Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-650/2023 15.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azəriqaz İB-nə və Cavabdeh1nə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimə borcun silinməsi” tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Azəriqaz İB-nə və Cavabdeh1nə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “X2 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 22 fevral 2023-cü il tarixli ******* saylı aktının ləğv edilməsi və cərimə borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı məhkəməyə vəsatət təqdim edərək işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Vəsatətə görə o hal-hazırda Hacıqabul rayonunda qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində kirayədə yaşayır. Hazırkı iş Şirvan şəhər Məhkəməsində baxılmalı olmadığından cavabdeh “Azəriqaz” İB-nin yerləşdiyi yer üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsinə və vəsatətə əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. İşin faktiki hallarından məlum olur ki, istehlakçı olan iddiaçı Quliyev X1 rayonu Navahi ərazi dairəsi, Navahi kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. ünvan 1 tam mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsusdur. ünvan 1 ünvanına məxsus Qaz sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 07 noyabr 2022-ci il tarixli akta əsasən mənzilin əvvəlki sahibi (istehlakçı) X3 ilə müqavilə bağlanmışdır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı mərhələsində İddiaçı mülki işin ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi barədə vəsatət verildiyindən, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməli, bununla da vəsatət təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 44, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Azəriqaz İB-nə və Cavabdeh1nə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimə borcun silinməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-650/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-650/2023
15.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver