Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-645/2023 21.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Musrtafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X4, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X12, cavabdehlərin nümayəndəsi və vəkili X13 iştirakları ilə, İddiaçı cavabdehlər X7 və X14 qarşı cehiz əmlak və qızıl-zinət əşyalarının qaytarılması və ya məbləğlərinin ödənilməsi tələbinə dair mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X12 və X8 4285 (dörd min iki yüz səksən beş) manat dəyərində cehiz, 1005 (bir min beş) manat geyim əşyaları və 3500 (üç min beş yüz) manat qızıl-zinət əşyalarının və ya onların eynisinin və ya dəyərinin, mediasiya xərci olaraq 50 (əlli) manat və 58,40 (əlli səkkiz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X12 ilə el adəti ilə toy edib evlənmişlər, nikahları isə 09 avqust 2021-ci il tarixdə Sabirabad regional “Asan” Xidmət mərkəzinin Qeydiyyat Şöbəsində 658 nömrəli akt qeydi əsasında rəsmiləşdirmişlər. Gəlin kimi iş üzrə cavabdehlər X12 və X11 qeydiyyatda olduqları və yaşadıqları Şirvan şəhəri, Xəqani küçəsi, ev 36 ünvanında yerləşən evinə gəlin köçmüş, gəlin köçərkən ona nişan və toy vaxtı iş üzrə cavabdehlər X12, onun valideyinləri X17 tərəfindən hədiyyə edilən qızıl-zinət və valideyinləri tərəfindən hədiyyə edilən cehiz əşyalarını həmin mənzilə aparmışdır. Rəsmi nikahlarından 28 may 2022-ci il təvəllüdlü X9 adlı 1 uşaqları olmuşdur. Bir müddət birlikdə mehriban yaşasalar da birgə təsərrüfatı idarə etmişlər. 27 noyabr 2022-ci il tarixdə iş üzrə cavabdeh X3 icazə alaraq atası Teymurun Şirvan şəhərində yerləşən evinə uşağı ilə birlikdə qonaq getmək və həmin gündə geri qayıtmağa icazə almışdı. Elə həmin gün atası Teymur Babayev onu və azyaşlı uşağını öz avtomobili ilə öz evinə qonaq apardı. Həmin vaxt X1 onları avtomobilə minənə kimi onları yola saldı. Həmin gün təxminən saat 17 radələrində ona əri X12 zəng edərək bildirdi ki, “sən anamdan icazə almadan atanın evinə getmisən” deyərək onunla telefonda mübahisə etməyə başladı. Ona cavabında bildirmişdir ki, “axşam evə gələndə bunu müzakirə edərik”. O, isə cavabında ona bildirdi ki, “gəlmə və səni istəmirəm” deyərək telefonu söndürdü. Daha sonra həmin axşamı atası evdə qalmış, səhəri gün, yəni 28 noyabr 2022-ci il tarixdə atası onu uşağı ilə birlikdə ərinin evinə aparmışdır. Həmin vaxt onları X1 qarşılayaraq uşağı qucağına alıb evə apardı və atası isə geri qayıtdı. Həmin gün təxminən 1 saat sonra X1 onunla mübahisəyə etməyə başladı ki, “səni anan doldurub, mənim üstümə göndərib, sən bilirsən ki, səni boşatdırmaq mənim əlimin içindədir”. X1 atasına zəng edərək bildirdi ki, “gəl qızını apar”. Atası evə gələrkən qapıda əri X12 ilə birlikdə evə gəldilər. Evdə bu mübahisə getdikcə şiddətləndiyi üçün X1 atası X10 hücum edərək, onun boyun və əl nahiyələrinə xəsarətlər yetirdi. Həmin vaxt X1 atasının əyinində olan köynəyinin qolunu tutaraq cırdı, onu söyərək təhqir etdi. Daha sonra o, israrla onu və azyaşlı uşağını atası ilə birlikdə evdən çıxararaq qovdular. Həmin vaxt ev paltarında olmuşdu. Bütün bu olanların üstündən keçmək istəyirdi ona görə ki, azyaşlı uşağı və ailəsi dağılmasın. Amma çox təəssüf olsun ki, onlar ailəsinin qədirini bilmədilər. Rəsmi nikahlarından olan 28 may 2022-ci il təvəllüdlü X9 onun himayəsində olmaqla, valideynlərinə məxsus mənzildə yaşayır. İş üzrə üzrə cavabdeh X12 həmin gündən bu günə kimi nə onunla, nə himayəsində olan azyaşlı uşağı ilə maraqlanmır və ona heç bir maddi yardım etməmişdir. Aralarında olan nikahı məhkəmə qaydasında pozulması, rəsmi nikahlarından olan 28 may 2022-ci il təvəllüdlü X9 onun himayəsində saxlanılması və onun saxlanılması üçün iş üzrə cavabdeh 06 aprel 1997-ci il təvəllüdlü X3 hər ay, hər bir uşağ üçün 220 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Şirvan şəhər məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(032)-187/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, onunla X12 arasında xx.xx.2021-ci ildə X25 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış akt qeydləri kitabında 658 nömrəsi ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X9 İddiaçı himayəsində saxlanılması, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 23 yanvar 2023-cü il tarixdən (məhkəməyə müraciət etdiyi) hesablanmaqla xx.xx.1997-ci ildə ünvan 1 ünvanında yaşayan cavabdeh X3 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda ona nişan və toy mərasimində hədiyyə edilən cehiz və qızıl – zinət əşyaları iş üzrə cavabdehlər X12 və X11 yaşadıqları Şirvan şəhəri, Xəqani küçəsi, ev 36-da qalmışdır. Həmin əşyaları iş üzrə cavabdehlər X12 və X8 geri istəsə də, onlar həmin əşyalarını geri qaytarmaqdan imtina etmişlər. Buna qədər həmin əşyalarını iş üzrə cavabdehlərdən könüllü olaraq mediatorun köməkliyi ilə ona geri qaytarılması barədə onlara təklif göndərsə də, bu təklifi cavabsız qalmış və müdiatordan onlara müvafiq arayış verilmişdir ki, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiz. Cehiz əşyaları: Divan – 1 ədəd (Künc) - 100 manat, qorka – 1 ədəd – 100 manat, kamot - 1 ədəd – 100 manat, taxt – 1 ədəd – 100 manat, termo – 1 ədəd – 50 manat, paltar dolabı – 1 ədəd – 100 manat, tunba – 2 ədəd – (hər biri 25 manat olmaqla), cəmi 50 manat, tək döşək – 3 ədəd (hər biri 10 manat olmaqla), cəmi 30 manat, tək yorğan – 3 ədəd (hər biri – 10 manat olmaqla), cəmi 30 manat, yastıq – 8 ədəd (6 ədədi böyük (hər biri 10 manat), 2 ədədi uzun (hər biri 15 manat) – 90 manat, taxt yorğanı – 1 ədəd – 10 manat, nalça – 6 ədəd (hər biri 3 manat olmaqla) – 18 manat, ədyal – 3 ədəd ( 2-ədədi nazik (hər biri – 15 manat), 1-ədədi isə qalın (15 manat) – 45 manat, sintifon yorğan – 2 ədəd (hər biri 10 manat) – 20 manat, nahar servisi (12 nəfərlik) – 100 manat, çay servisi (12 nəfərlik) – 50 manat, rəngli rumka – 6 ədəd (hər biri 5 manat) – 30 manat, bagema dolça – 2 dəst (hər biri – 20 manat olmaqla) – 40 manat, xurustal rumka – 12 ədəd (6 ədədi böyük (30 manat), 6 ədədi kiçik (20 manat) – 50 manat, güldan – 1 ədəd (Kamotun üstündə) – 20 manat, meyvə qabı – 2 ədəd (Kamotun üstündə) – 40 manat, qəndqabı – 2 ədəd (Kamotun üstündə) – 30 manat, meyvəqabı – 2 ədəd (yaşıl rəngdə) – 40 manat, güldan (Xurustal) – 1 ədəd – 50 manat, xurustal qabı – 6 dəst – (hər biri 15 manat olmaqla), cəmi 90 manat, 2 meyvə qabı, 3 şirniyyat qabı (qara qab dəsti) – 15 manat, çəhrayı çaşqa dəsti -1 ədəd – 7 manat, mürəbbə qabı (balaca) – 2 ədəd – (biri 2 manat) – 4 manat, dondurma qabı 3 ədəd – (biri 1 manat) – 3 manat, razetka – 6 ədəd – 2 manat, xrustal maskura – 6 ədəd – 5 manat, şüşə ləpəqabı – 1 ədəd – 4 manat, çaşqa dəsti – 2 paçqa – 12 ədəd – 8 manat, armudu çaşqa – 2 paçqa – 12 ədəd – 6 manat, tort qabı – 1 ədəd – 2 manat, sok stəkanı (uzun) – 12 ədəd – 7 manat, ayaqlı rumka – 18 ədəd – 9 manat, rəngli sok stəkanı – 5 ədəd – 2 manat, çərəz qabı (kauçuk) - 1 ədəd – 2 manat, kampot qabı (rumkalı) – 1 ədəd – 5 manat, şüşə şirniyyat boşqabı – 6 ədəd – 3 manat, şüşə su qabı – 1 ədəd – 2 manat, xörək qaşığı – 6 ədəd – 2 manat, çay qaşığı – 6 ədəd – 2 manat, bıçaq dəsti – 6 ədəd – 2 manat, çəngəl dəsti – 6 ədəd – 2 manat, bənövşəyi keramik qazan dəsti – 1 dəst – 35 manat, ağ qazan dəsti – 12 manat, yaşıl qazan dəsti – 12 manat, qırmızı keramik qazan dəsti – 25 manat, saxlama qabı (dördkünc) – 1 dəst – 2 manat, saxlama qabı (yumru) – 1 dəst – 2 manat, kauçuk aşsüzən dəsti – 3 manat, ətçəkən – 1 ədəd – 20 manat, sokçəkən – 1 ədəd – 15 manat, mikser dəsti – 1 ədəd – 30 manat, tefal dəsti – 1 ədəd – 10 manat, mətbəx üçün xırdavat dəsti – 5 manat, bıçaq dəsti – 1 ədəd – 7 manat, tefal çömçə dəsti – 1 ədəd – 8 manat, çaynikli qəfədan (dəst) – 1 ədəd – 18 manat, qəfədan – 1 ədəd – 10 manat, çay dəsmalı – 6 ədəd – (biri 3 manat) - 18 manat, əl dəsmalı – 6 ədəd ( biri 3 manat) – 18 manat, hamam dəsmalı – 6 ədəd – (biri 3 manat) – 18 manat, şüşə soba qabı – 2 ədəd – (biri 1.50 qəpik) – 3 manat, güllü kauçuk qab – 2 ədəd – (biri 1 manat) – 2 manat, ədava qabı – 3 ədəd – (biri 1 manat) – 3 manat, çörək qabı üstundə ədava qabı – 1 dəst – 9 manat, şüşə ədava qabı – 8 ədəd (4 balaca, 4 böyük) – 8 manat, xrustal stəkan – 12 ədəd – 6 manat, soba – 1 ədəd – 30 manat, vedrə - 1 ədəd – 1 manat, quruşqa – 1 ədəd – 1 manat, vanna – 1 ədəd – 1 manat, tozsoran – 1 ədəd – 50 manat, paltaryuyan – 1 ədəd – 150 manat, gecə lampası – 2 ədəd – (biri 10 manat) – 20 manat, çılçıraq – 3 ədəd – (biri 50 manat) – 150 manat, yataq örtüyü – 2 dəst – (biri 20 manat) – 40 manat, uşaq beşiyi – 1 ədəd – 100 manat, uşaq şkafı – 1 ədəd – 20 manat, jurnalni (stul) – 1 ədəd – 50 manat, pastel dəsti – 5 ədəd – (biri 20 manat) – 100 manat, uşaq səbətləri – 7 ədəd – (biri 10 manat) – 70 manat, pərdə - 2 ədəd – (biri 150 manat) – 300 manat, ayaqqabı – 6 ədəd – (biri 15 manat) – 90 manat, toy paltarı – 11 ədəd – (biri 20 manat) – 220 manat, mətbəx jaluzu – 1 ədəd – 30 manat, mətbəx mebeli – 500 manat, ətək – 3 ədəd – (biri 15 manat) – 45 manat, köynək – 3 ədəd – (biri 10 manat) – 30 manat, Sport dəst – 1 ədəd – 15 manat, ütü – 1 ədəd – 20 manat, qara güldan (böyük) – 1 ədəd – 15 manat, süni gül – 5 manat, çərəz qabı (3 mərtəbə) – 1 ədəd – 8 manat, meyvə qabı (lustur) – 1 ədəd – 15 manat, meyvə qabı (bəzəkli) – 1 ədəd – 10 manat, yumuşaq oyuncaq (böyük) – 2 ədəd – ( biri 10 manat) – 20 manat, podnis – 3 ədəd – 20 manat, süfrə - 3 ədəd – (biri 20 manat) – 60 manat, külqabı – 2 ədəd – (biri 2.50 qəpik) – 5 manat, gəlin lampası – 1 ədəd – 10 manat, gəlin güzgüsü – 1 ədəd – 10 manat, şamdan – 2 ədəd – ( biri 5 manat) – 10 manat, hamam dəsti – (hamam dəsmalı, əl-üz dəsmalı, xalat – 25 manat, jilet – 1 ədəd – 12 manat, qış xalatı – 1 ədəd – 10 manat, şəkil qabı – 3 ədəd – (biri 2 manat) – 6 manat, sərinkeş – 1 ədəd – 15 manat, suvenir gecə lampası – 1 ədəd – 10 manat, xalça – 7 ədəd – ( biri 30 manat) – 210 manat, cəmi 4285 manat, Geyim əşyaları: Don – 6 ədəd (yaz geyimi) hər biri - 20 manat olmaqla, cəmi – 120 manat, don – 5 ədəd (Toy geyimi) hər biri - 30 manat olmaqla, cəmi – 150 manat, ayaqqabı – 6 ədəd – hər biri 20 manat olmaqla, cəmi - 120 manat, çanta – 5 ədəd – hər biri 15 manat olmaqla, cəmi – 75 manat, geyim – 2 dəst – hər biri – 20 manat olmaqla, cəmi - 40 manat, don – 3 ədəd – hər biri – 10 manat olmaqla, cəmi – 30 manat, köynək – 3 ədəd – hər biri – 10 manat olmaqla, cəmi - 30 manat, don yun– 3 ədəd – hər biri – 15 manat olmaqla, cəmi – 45 manat, şalvar (ev geyimi) – 7 ədəd – hər biri – 10 manat olmaqla, cəmi – 70 manat, köynək (ev geyimi) – 5 ədəd – hər biri – 10 manat olmaqla, cəmi – 50 manat, uşaq geyimi – 5 dəst – hər biri – 10 manat olmaqla, cəmi – 150 manat, səbət (uşaq üçün) – 1 ədəd – 25 manat, uşaq geyimləri – 10 dəst – hər biri – 10 manat olmaqla, cəmi – 100 manat, cəmi 1.005 manat, Qızıl-zinət əşyaları: 585 əyyarlı, təxmini çəkisi 20 qram olan Qarnitur dəsti qiyməti – 1800 manat, 585 əyyarlı, Brilliyant qaşlı nişan üzüyü, təxmini çəkisi – 4 qram olmaqla – 1100 manat, özünə hədiyyə olunan 585 əyyarlı, təxmini çəkisi - 4 qramlı sırğa – 380 manat, qızına hədiyyə olunan 585 əyyarlı, təxmini çəkisi – 2,5 qram olan sırğa – 220 manat, cəmi 3500 manat dəyərindədir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə İintiqam oğlu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 4285 (dörd min iki yüz səksən beş) manat dəyərində cehiz, 1005 (bir min beş) manat geyim əşyaları və 3500 (üç min beş yüz) manat qızıl-zinət əşyalarının, onlar olmadığı təqdirdə onların eynisinin və ya dəyərinin, mediasiya xərci olaraq 50 (əlli) manat və 58,40 (əlli səkkiz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X15, nümayəndəsi və vəkili Nümayəndə İintiqam oğlu iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X12 məhkəmə iclasında iddianı qismən qəbul edərək siyahıda qeyd olunan əmlaklardan dəyəri 2 manat olan 1 dəst saxlama qabı (dördkünc), dəyəri 1 manat olan 1 ədəd quruşka, dəyəri 100 manat olan 10 dəst, hər biri 10 manat olmaqla uşaq geyimləri ümumiyyətlə olmamışdır. Digər cehiz əşyalarının qaytarılmasına etiraz etmir. Qızıl-zinət əşyalarından isə 585 əyyarlı, Brilliyant qaşlı nişan üzüyü, iddiaçıya hədiyyə olunan 585 əyyarlı, təxmini çəkisi - 4 qramlı sırğa, qızına hədiyyə olunan 585 əyyarlı, təxmini çəkisi – 2,5 qram olan sırğa hal-hazırda evdədir, 585 əyyarlı, təxmini çəkisi 20 qram olan Qarnitur dəsti anasına məxsus olmuşdur, anası tərəfindən İddiaçı hədiyyə verilmişdir, 27 noyabr 2022-ci il tarixdən əvvəl evdəkilərin, həmçinin arvadı Nurcanın razılığı ilə işsizliyi və maddi imkansızlıq səbəbindən 850 manata satmışlar. İddia ərizəsini etiraf etdiyi hissədə təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdehlər X12 və X11 nümayəndəsi və vəkili X19 iddianın etiraf edilən hissədə təmin edilməsinə etiraz etmədiyini, qalan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin, tərəflərin nümayəndəsi və vəkillərinin izahatını dinləyərək, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02 dekabr 2022-ci il tarixli, 7213 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda ünvan 3 ünvanında yaşayır. Şirvan şəhər ticarət mərkəzinin qızıl satışı sektorunda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan, fərdi sahibkar və qızıl-zinət əşyalarının qiymətləndiricisi X20 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirilmə aktından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı təqdim etdiyi toy foto şəkillərində üzərində olan qızıl-zinət əşyalarının qiyməti 585 əyyarlı, təxmini çəkisi 20 qram olan Qarnitur dəsti qiyməti – 1800 manat, 585 əyyarlı, Brilliyant qaşlı nişan üzüyü, təxmini çəkisi – 4 qram olmaqla – 1100 manat, özünə hədiyyə olunan 585 əyyarlı, təxmini çəkisi - 4 qramlı sırğa – 380 manat, qızına hədiyyə olunan 585 əyyarlı, təxmini çəkisi – 2,5 qram olan sırğa – 220 manat, cəmi 3500 manat dəyərindədir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-187/2023 saylı qətnaməsi ilə İddiaçı ilə X12 arasında xx.xx.2021-ci ildə X25 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış akt qeydləri kitabında 658 nömrəsi ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X9 İddiaçı himayəsində saxlanılması, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X3 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə mülki işlə balı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi cehiz əşyalarının qaytarılması və qızılzinət əşyalarının qaytarılmasından ibarətdir. Məhkəmə hesab edir ki, qeyd edilən hər iki tələbə ayrılqda hüquqi qiymət verilməldir. İddiaçının iddia tələbinin cehiz əşyaların qaytarılması hisəssəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Şirvan şəhər Məhkəməsinin 16(032)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisə həll edilənədək (qətnamə qanuni qüvvəyə minənə qədər) cehiz əmlakları və qızıl-zinət əşyalarının üzərinə həbs qoyulması qərara alınmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, siyahıda sadalanan 113 adda cehiz əşyalarına və 13 adda geyim əşyalarına baxış keçirilərək, bütün əşyaların yerində olması müəyyən edildi, siyahıya alınaraq üzəribə həbs qoyulmuşdur. Məhkəmə iclasında cavabdeh X12 iddia tələbinin qeyd edilən əşyaların saxlama qabı (dördkünc), quruşqa, uşaq geyimləri 10 dəsti isitisina olmaqla digər əşyaların onların birgə yaşadığı evdə olduğunu etiraf etmişdir. Adı çəkilən əşyaların isə ümumiyyətlə mövcud olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən etiraf edilməyən cehiz əşyalar hissəsinə münasibətdə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi miqdarda və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların özünün sahibliyində olmadığını sübut etməlidir. Lakin iddiaçı tərəfindən qeyd edilən əşyaların mövcudluğu və cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən isə həmin əşyaların mövcud olmadığı bildirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cehiz əmlak hesab edilən saxlama qabı (dördkünc), quruşqa, uşaq geyimləri 10 dəstin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində təmin edilə bilməz. İddiaçının iddia tələbinin 585 əyyarlı, təxmini çəkisi 20 qram olan Qarnitur dəsti qiyməti – 1800 manat, 585 əyyarlı, Brilliyant qaşlı nişan üzüyü, təxmini çəkisi – 4 qram olmaqla – 1100 manat, özünə hədiyyə olunan 585 əyyarlı, təxmini çəkisi - 4 qramlı sırğa – 380 manat, qızına hədiyyə olunan 585 əyyarlı, təxmini çəkisi – 2,5 qram olan sırğa – 220 manat, cəmi 3500 manat dəyərində qızıl-zinət əşyalarının, onlar olmadığı təqdirdə onların eynisinin və ya dəyərinin qaytarılması hissəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmin iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə iclasında cavabdeh X5 vermiş olduğu izahatında qızıl zinət əşyalarından brilliyant qaşlı nişan üzüyü, 585 əyyarlı, təxmini çəkisi - 4 qramlı olan sırğa, 585 əyyarlı, təxmini çəkisi – 2,5 qram olan sırğanın hazırda onda olduğunu bildirmişdir. Cavabdeh X5 iddianın qeyd edilən hissədə etiraf etməsi tərəfləri sübut etmə yüklülüyündən azad edir. Azərbaycan Respulikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddia tələbinin 585 əyyarlı, təxmini çəkisi 20 qram olan Qarnitur dəsti hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatlarından müəyyən edilir ki, qeyd edilən qızıl zinət əşyası tərəflər arasında mübahisə olmamışdan bir neçə gün öncə satılmışdır. Həmin qızıl-zinət əşyasının satılması zamanı cavabdeh iştirak etməmiş və həmin əşyanın satılması zamanı onun razılığı alınmamışdır. Qeyd edilən əşyanın satılmasından sonra isə tərəflər arasında mübahisə yaranmışdır. Bu da bir daha onu deməyə əsas verir ki, qeyd edilən zinət əşyasının satışından iddiaçı tərəfin hər hansı mənfəəti olmamış və həmin qızıl-zinət əşyasının satılması onun iradəsinə zidd olmuşdur. Belə ki, mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, ifadəsi alınmış olan Zərbaliyev Əbülfəz vermiş olduğu izahatından məlum olur ki, hazırda iddiaçının iddia etdiyi qızıl zinət əşyalarından 585 əyyarlı, təxmini çəkisi 20 qram olan Qarnitur dəsti anası Kamalə və qaynanası Nisbətin iştirakı ilə “Elit” ticarət mərkəzində 850 manata satılmışdır. Həmçinin cavabdeh tərəfin nümayəndəsi Teymur Babayev izahatında bildirmişdir ki, həmin qızıl satılmışdır, lakin arvadı Nisbətin bu qızıl satılandan sonra məlumatı olmuşdur, qızının bu barədə heç bir məlumatı olmamışdır. Bununla bağlı heç bir yerə şikayət edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə bir daha xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qeyd edilən 3 hala münasibətdə məhkəmə qeyd edir ki, 585 əyyarlı, təxmini çəkisi 20 qram olan Qarnitur dəstinin mövcud olması və iddiaçı X6 məxsus olması hər iki tərəfin vermiş olduğu izahatlarla sübuta yetirilmişdir. Bu hal maddi hüquq normasının dispazisiyasında qeyd edilən 1-ci hal üzrə, yəni iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməsi kimi qiymətləndirməyə əsas verir. Mübahisləndirilən əşyanının cavabdehdə olması və onun tərəfindən iddiaçının iradəsi olmadan satılmış olması tərəflərin vermiş olduğu izahatı ilə sübuta yetirilmişdir. Bu hal maddi hüquq normasının dispazisiyasında qeyd edilən 2-ci və 3-cü hal üzrə, yəni iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu və onun iradəsi ziddinə cavabdeh tərəfindən sahiblik edildiyi və sərancam verilmiş olduğunu sübuta yetirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarına qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 58.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 58.40 manat dövlət rüsumu və 50 manat məbləğində mediasiya xərci cavabdehlər X3 və X8 tutularaq İddiaçı ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər X12 və X8 ünvan 2 ünvanında yerləşən: cehiz əmlak olaraq: divan – 1 ədəd (Künc) - 100 manat, qorka – 1 ədəd – 100 manat, kamot - 1 ədəd – 100 manat, taxt – 1 ədəd – 100 manat, termo – 1 ədəd – 50 manat, paltar dolabı – 1 ədəd – 100 manat, tunba – 2 ədəd – (hər biri 25 manat olmaqla), cəmi 50 manat, tək döşək – 3 ədəd (hər biri 10 manat olmaqla), cəmi 30 manat, tək yorğan – 3 ədəd (hər biri – 10 manat olmaqla), cəmi 30 manat, yastıq – 8 ədəd (6 - ədədi böyük (hər biri 10 manat), 2 ədədi uzun (hər biri 15 manat) – 90 manat, taxt yorğanı – 1 ədəd – 10 manat, nalça – 6 ədəd (hər biri 3 manat olmaqla) – 18 manat, ədyal – 3 ədəd ( 2-ədədi nazik (hər biri – 15 manat), 1-ədədi isə qalın (15 manat) – 45 manat, sintifon yorğan – 2 ədəd (hər biri 10 manat) – 20 manat, nahar servisi (12 nəfərlik) – 100 manat, çay servisi (12 nəfərlik) – 50 manat, rəngli rumka – 6 ədəd (hər biri 5 manat) – 30 manat, bagema dolça – 2 dəst (hər biri – 20 manat olmaqla) – 40 manat, xurustal rumka – 12 ədəd (6 ədədi böyük (30 manat), 6 ədədi kiçik (20 manat) – 50 manat, güldan – 1 ədəd (Kamotun üstündə) – 20 manat, meyvə qabı – 2 ədəd (Kamotun üstündə) – 40 manat, qəndqabı – 2 ədəd (Kamotun üstündə) – 30 manat, meyvəqabı – 2 ədəd (yaşıl rəngdə) – 40 manat, güldan (Xurustal) – 1 ədəd – 50 manat, xurustal qabı – 6 dəst – (hər biri 15 manat olmaqla), cəmi 90 manat, 2 meyvə qabı, 3 ədəd şirniyyat qabı (qara qab dəsti) – 15 manat, çəhrayı çaşqa dəsti -1 ədəd – 7 manat, mürəbbə qabı (balaca) – 2 ədəd – (biri 2 manat) – 4 manat, dondurma qabı 3 ədəd – (biri 1 manat) – 3 manat, razetka – 6 ədəd – 2 manat, xrustal maskura – 6 ədəd – 5 manat, şüşə ləpəqabı – 1 ədəd – 4 manat, çaşqa dəsti – 2 paçqa – 12 ədəd – 8 manat, armudu çaşqa – 2 paçqa – 12 ədəd – 6 manat, tort qabı – 1 ədəd – 2 manat, sok stəkanı (uzun) – 12 ədəd – 7 manat, ayaqlı rumka – 18 ədəd – 9 manat, rəngli sok stəkanı – 5 ədəd – 2 manat, çərəz qabı (kauçuk) - 1 ədəd – 2 manat, kampot qabı (rumkalı) – 1 ədəd – 5 manat, şüşə şirniyyat boşqabı – 6 ədəd – 3 manat, şüşə su qabı – 1 ədəd – 2 manat, xörək qaşığı – 6 ədəd – 2 manat, çay qaşığı – 6 ədəd – 2 manat, bıçaq dəsti – 6 ədəd – 2 manat, çəngəl dəsti – 6 ədəd – 2 manat, bənövşəyi keramik qazan dəsti – 1 dəst – 35 manat, ağ qazan dəsti – 12 manat, yaşıl qazan dəsti – 12 manat, qırmızı keramik qazan dəsti – 25 manat, saxlama qabı (yumru) – 1 dəst – 2 manat, kauçuk aşsüzən dəsti – 3 manat, ətçəkən – 1 ədəd – 20 manat, sokçəkən – 1 ədəd – 15 manat, mikser dəsti – 1 ədəd – 30 manat, tefal dəsti – 1 ədəd – 10 manat, mətbəx üçün xırdavat dəsti – 5 manat, bıçaq dəsti – 1 ədəd – 7 manat, tefal çömçə dəsti – 1 ədəd – 8 manat, çaynikli qəfədan (dəst) – 1 ədəd – 18 manat, qəfədan – 1 ədəd – 10 manat, çay dəsmalı – 6 ədəd – (biri 3 manat) - 18 manat, əl dəsmalı – 6 ədəd ( biri 3 manat) – 18 manat, hamam dəsmalı – 6 ədəd – (biri 3 manat) – 18 manat, şüşə soba qabı – 2 ədəd – (biri 1.50 qəpik) – 3 manat, güllü kauçuk qab – 2 ədəd – (biri 1 manat) – 2 manat, ədava qabı – 3 ədəd – (biri 1 manat) – 3 manat, çörək qabı üstundə ədava qabı – 1 dəst – 9 manat, şüşə ədava qabı – 8 ədəd (4 balaca, 4 böyük) – 8 manat, xrustal stəkan – 12 ədəd – 6 manat, soba – 1 ədəd – 30 manat, vedrə - 1 ədəd – 1 manat, vanna – 1 ədəd – 1 manat, tozsoran – 1 ədəd – 50 manat, paltaryuyan – 1 ədəd – 150 manat, gecə lampası – 2 ədəd – (biri 10 manat) – 20 manat, çılçıraq – 3 ədəd – (biri 50 manat) – 150 manat, yataq örtüyü – 2 dəst – (biri 20 manat) – 40 manat, uşaq beşiyi – 1 ədəd – 100 manat, uşaq şkafı – 1 ədəd – 20 manat, jurnalni (stul) – 1 ədəd – 50 manat, pastel dəsti – 5 ədəd – (biri 20 manat) – 100 manat, uşaq səbətləri – 7 ədəd – (biri 10 manat) – 70 manat, pərdə - 2 ədəd – (biri 150 manat) – 300 manat, ayaqqabı – 6 ədəd – (biri 15 manat) – 90 manat, toy paltarı – 11 ədəd – (biri 20 manat) – 220 manat, mətbəx jaluzu – 1 ədəd – 30 manat, mətbəx mebeli – 500 manat, ətək – 3 ədəd – (biri 15 manat) – 45 manat, köynək – 3 ədəd – (biri 10 manat) – 30 manat, Sport dəst – 1 ədəd – 15 manat, ütü – 1 ədəd – 20 manat, qara güldan (böyük) – 1 ədəd – 15 manat, süni gül – 5 manat, çərəz qabı (3 mərtəbə) – 1 ədəd – 8 manat, meyvə qabı (lustur) – 1 ədəd – 15 manat, meyvə qabı (bəzəkli) – 1 ədəd – 10 manat, yumuşaq oyuncaq (böyük) – 2 ədəd – ( biri 10 manat) – 20 manat, podnis – 3 ədəd – 20 manat, süfrə - 3 ədəd – (biri 20 manat) – 60 manat, külqabı – 2 ədəd – (biri 2.50 qəpik) – 5 manat, gəlin lampası – 1 ədəd – 10 manat, gəlin güzgüsü – 1 ədəd – 10 manat, şamdan – 2 ədəd – ( biri 5 manat) – 10 manat, hamam dəsti – (hamam dəsmalı, əl-üz dəsmalı, xalat – 25 manat, jilet – 1 ədəd – 12 manat, qış xalatı – 1 ədəd – 10 manat, şəkil qabı – 3 ədəd – (biri 2 manat) – 6 manat, sərinkeş – 1 ədəd – 15 manat, suvenir gecə lampası – 1 ədəd – 10 manat, xalça – 7 ədəd – ( biri 30 manat) – 210 manat, geyim əşyası olaraq: don – 6 ədəd (yaz geyimi) hər biri - 20 manat olmaqla, cəmi – 120 manat, don – 5 ədəd (Toy geyimi) hər biri - 30 manat olmaqla, cəmi – 150 manat, ayaqqabı – 6 ədəd – hər biri 20 manat olmaqla, cəmi - 120 manat, çanta – 5 ədəd – hər biri 15 manat olmaqla, cəmi – 75 manat, geyim – 2 dəst – hər biri – 20 manat olmaqla, cəmi - 40 manat, don – 3 ədəd – hər biri – 10 manat olmaqla, cəmi – 30 manat, köynək – 3 ədəd – hər biri – 10 manat olmaqla, cəmi - 30 manat, don yun– 3 ədəd – hər biri – 15 manat olmaqla, cəmi – 45 manat, şalvar (ev geyimi) – 7 ədəd – hər biri – 10 manat olmaqla, cəmi – 70 manat, köynək (ev geyimi) – 5 ədəd – hər biri – 10 manat olmaqla, cəmi – 50 manat, uşaq geyimi – 5 dəst – hər biri – 10 manat olmaqla, cəmi – 150 manat, səbət (uşaq üçün) – 1 ədəd – 25 manat, Qızıl-zinət əşyaları olaraq: 585 əyyarlı, Brilliyant qaşlı nişan üzüyü, təxmini çəkisi – 4 qram olmaqla – 1100 manat, iddiaçıya hədiyyə olunan 585 əyyarlı, təxmini çəkisi - 4 qramlı sırğa – 380 manat, iddiaçıya hədiyyə olunan 585 əyyarlı, təxmini çəkisi – 2,5 qram olan sırğa – 220 manat, 585 əyyarlı, təxmini çəkisi 20 qram olan Qarnitur dəsti qiyməti – 1800 manat olan əşyalarının özləri, olmadıqda onların pul ilə dəyəri alınaraq İddiaçı verilsin. İddiaçı cavabdeh X7 qarşı cehiz əmlakı: saxlama qabı (dördkünc) 1 dəst 2 manat, quruşqa 1 ədəd 1 manat, Geyim əşyaları: uşaq geyimləri 10 dəst hər biri 10 manat olmaqla cəmi 100 manatın alınması hissəsində iddia təmin edilməsin. Ödənilmiş olan 58.40 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehlər X3 və X8 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-645/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-645/2023
21.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver