Məhkəmə qərarları › İş №2(032)-63/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-63/2023

14.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-63/2023 14.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, maraqlı şəxslər Şirvan şəhəri 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsi, miras əmlakda payların vərəsələr İddiaçı və Cavabdeh arasında müəyyən olunması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maraqlı şəxslər Şirvan şəhəri 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin cəlb edilməsi ilə iddia ərizəsi ilə ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsi, miras əmlakda payların vərəsələr İddiaçı və Cavabdeh arasında müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, X1, anaları X13 olmuşdur. Onlar rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Onların nikahından İddiaçı, X15, X25, X26, X16 və Cavabdeh adlı uşaqları anadan olmuşdur. Bacıları ərə getdikdən sonra həmin evdən köçərək özlərinə daimi olaraq başqa yaşayış sahəsi seçmiş və davamlı surətdə orada yaşamışlar. X1 xx.xx.2009-cu il tarixdə, anaları isə xx.xx.2018-ci il tarixdə ölmüşlər. Atası və anası ölməmişdən əvvəl onların ünvan 3 ünvanda fərdi yaşayış evləri və 0,06 ha həyətyanı torpaq sahəsi olmuşdur. Onun həmin miras qalmış fərdi yaşayış evində və 0,06 ha torpaq sahəsində məcburi payı vardır. Hal-hazırda valideynlərindən qalan miras əmlak üzərində mülkiyyət hüququ əldə etmək üçün vərəsəlik haqqında şəhadətnamə almalıdır. Bunun üçün cavabdehin razılığı lazımdır. Lakin o, vərəsəlik haqqında şəhadətnamə alınması üçün Notariat Ofisinə getməkdən imtina edir. Özü tək Şirvan şəhər 1 saylı Notariat Ofisinə müraciət etdi. Oradan ona rəsmi olaraq xx.xx.2022ci il tarixli 1292 saylı məktubla bildirdilər ki, “Mülki məcəllənin 1243.2-ci maddəsinin tələblərinə əsasən mirasın qəbulu və ya faktiki sahibliklə bağlı heç bir sübutlar təqdim edə bilmədiyiniz, digər halda isə Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Buna görə tövsiyyə olunur ki, miras qalmış əmlakın hüquqmüəyyənedici sənədlərin əldə edilməsi, mirasın qəbulu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətin bərpası və vərəsəlik işi ilə bağlı məhkəməyə müraciət edəsiniz.” Bacıları ailə qurduqdan sonra miras əmlakdakı paylardan imtina etmişlər. Uzun müddət xəstə və imkansız olduğundan miras əmlak üçün şəhadətnamə almaqdan ötrü Notariat Ofisinə müraciət edə bilməmişdir. Müraciət edə bilməməyinin əsas səbəblərindən biri də miras qalmış əmlakın sənədləşdirilməməsi olmuşdur. Qardaşı Cavabdeh ilə razılaşıb atalarından miras qalmış əmlak üçün DƏDRX-in Şirvan şəhər Şöbəsindən həmin əmlaka Çıxarış almışlar. Xəstəliyi indi də davam edir. İddiaçı məhkəmə iclasında iştirak edərək mərhum atasının qardaşı Rövşən ilə yola getmədiyini, tez-tez ondan polis orqanına şikayət etməsini, son günlərinə qədər onun evində qalmasını, xəstə olarkən də ona qulluq etdiyini, ölümündən sonra Rusiyadan qayıdıb atasının dəfn xərclərini ödəməsini, qəbrini düzəltdirməsini, atasının pul yığımı kitabçasını ona verməsini, anası ilə birgə pulu çıxarmaq üçün banka getmələrini, lakin sənədləşmə işlərini tam həyata keçirməməsi səbəbindən pulu ala bilmədiyini göstərmiş, iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, atası ilə münasibətləri soyuq olmuş, atası həmişə onunla münaqişə aparmışdır. Hazırda atasının harada dəfn olmasını bilmir. Atasının yasını qohumları vermiş, qardaşı İddiaçı atasının qəbrini düzəltmişdir. Hazırda iddianı qismən qəbul edir, onun da himayəsində öz ailəsi və uşaqları var, bundan əlavə 4 bacısı da ata evindən pay hüququna malikdirlər, onların da maddi vəziyyəti pisdir. Mübahisəli evin bütün vərəsələr, həmçinin onun arvadı və uşaqları nəzərə alınmaqla paylar üzrə bölünməsinə etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxslər Şirvan şəhəri 1 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə, həmçinin məhkəmənin icraatı zamanı müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində cəlb edilmiş X17, X7, X18 və X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər, bunun səbəbi barəsində heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, maraqlı şəxslərin iştirakları olmadan işə baxılması mümkündür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 birgə nikahından xx.xx.1963cü il təvəllüdlü İddiaçı, xx.xx.1969-cu il təvəllüdlü X27, xx.xx.1966-cı il təvəllüdlü X31, xx.xx.1971-ci il təvəllüdlü X16, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh və xx.xx.1972-ci il təvəllüdlü Eyniyeva Hicran Məzahim qızı adlı uşaqları anadan olmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2009-cu il tarixdə, X13 isə xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat Ofisinin 12.10.22-ci il tarixli, 1292 nömrəli məktubunda göstərilmişdir ki, “Mülki məcəllənin 1243.2-ci maddəsinə əsasən (Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır). Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələblərinə əsasən siz mirasın qəbulu və ya faktiki sahibliklə bağlı heç bir sübutlar təqdim edə bilməməsi, digər halda isə Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Buna görə tövsiyyə olunur ki, miras qalmış əmlakın hüquqmüəyyənedici sənədlərin əldə edilməsi, mirasın qəbulu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətin bərpası və vərəsəlik işi ilə bağlı məhkəməyə müraciət edəsiniz.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1534№ məktubunda göstərilmişdir ki, mərhum X4 adına Şirvan şəhəri 1 saylı Notariat Ofisində vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X24 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, 20 yanvar küçəsi ev 36, yeni qaydalarla AZ 1800, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Sabirabad rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 05/34-76 nömrəli məktubunda göstərilmişdir ki, X9 və X5 doğumları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri İnformasiya Sisteminin avtomatlaşdırılmış elektron informasiya sistemi vasitəsi ilə yoxlanılmış və onlara aid doğum haqqında akt qeydləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 51 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh Şirvan şəhəri, 20 Yanvar küçəsi ev 36 ünvanda qeydiyyatdadır və yaşayır. X32, X19, X42, X14, X21, X10, X11, X22, X20, X32 və X2 şəhəri, 20 Yanvar küçəsi ev 36 ünvanda qeydiyyatda olmalarına baxmayaraq bu ünvanda yaşamırlar. Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı və Cavabdeh hal-hazırda Şirvan şəhər Polis Şöbəsində heç bir araşdırma materialı mövcud deyil. X12 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış ərizənin məzmunundan görünür ki, o oğlu Rövşən tərəfindən döyülməsi və ona qarşı pis rəftar olunması barədə şikayət edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təhqiqat idarəsi tərəfindən X6 ünvanlanmış xx.xx.2008-ci il tarixli məktubdan müəyyən olunur ki, onun Cavabdeh və İlham Həsənov tərəfindən döyülməsi və əmlakının oğurlanmasına dair şikayəti araşdırılması üçün aidiyyəti üzrə Şirvan şəhər Prokurorluğuna göndərilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-ci vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə mirasın qəbul edilməsinin 2 üsulu vardır:1) vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verdikdə 2) vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 7 X12 tərəfindən miras qalmış, onun ölümü ilə, yəni xx.xx.2009-cu ildə miras açılmış, hazırda onun birinci dərəcəli vərəsələri kimi övladları: İddiaçı, Cavabdeh, X25, X15, X26 və X16 qalmışdır. Həmin şəxslərdən yalnız Cavabdeh sözügedən evdə yaşayır. iddiaçı uzun müddət Rusiya ərazisində işləmiş, valideynləri rəhmətə gedəndə isə Azərbaycana qayıtmış, onların hər ikisinin yas mərasimlərində iştirak etmiş, atası X4 qəbir daşını və “qırx mərasimini” öz maddi vəsaiti hesabına vermişdir. Həmçinin qardaşı Cavabdeh ilə münasibətləri pis olduğundan atası iddiaçının evində yaşamışdır. Atası pul yığım kitabçasını da sağlığında iddiaçıya vermiş, həmin kitabçadan pulun çıxarılması üçün banka müraciət etsə də anasına və ona müvafiq qaydada notariat orqanına müraciət etmələri tövsiyyə edilmişdir. Dəfələrlə ata evinə qayıtmaq istəsə də cavabdeh onu evə buraxmamış, öldürməklə hədələmişdir. Cavabdeh isə iddiaçının dediklərini təsdiq etmiş, atası ilə münasibətlərinin pis olmasını, onun harada dəfn olunduğunu belə bilmədiyini və yasında iştirak etmədiyini bildirmişdir. Atasından miras qalmış evə digər vərəsələr, bacıları və özünün də arvad-uşağı nəzərə alınmaqla iddiaçının payının tanınmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, hazırki iş üzrə tədqiq edilmiş sübutlara əsasən məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik zamanı iddiaçı miras qalmış əmlakdan birinci növbəli vərəsə kimi pay almaq hüququna malik olduğundan, cavabdehdən tərəfindən iddiaçının da digər vərəsələr nəzərə alınmaqla payının tanınmasına etirazı olmadığından, habelə mirasa açıldıqdan sonra valideynlərdən qalma digər miras əmlaka sahiblik edərək mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən mirası qəbul etməsi faktı müəyyən edilmiş hesab edilməli, onun ünvan 7 ünvanındakı miras əmlaka 1/6 payı müəyyən edilməklə qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin verilməsi təmin edilməlidir. Tələbkarların mirasın qəbul edilməsi ilə əlaqədar buraxılmış müddətin bərpa edilməsinə münasibətdə isə məhkəmə hesab edir ki, tələbin bu hissədə təmini işin faktiki halları, mülki qanunvericiliyin müvafiq göstərişləri baxımından məqsədəmüvafiq deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alıb, hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı X12 tərəfindən miras qalmış Şirvan şəhəri, 20 Yanvar küçəsi 36 saylı fərdi yaşayış evinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin və onun həmin miras əmlaka 1/6 hissədə payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinə həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar