Məhkəmə qərarları › İş №2(032)-63/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-63/2024

13.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-63/2024 13.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Şirvan şəhəri, Şirin Şükürov küçəsi, 11 A saylı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşı oğludur. ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli 5 otaqlı 125.3 km.yaşayış 48.9 kv.m köməkçi sahədən ibarət yaşayış evi onun adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin ünvanda öz ailə üzvləri ilə birlikdə və cavabdeh də öz anası ilə yaşayır. Tikdirdiyi evə köçənədək də öz ailə üzvləri ilə birlikdə və cavabddeh də öz valideynləri ilə birlikdə mərhum atası X2 evində yaşamışlar və qeydiyyatda da orada olmuşlar. Mülkiyyətində olan fərdi yaşayış evi əvvəllər 2 mərtəbəli və 2 otaqdan ibarət olub. Evin tikintisini artıraraq hazırda 2 mərtəbəli 5 otaqlı ev tikdirmişdir. Təxminən 1986-cı il tarixdən cavabdeh və onun anasına evinin açıq balkonundan evə bitişik, yəni açıq balkon kimi istifadə etdiyi qeyri-yaşayış sahəsini çöl hissədən düzəldib yaşayış sahəsi kimi, müvəqqəti olaraq ev alan müddətədək yaşamaları üçün vermişdir. Təxminən 2 il bundan əvvəl bankdan kredit götürmək istəyən zaman ona məlum oldu ki, cavabdeh onun xəbəri və razılığı olmadan hərbi xidmətdən qayıdandan sonra tam mülkiyyət hüququ əsasında ona məxsus olan Şirvan şəhəri, Ş.Şükürov küçəsi, 11 A saylı evin pasport qeydiyyatına düşmüşdür. Bundan sonra dəfələrlə cavabdehə evinin qeydiyyatından çıxmağını bildirmiş olsa da, bugünədək onun evində pasport qeydiyyatında qalmaqdadır. Hazırda isə cavabdehin bildirdiyinə görə vərəsə kimi onun özünün qanuni vərəslərin olduğu halda, ondan vərəsə kimi pay istəyir. Cavabdehin ona məxsus fərdi yaşayış evində heç bir hüququ olmadığı halda, pasport qeydiyyatında qalması onun mülkiyyət hüquqlarını pozur, mülkiyyəti üzərində sərbəst şəkildə sərəncam verə bilmir. İlkin olaraq Cavabdeh qeydiyyatdan çıxarılması üçün ərizə ilə Şirvan şəhər Polis şöbəsinə müraciət etmiş və oradan ona göndərilmiş xx.xx.2023-cü il tarixli, 2-M- 10271/2023 saylı cavab məktubunda göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün, həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Bu səbəbdən də cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evindən istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Daha sonra iddiaçı iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Şirvan şəhəri, Şirin Şükürov küçəsi, 11 A saylı evdən istifadə hüququnun itirilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 22 noyabr 2023-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, Şirvan şəhəri, Ş.Şükürov küçəsi 11 A saylı mənzil babasının mülkiyyətində olmuş, 2010-cu ildə atası rəhmətə getmişdir. Əmisi evi özəlləşdirmiş və iki əmisi həmin evləri aralarında bölmüşlər. O və ailə üzvlərinin bundan xəbəri olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, mərhum Mirzəyev Rafiqlə 1981-ci ildə ailə qurmuş, Şirvan şəhəri, Ş.Şükürov küçəsi, 11 saylı evə gəlin köçmüşdür. Elə həmin vatxdan da o ailəsi ilə brilikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayıblar. Uşaqları da, həmin ünvanda yaşayır. Oğlu Seyidrzanın həmin ünvan 2a düşməsindən nə oğlunun, nə də ki özünün xəbəri yoxdur. O, həmçinin nümayəndəsi olduğu oğlu Seyidrza Şirvan şəhəri, Ş.Şükürov küçəsi, 11 saylı evdə yaşayırlar. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 10 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Əli Bayramlı (indiki Şirvan şəhəri) Dəmir yol küçəsi döngə 1, 11 A nömrəli sahədə tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi ev və 400 kv.m torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. xx.xx.2009-cu il tarixli seriya MH ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri Şirin Şükürov küçəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125.3 m2 yaşayış, 48.9 m2 köməkçi sahədən ibarət 11 A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şirvan şəhər Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2-M- 10271/2023 nömrəli məktubda qeyd edilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən) şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə, yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə, AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşların yaşayış yeri qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuna minmiş qətnaməsi olmadığı üçün, həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması qanuna ziddir. Ərizə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət etməyi tövsiyə olunur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 noyabr 2023-cü il tarixli, 7255 nömrəli arayışından görünür ki, İddiaçı və Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadırlar. Cavabdeh Şirvan şəhəri, Ş.Şükürov küçəsi ev 11 ünvanına qeydiyyata düşməsinə əsas olan sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna əsasən Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-111/2-30611/23 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, şəxsin həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxs ünvan 5 ünvanında 2012-ci il tarixdən qeydiyyatdadır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-668/2023 saylı qətnaməsi ilə miras əmlak olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına verilmiş 30 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 yanvar 2024-cü il tarixli, 5-8-1/2-11/2024 nömrəli məktubundan görünür ki, ünvan 8 ünvanında İddiaçı və Cavabdeh qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 10 nömrəli iclas protokoluna əsasən Əli Bayramlı (indiki Şirvan şəhəri) Dəmir yol küçəsi döngə 1, 11 A nömrəli sahədə tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi ev və 400 kv.m torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhəri Şirin Şükürov küçəsində iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125.3 m2 yaşayış, 48.9 m2 köməkçi sahədən ibarət 11 A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda iş üzrə keçirilmiş yerli baxışın nəticəsi olaraq müəyyən edilmişdir ki, mübahisəli ünvanda iki fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evlərindən biri, yəni Şirvan şəhəri Şirin Şükürov küçəsi ev 11 hazırkı mülki iş üzrə iddiaçının mərhum atası və hazırkı mülki iş üzrə cavabadehin babası X1 miras qalmış əmlakdır. Hazırkı mülki iş üzrə cavabdeh valideynləri ilə birlikdə 1981-ci ildən Şirvan şəhəri Şirin Şükürov küçəsi ev 11 ünvanda yaşayır. Digər fərdi yaşayış evi ünvan 9ramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 10 nömrəli iclas protokoluna əsasən İddiaçı ayrılmışdır. Hazırda iddiaçının tələbi Cavabdeh mülkiyyətində olan Şirvan şəhəri, Şirin Şükürov küçəsi, 11 A saylı evdən istifadə hüququnun itirilməsi və evdən çıxarılmasıdır. Məhkəmə, iddiaçının iddia tələbinin mənzilə istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə nəzərə alır ki, mülki prossesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü tərəflərin üzərinə düşür. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüququna dair mülkiyyətçi (İddiaçı) ilə cavabdeh arasında bağlanan və notarial qaydada təsdiqlənən hər hansı yazılı razılaşma olmamışdır. Bu isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən qeyd edilən daşınmaz əmlaka münasibətdə cavabdehlərin istifadə hüquqlarının yaranmadığını təsdiq edir və bu səbəbdən yaranmayan hüquq itirilə də bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Qeyd olunan qanunun mənasına görə şəxsin yaşayış yeri sayılmayan yaşayış binasına (tanışının və s.) qeydiyyata alınması onun həmin yaşayış sahəsində yaşadığının və ya həmin yaşayış sahəsinə istifadə hüququnun olmasının göstəricisi deyil. Bu əsasdan çıxış edərək, məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsində qeydiyyatda olması onların həmin yaşayış sahəsinə dair hər hansı hüquqlarının yaranması demək deyildir. Həmçinin iddiaçının iddia tələbinin Cavabdeh ünvan 1 saylı evdən çıxarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, keçirilmiş yerli baxışın və tərəflərin vermiş olduğu izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh faktiki olaraq mübahisəli ünvanda yaşamır. Cavabdeh ailəsi ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən tikilidə (1981-ci ildən) yaşayırlar. Məhkəmə bir daha xatırladır ki, cavabdehlərin mübahisəli yaşayış sahəsində qeydiyyatda olması onun həmin yaşayış sahəsinə dair hər hansı hüquqlarının yaranması və yaşaması qənaətinə gəlməyə əsas vermir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan ünvan 1 saylı evdən istifadə hüququnun itirilməsi və evdən çıxarılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar