Məhkəmə qərarları › İş №2(032)-657/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-657/2023

22.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-657/2023 22.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs cəlb edilməsi ilə doğum faktının müəyyən edilməsi dair mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs cəlb edilməsi ilə doğum faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Tərəflər 22 sentyabr 2023-cü il tarixdə saat 11:00-a təyin edilmiş məhkəmənin hazırlıq iclası barədə lazımi qaydada xəbərdar olunmalarına (elektron qaydada sms və məhkəmə bildirişi göndərilmişdir) baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinin tələbinə görə işə onların iştirakları olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, tərəflər məhkəmənin hazırlıq iclasına gəlmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs cəlb edilməsi ilə doğum faktının müəyyən edilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 manat dövlət rüsumu (qəbz **********) ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qaytarılsın. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada iddia ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar