Məhkəmə qərarları › İş №2(032)-62/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-62/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-62/2025 13.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1794 manat maddi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 38 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki , cavabdehi 2022-ci ilin dekabr ayında tanmışdır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Cavabdehi Masallı rayonunda yerləşən Su filtirləri şirkətinin sahibi kimi tanımışdır. Cavabdeh 2022-ci ilin dekabr ayında icarəyə avtomobil götürmək istədiyini ona demişdir və bu barədə ondan köməklik göstərməyini xahiş etmişdir. O da ona özünə məxsus avtomobilləri icarəyə verməyə hazır olduğunu bildirmişdir. O, razılıq vermişdir. Bundan sonra aralarında olan şifahi razılığa əsasən 21 dekabr 2022-ci il tarixində ona məxsus olan Mazda markalı, ** BL *** dövlət qeydiyyat nişanlı və Mercedes markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilləri ona icarəyə vermişdir. Cavabdeh icarəyə götürdüyü Mazda markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə görə hər ay 600 manat, Mercedes markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə isə 1400 manat ödəməli idi. Bu minvalla cavabdeh ilk üç ay verdiyi öhdəliyə əməl etmişdir. Lakin sonradan icarə haqqını ödəməmişdir. 2023-cü ilin mart ayında onunla Masallı rayonunda görüşmüşdür. O, avtmobillərin nasaz olduğunu bildirərək icarə haqqını ödəməyəcəyini bildirmişdir. Bundan sonra cavabdehdən avtomobilləri qaytarmasını tələb etmişdir. Avtomobilləri cavabdehdən aldıqdan sonra məlum olmuşdur ki, Cavabdeh avtmobillərin ehtiyyat hissələrini dəyişmiş, onları köhnəsi ilə əvəz etmişdir. Buna görə də avtomobillər nasaz vəziyyətə düşmüşdür. Mazda markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 584,84 manat, Mercedes markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği isə 1210 manat təşkil edir. Cavabdeh tərəfindən ona dəymiş ziyan könüllü olaraq ödənilmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iddia tələbi üzrə mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisəyə aid olub-olmaması ilə bağlı tərəflərə münasibət bildirməyi təklif edir. Məhkəmə iclasında İddiaçı iş üzrə mübahisənin mülki xarakterli olması nəzərə alınaraq hazırkı iddia tələbi üzrə işə Şirvan Şəhər Məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırkı iddia tələbi üzrə iş sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan aidiyyəti üzrə kommerisya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və ona məxsus ********** nömrəli VÖEN-nin statusu “fəaliyyətini müvəqqəti dayandırılmış” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və ona məxsus ********** nömrəli VÖEN-nin statusu “aktiv” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi mülki iş üzrə həm iddiaçı və həm də cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 20-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Həmin qərarın 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Belə ki, iş materiallarından göründüyü kimi həm İddiaçı (VÖEN **********), həm də Cavabdeh (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Belə ki, mülki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən müəyyən edilir ki, tələb iddiaçının öz sahibkarlıq fəaliyyətini (avtomobilləri icarəyə verməklə gəlir əldə etmək) həyata keçirməsi ilə əlaqədar münasibətlərdən irəli gələn mübahisələrdən yaranmışdır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”ndan görünür ki, Şirvan Şəhəri kommersiya mübahisələri üzrə Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxil edilmişdir. MPM-nin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 268.1-ci maddəsinin tələbinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Habelə 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə, bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, məhkəmə tərəfindən işin obyektiv və məhkəmə aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədi ilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 32, 263-264, 403-1-ci, 407-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar