-yə ödəməlidir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh "xxxx" ASC-nin qarçısında kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü vəzifələri bir borclu kimi yerinə yetirməmiş, həmin öhdəliyi zamin kimi İddiaçı tərəfindən icra olunmuşdur, hazırda da iddiaçı cavabdehdən banka onun əvəzinə ödədiyi – 6197,39 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda isə, iddia təmin edilməli, cavabdehdən göstərilən məbləğdə pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 80 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 80 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia təmin edilsin. Cavabdeh 6197 (altı min yüz doxsan yeddi) manat 39 (otuz doqquz) qəpik pul və dövlət rüsumu kimi ödənilmiş 81 (səksən bir) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-619/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-619/2023
28.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver