Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-641/2023 04.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X11 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı “valideynin razılığı olmadan yetkinlik yaşına çatmayan uşağın Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmasına icazənin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh X4 razılığı olmadan 07 oktyabr 2010-cu ildə Sabirabad rayonu Axtaçı kəndində anadan olmuş X2 Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə və gəlməsinə icazə verilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X8 ilə 2009-cu ildə faktiki nikaha daxil olmuşlar. Lakin nikah rəsmiləşdirilməmişdir. Birgə nikahdan 07 oktyabr 2010-cu ildə ildə X6 adlı uşaq anadan olmuşdur. Övladı onun himayəsində qalmışdır. Övladının maddi təminatı və tərbiyəsi ilə özü məşğul olur. Cavabdeh onlar ayrıldıqdan sonra yeni ailə qurmuşdur. X8 uşaq tələbi ilə Sabirabad rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin hakimi Malik Qarayev iddianı qismən təmin etmişdir. Qətnamədən narazı qaldığı üçün Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsinin 1(120)-833/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olaraq övladı X2 onunla qalması qət edilmişdir. O övladını tətillərdə özü ilə Rusiya Federasiyasına aparmaq istəyir. Lakin qanunvericiliyə əsasən uşaq yetkinlik yaşına çatmadığı üçün onun ananın razılığı olmadan xarici dövlətə aparmaq mümkün deyildir. Cavabdehdən belə bir razılığı almaq onun üçün mümkün deyil. Sonradan İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinini dəqiqləşdirərək cavabdeh X4 razılığı olmadan 07 oktyabr 2010-cu ildə Sabirabad rayonu Axtaçı kəndində anadan olmuş X2 Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 iddiaya qarşı etiraz ərizəsini məhkəməyə təqdim edib izahat verərək bildirdi ki, o iddiaçı ilə 2009-cu ilin dekabr ayının 7-də ailə həyatı qurmuş, 2010-cu ilin oktyabr ayının 7-də isə oğlu dünyaya gəlmişdir. Oğlunun 1 yaşına 10 gün qalmış onu evdən döyərək qovmuşlar. Daha sonra o uşaq tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi rədd edilmişdir. O artıq 10 ildir ki oğlunu görmür, oğlu onu ölmüş kimi bilir. İddiaçı onu uşaq ilə ünsiyyətdə olmasına maneə olmasaydı o da uşağın ölkədən çıxarılmasına razılıq ərizəsi verərdi. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli 2(106)-833/2014 saylı qətnamənin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Sabirabad rayon Məhkəməsinin 04 aprel 2014-cü il tarixli 2(056)89/2014 saylı qətnamənin ləğv edilməsi, iddiaçı X4 cavabdehlər İddiaçı, Nümayəndə və X9 qarşı uşaq tələbinə dair iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş 10 oktyabr 2014-cü il tarixli 15521 saylı məhkəməpsixoloji ekspertizası tədqiqatının dəyəri olan 90 (doxsan) manat pul iddiaçı X3 tutularaq SAP (XİİS) hesabı, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ/411NABZ********************,S VV İ FT BİİK CTREAZ 2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin. VÖEN **********, Hesab No AZ34 CTRE ******************** hesabına dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ və İV-cü hissələrinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Göründüyü kimi, qanunverici Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsində yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə və ya tək getməsi qaydasının nizamlayarkən onların valideynləri ilə birlikdə və ya ayrı yaşaması faktını nəzərə almadan, universal şərt kimi notariat qaydasında təsdiq edilmiş razılığın olmasını müəyyənləşdirmişdir. Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edilir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideyn arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 7.2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə iclasında iştirakı ilə 07 oktyabr 2010-cu il tarixdə anadan olmuş X6 izahat verərək anası X4 razılığı olmadan atası ilə birgə ölkədən getmək istədiyini bildirdi. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, 07 oktyabr 2010-cu il tarixdə anadan olmuş X1 surətdə ölkə daxili və ölkədən kənara hərəkət hüquqları olduğundan, bu hüququn məhdudlaşdırılmasına haqq qazandıran qanuni əsaslar mövcud olmamışdır. Məhkəmə eyni zamanda nəzərə alır ki, İddiaçı Sabirabad rayonunda daimi yaşayış yeri olduğundan onun Azərbaycan Respublikasının hüdudlarından uzun müddətə kənara çıxması və ya daimi olaraq ölkəni tərk etməsi halı müəyyən olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı uşağı ilə birlikdə ölkədən kənara hərəkət hüquqlarını təmin etmək üçün iddiası təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh X4 razılığı olmadan 07 oktyabr 2010-cu ildə Sabirabad rayonu Axtaçı kəndində anadan olmuş X2 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına icazə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-641/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-641/2023
04.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver