Məhkəmə qərarları › İş №2(032)-654/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-654/2023

07.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-654/2023 07.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh arasında Bərdə regional “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış 22 sentyabr 2017-ci il tarixli, 1096 nömrəli nikahın pozulması, birgə nikahlarından doğulmuş 22 noyabr 2018-ci il təvəllüdlü X4 və 15 fevral 2021-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması və uşaqların normal yaşayış səviyyəsini təmin etmək üçün Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək sabit pul məbləğində hər ay uşağa 200 manat olmaqla, cəmi 400 manat alimentin tutulub ona ödənilməsi barədə, eləcə də mediasiya təşkilatına ödənilmiş 50 manat pulun, dövlət rüsumu kimi məhkəmənin hesabına ödənilmiş 50 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy edərək ailə həyatı qurmuş, nikahları rəsmi olaraq Bərdə regional “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 22 sentyabr 2017-ci il tarixdə, 1096 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından 22 noyabr 2018-ci il təvəllüdlü X9 və 15 fevral 2021-ci il təvəllüdlü X14 oglu dünyaya gəlmişdir. Cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ailə münasibətləri davam etdirilməsi qeyri-mümkün olmuşdur. Hal-hazırda onlar faktiki olaraq ayrı yaşayırlar. Azyaşlı iki uşaqları ilə birlikdə ünvan 1 ünvanda cavabdeh isə Tərtər rayonu Hüsənli kəndində yaşayır. Cavabdeh oglu rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı kənddə taksi fəaliyyəti ilə və kənd təsərrüfatı sahəsində heyvandarlıqla məşguldur. Aylıq qazancı qeyri-müəyyən olmaqla, dəyişkəndir. Hal-hazırki iddia tələbi ilə baglı ilk öncə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən Sabirabad 1 saylı X1 şəhərində fəaliyyət göstərən mediatoru X8 ogluna ”Nigahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və aliment” tələbi ilə baglı müraciət etmiş və mediator Tariyel İsgəndərov tərəfindən “İlkin mediasiya sayasinda iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞS/MT023/2023-00631 nömrəli arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanlanmış olan iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, həmin 220 manat yaşayış minimumu tək onun tərəfindən deyil, eyni zamanda bərabər əsaslarla digər valideyn olan İddiaçı tərəfindən də ödənilməlidir. İddiaçının bir uşaq üçün 220 manat aliment tələbinə dair iddiası ona münasibətdə ən çoxu 110 manat sabit pul məbləgində təmin edilə bilər ki, o da hər uşaga görə yalnız həmin məbləgdə aliment ödəyə bilər. Bununla yanaşı, həm də o hal nəzərə alınmalıdır iddiaçı X10 onun ikinci həyat yoldaşıdır. Birini həyat yoldaşı X5 ilə birgə nikahdan onun xx.xx.2014-cü ildə anadan olmuş X6 adlı bir uşagı da vardır və Tərtər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(061)-739/2020 nömrəli qətnaməsinə əsasən hər ay o X6 üçün X2 140 manat aliment ödəyir. Belə olan halda onun özünün də yaşayışı üçün əlavə pul lazımdır ki, hazırki çətin həyat şəraiti dövründə bunu əldə edə bilmir. İddiaçı xx.xx.2021-ci ildə anadan olmuş X14 ogluna 3 yaşına qədər baxılması üçün 50 manat əlavə xərcin tutulması barədə iddiası da əsassızdır. Belə ki, iddiaçı bu barədə iddia qaldırarkən onun zəruri vəsaitə malik olmadıgını nəzərə almamışdır. Digər arvadından olan uşagına da hər ay 140 manat aliment ödəyir və bu səbəbdən də heç bir zəruri vəsaitə malik şəxs deyil. Digər tərəfdən isə iddiaçı isə əmək qabiliyyətli, işləmək imkanlarına malikdir və işləyir. 44 günlük müharibədə iştirak etmiş və müharibə veteranıdır. İşləmir və yalnız müharibə veteranı kimi aldığı 80 manat prezident təqaüdü ilə dolanır. İddianın etiraz etdiyi hissəsində təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X11 arasında nikah xx.xx.2017-ci ildə Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyat şöbəsində 1096 nömrə ilə qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 22 noyabr 2018-ci il təvəllüdlü X9 və 15 fevral 2021-ci il təvəllüdlü X7 doğulmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə tərəflərə 3 ay vaxt verilməklə, Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştiraka cəlb edilməsi, mübahisəyə dair rəyin verilməsi Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsi, Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası 22 noyabr 2018-ci il təvəllüdlü X4 və 15 fevral 2021-ci il təvəllüdlü X3 hansı valideynin himayəsinə verilməsinin təmin olunması üçün onların həyat şəraitini müayinə edilməklə müayinə aktını və mübahisəyə dair əsaslanmış rəyini məhkəməyə təqdim edilməsi qərara alınmışdır. Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-8/2-1221/2023 nömrəli rəyindən görünür ki, komissiya tərəfindən müəyyən edilmişdir ki, 22 noyabr 2018-ci il təvəllüdlü X4 və 15 fevral 2021-ci il təvəllüdlü X3 azyaşlı olmasını, azyaşlı uşaqların isə ana qayğısına xüsusi ehtiyacı olduğunu, azyaşlı uşalqarın daha çox anasına bağlılığını, anasından ayrılacağı təqdirdə bu halın onun psixi, fiziki və mənəvi inkişafına mənfi təsir göstərəcəyini və ümumiyyətlə azyaşlı uşağın anasından ayrılması üçün müstəsna şəraitin mövcud olmadığını nəzərə alaraq, yetkinlik yaşına çatmayan uşağın mənafeyini müdafiə edərək 22 noyabr 2018-ci il təvəllüdlü X4 və 15 fevral 2021-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinin tələbinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə, işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasını təkid etdikdə, nikah pozulur. İş materiallarından görünür ki, tərəflərin barışması üçün 03 (üç) ay müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, tərəflər arasındakı ər-arvad münasibətləri kəsilmişdir, onlar birgə yaşayıb, birgə təsərrüfat idarə etmirlər və tərəflərin birgə nikahlarından iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış olan nikah pozulmalı, onların birgə nikahından doğulmuş 22 noyabr 2018-ci il təvəllüdlü X4 və 15 fevral 2021-ci il təvəllüdlü X7 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2016-cı il tarixli 8-2 nömrəli qərarının 8.5-ci bəndində qeyd edilmişdir ki, “Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi).” Hazırkı halda iddiaçı hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa cavabdehin ifadəsinə əsasən 110 manat məbləğində aliment ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə xatırladır ki, məhkəmə tərəfindən aliment təyin edilərkən yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci növbədə gözləməlidir. Hazırda uşaqların yaşını, onların gündəlik artan tələbatlarını, psixi və fiziki inkişafını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilkdə 280 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Məhkəmə iddia tələbinin mediasiya təşkilatına ödənilmiş 50 manat pulun və dövlət rüsumu kimi məhkəmənin hesabına ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi hissəsində qeyd edir ki, iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə həmçinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində (3 illik müddət) həll edilməsinin məqsədəmüvafiqliyini izah edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 22 sentyabr 2017-ci ildə Bərdə regional “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış 1096 nömrəli nikah qeydi ləğv edilsin. 22 noyabr 2018-ci il təvəllüdlü X9 və 15 fevral 2021-ci il təvəllüdlü X7 anası İddiaçı himayəsində saxlanılsın. 22 noyabr 2018-ci il təvəllüdlü X4 və 15 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra olunsun. Tərəflərə izah olunsun ki, qətnamədən şikayətin verilməsi aliment hissəsində icrasını dayandırmır. Məhkəmə həmçinin tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində (3 illik müddət) həll edilməsinin məqsədə müvafiqliyini izah edir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar